Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
4-10 iyul 2019-cu il
26 (1074)
20 iyun - 3 iyul 2019-cu il
25 (1073)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
İKT

“Bakcell” şirkəti şəbəkənin yenilənməsi layihəsi çərçivəsində həyata keçirdiyi genişmiqyaslı işləri başa çatdırıb.

Şirkətdən AZƏRTAC-a bildirilib ki, layihənin həyata keçirilməsində məqsəd abunəçiləri keyfiyyət, sürət və sabitlik baxımından ən üstün təcrübə ilə təmin etməkdir. Şəbəkənin yeni və innovativ xidmətlərinə daha az xərclər sərf olunacaq. İstifadəçilərə daha yüksək sürətli internet xidməti vasitəsilə HD səs və video kimi innovativ xidmətlər təqdim olunacaq.

Son iki ildə şirkət öz mobil rabitə şəbəkəsini müasirləşdirərək xüsusilə rayonlarda 3G baza stansiyalarının sayını 100 faiz artırıb. Bu isə öz növbəsində şəbəkənin ötürücülük qabiliyyətini 72 faiz gücləndirib, 3G şəbəkəsinin əhatə dairəsi əhali üzrə 14 faiz, ərazi üzrə isə 27 faiz genişləndirilib. Hazırda “Bakcell” 5 min 300-dən çox 2G, 3G və 4G baza stansiyaları sayəsində bütün ölkə ərazisində, o cümlədən ən ucqar ərazilərdə yüksək keyfiyyətli mobil rabitə xidməti təqdim edir.