Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib **** ® “Kapital Bank”dan gənclərə komissiyasız kredit ****
Qəzetin çap variantları
16-22 may 2019-cu il
19 (1067)
16-22 may 2019-cu il
19 (1067)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
İKT

Mədəniyyət və Turizm Nazirliyinin göstərdiyi yeni “Turizm fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxsin lisenziyaları haqqında arayışlar” xidməti “Elektron hökumət” portalının istifadəçilərinə təqdim olunub.

AZƏRTAC portala istinadla xəbər verir ki, artıq hər bir Azərbaycan vətəndaşı göstərilən 10 adda elektron çıxarışı portal üzərindən formalaşdıra bilər. Bu e-çıxarışlara “Diplom haqqında arayış”, “Rabitə xidmətlərinə görə borcun olmaması barədə arayış”, “Şəxsiyyət vəsiqəsi məlumatları üzrə arayış”, “Vətəndaşa aid fərdi məlumatlar üzrə arayış”, “Yaşayış yeri haqqında arayış”, “İş yerinə dair arayış”, “Vətəndaş haqqında “Tələbə-Məzun” dövlət elektron məlumat sistemindən çıxarış”, “Ümumtəhsil məktəblərində çalışan pedaqoji və texniki heyətin iş yeri haqqında e-arayış”, “Ümumtəhsil məktəbləri şagirdlərinin təhsil aldıqları yer haqqında e-arayış” və “Turizm fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxsin lisenziyaları haqqında arayışlar” daxildir.

İstifadəçi elektron çıxarışları formalaşdıraraq çap edə, yaxud elektron şəkildə aidiyyəti quruma göndərə bilər. Çıxarışın üzərindəki QR-kod və ştrix kodlar vasitəsilə elə həmin səhifədə onun etibarlılığını yoxlamaq mümkündür. “Elektron hökumət” portalının təqdim etdiyi “Elektron arayışlar” bölməsində “Elektron arayışların yoxlanılması” servisi də yerləşdirilib.