Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib **** ® “Kapital Bank”dan gənclərə komissiyasız kredit ****
Qəzetin çap variantları
16-22 may 2019-cu il
19 (1067)
16-22 may 2019-cu il
19 (1067)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
İKT

“Microsoft”un bulud həlləri dünyada 700-dək maliyyə institutunda uğurla tətbiq olunur və ümumilikdə istifadəçilərin sayı 3 milyon nəfərə çatıb.

AZƏRTAC xəbər verir ki, bu barədə “Microsoft Azerbaijan” və “GT Solutions” şirkətlərinin birgə təşkilatçılığı ilə Bakıda “Bulud texnologiyalarına əsaslanan Məlumat Hesablama Mərkəzi, rəqabətqabiliyyətli iş mühiti və mobil qurğuların təhlükəsiz idarə edilməsi” mövzusunda keçirilən seminarda “Microsoft” həlləri üzrə ekspertlər komandasının rəhbəri Vinsent Ceyms məlumat verib.

Yeni nəsil məlumat hesablama mərkəzi (“Datacenter”) və “ağıllı” bulud həlləri barədə danışan Vinsent Ceyms deyib: “Microsoft”un bulud həllərini seçərkən səmərəliliyi, çevikliyi, dərhal istifadəyə hazır olması, sabitliyi, fasiləsizliyi, miqyaslana bilməsi, məsrəfləri azaltması və uyğunluq sertifikatları ilə təsdiqlənmiş informasiya təhlükəsizliyi kimi meyarlara əsaslanır”.

Rəqabətqabiliyyətli iş mühiti və təkmilləşdirilmiş işgüzar proseslər haqqında məlumat verən ekspert Robertas Tamosaitis Avropada bank sektorunda ciddi rəqabət olduğunu, maliyyə institutlarının müştəri təəssüratını yaxşılaşdırmaq, daha müştəri yönümlü olmağa çalışdıqlarını bildirib. Məhz bu səbəbdən “Microsoft” Korporasiyasının “Office 365” həlli bank və maliyyə sahəsində uğur qazanıb. “Office 2016” tətbiqlər paketindəki yeniliklər haqqında məlumat verən ekspert eyni fayl üzərində birgə işləmək, dərhal ünsiyyət saxlamaq və s. kimi 70-ə yaxın yeni imkanların olduğunu vurğulayıb.

Müxtəlif kommersiya bankları, sığorta şirkətləri, bank olmayan kredit təşkilatları və maliyyə sahəsində fəaliyyət göstərən dövlət qurumlarını təmsil edən 40 mütəxəssisin iştirakı ilə baş tutmuş seminarda müvafiq mövzularda təqdimatlar olub.

Qeyd olunub ki, “Microsoft”un bulud həllərindən (“Office 365”, “Azure”, “InTune”, “Enterprise Mobility Suite” və s.) hazırda Azərbaycanda fəaliyyət göstərən 275-dən çox müəssisə səmərəli, fasiləsiz və təhlükəsiz şəkildə istifadə edir.