Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib **** ® “Kapital Bank”dan gənclərə komissiyasız kredit ****
Qəzetin çap variantları
16-22 may 2019-cu il
19 (1067)
16-22 may 2019-cu il
19 (1067)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
İKT

“Elektron hökumət” portalına 35 yeni e-xidmət inteqrasiya olunub. Bununla da portaldakı xidmətlərin sayı 422-yə çatıb.

“E-hökumət” portalının operatoru olan Məlumat Hesablama Mərkəzindən AZƏRTAC-a bildirilib ki, bunlardan 340-ı Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş xidmətlərdəndir.

Oktyabrın 1-nə olan məlumata görə, portala 3 yeni qurum qoşulub və inteqrasiya olunmuş qurumların sayı 50-yə çatıb. Portala 2,5 milyon nəfər daxil olub. Bu dövrdə 772 yeni e-imza sertifikatı verilib və ümumi e-imzaların sayı 36 min 351-ə çatıb. Yerli icra hakimiyyəti orqanlarında vətəndaşların müraciətləri üzrə vahid elektron informasiya sistemi yaradılıb və portala inteqrasiya olunub.

Bu ilin əvvəlində Açıq Hökumət Məlumatları – E-Gov 3 mərhələsinə start verilib. Hazırda portalda Ədliyyə, Səhiyyə, Rabitə və Yüksək Texnologiyalar və Mədəniyyət və Turizm nazirlikləri, Dövlət Gömrük Komitəsi, “Azərsu” ASC-yə məxsus 25 adda açıq hökumət məlumatları yerləşdirilib.

“Elektron hökumət” portalı vasitəsilə 9 növ arayışın elektron formada verilməsinə başlanılıb və ötən 9 ayda 152 766 vətəndaşa təqribən 290 min e-arayış verilib. Ümumiyyətlə 193 224 vətəndaş tərəfindən 386234 dəfə e-arayış əldə edilib.