Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
4-10 iyul 2019-cu il
26 (1074)
20 iyun - 3 iyul 2019-cu il
25 (1073)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
İKT

Azərbaycanın kosmik sənaye potensialının möhkəmləndirilməsi istiqamətində növbəti peyk layihələri icra olunur.

AZƏRTAC xəbər verir ki, bu barədə rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Kosta-Rika Respublikasının xarici işlər və etiqad naziri Manuel Qonzales Sanz ilə görüşündə bildirib.

Ölkələrimiz arasında rabitə və yüksək texnologiyalar sahəsində əməkdaşlıq imkanlarından söz açan nazir Əli Abbasov münasibətlərin gələcək inkişafının təmin olunması üçün qarşılıqlı maraq və potensialın olduğunu qeyd edib. Ə.Abbasov Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları (İKT), rabitə və yüksək texnologiyalar sahəsində aparılan islahatlar və həyata keçirilən layihələrə də toxunaraq, ölkəmizin regional və qlobal layihələrin təşəbbüskarı kimi çıxış etdiyini bildirib. Azərbaycanda dinc məqsədlərlə istifadəsi nəzərdə tutulan nüvə texnologiyasının tətbiqi, nüvə energetikasi sahəsində aparılan işlərdən danışan nazir bu məqsədlə Milli Nüvə Tədqiqatları Mərkəzinin yaradıldığını, eyni zamanda “Azərspace”,”Azersky” peyklərinə malik olan respublikanın kosmik sənaye potensialının möhkəmləndirilməsi istiqamətində hazırda növbəti peyk layihələrinin icra edildiyini nəzərə çatdırıb.

Azərbaycanın sosial-iqtısadı inkişafından danışan qonaq bildirib ki, ölkələr arasında əməkdaşlığın əsas istiqamətlərindən birini İKT sahəsi təşkil edir. Manuel Qonzales Sanz əlaqələrin inkişafında səylərin daha da gücləndirilməsini vacib sayıb, birgə layihələrin həyata keçirilməsini təklif edib.

Görüşdə gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub, həmçinin tərəfləri maraqlandıran digər suallar ətrafında geniş fikir mübadiləsi aparılıb.