Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib **** ® “Kapital Bank”dan gənclərə komissiyasız kredit ****
Qəzetin çap variantları
16-22 may 2019-cu il
19 (1067)
9-15 may 2019-cu il
18 (1066)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
İKT

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (BTRİB) tərəfindən paytaxtın ətraf yaşayış məntəqələrində vətəndaşların telefon rabitəsinə tələbatının ödənilməsi məqsədi ilə CDMA (simsiz rabitə xidməti) baza stansiyaları qurulur.

Aparılan monitorinqlərin nəticələrinə uyğun olaraq Qaradağ rayonunun Qobustan qəsəbəsində yeni CDMA baza stansiyası istifadəyə verilib. Avadanlıq “Huawei” şirkətindən alınıb və şəbəkə üzrə ümumi tutumu 20 min nömrəyə çatdırılıb. Simsiz internet xidmətinin yaradılması əhalinin internetə çıxışını daha da asanlaşdırıb.

Birlikdən AZƏRTAC-a verilən məlumata görə, BTRİB 511 və 555 indeksasiyası ilə CDMA xidmətləri göstərir. Nazirliyin “Aztelekom” MMC ilə BTRİB arasında rouminq hesabına hər iki birliyin CDMA abunəçiləri ölkənin istənilən regionunda bu xidmətdən yararlana bilərlər. Hazırda Bakı şəhərinin ətraf ərazilərində CDMA xidmətinin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir. Profilaktik işlər bütün baza stansiyalarında tətbiq olunur.

CDMA şəbəkəsi genişzolaqlı ADSL sisteminə alternativdir və uzaq yerlərdə məlumatın əldə olunmasına geniş imkan yaradır.