Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
4-10 iyul 2019-cu il
26 (1074)
20 iyun - 3 iyul 2019-cu il
25 (1073)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
İKT

“Microsoft” korporasiyası “Office 365” bulud xidmətinin Azərbaycan istifadəçilərinə “Skype” vasitəsilə pulsuz beynəlxalq zənglər etmək imkanı verib.

Korporasiyadan AZƏRTAC-a bildirilib ki, pulsuz “Skype” zənglərindən faydalanmaq üçün “Office 365 Personal” və “Office 365 Home” paketlərinə abunə olmaq lazımdır. Bununla hər bir abunəçi dünyanın 60-dan çox ölkə və regionuna əlavə ödəniş olmadan ayda 60 dəqiqəlik pulsuz zəng etmək imkanı qazana bilər. Artıq “Skype” hesabı olan istifadəçilər www.office.com/myaccount səhifəsinə “Microsoft” hesabı vasitəsilə daxil olmaqla müvafiq linkdən faydalanaraq pulsuz beynəlxalq zəng dəqiqələrini aktivləşdirə bilərlər. Əgər “Skype” hesabı yoxdursa, o zaman qeydiyyatdan keçərək müvafiq link vasitəsilə beynəlxalq zənglər üçün təqdim olunan dəqiqələri aktivləşdirmək mümkündür.

Nəticədə www.office.com/myaccount səhifəsində sözügedən əməliyyatın təsdiqi əks olunacaq. Daha sonra “Skype”da sadəcə nömrəni yığmaqla hər bir abunəçi asanlıqla dost və yaxınlarına zəng edə biləcək.

“Skype”da təqdim olunan pulsuz beynəlxalq zəng dəqiqələri xüsusi, təkmilləşdirilmiş və qeyri-coğrafi nömrələrə tətbiq edilmir. Onlar vasitəsilə fövqəladə zənglər etmək də mümkün deyil.

“Office 365 Personal” paketinə aylıq onlayn-abunənin qiyməti 5,99 dollar (6,2 manat), “Office 365 Home” paketinə isə 7,99 dollar (8,3 manat) təşkil edir. İllik abunə haqqı isə müvafiq olaraq 59,99 dollar (62,9 manat) və 79,99 dollardır (83,9 manat).