Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
14-20 noyabr 2019-cu il
45 (1092)
7-13 noyabr 2019-cu il
44 (1091)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
İKT

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Təhlükəsizlik Mərkəzi “Fareit” adlandırılan ziyanverici proqramın gətirdiyi yeni bir gərginlik barədə istifadəçiləri xəbərdar edib.

Mərkəzdən AZƏRTAC-a verilən məlumata görə, 2012-ci ildən mövcud olan bu ziyanverici proqramın əsas xüsusiyyəti kompyuterə yoluxaraq başqa ziyanverici proqramların kompyuterə asan şəkildə yoluxa bilməsini təşkil etməkdir. Zaman keçdikcə kibercinayətkarlar tərəfindən təkmilləşdirilən ziyanverici proqram yoluxduğu kompyuterdə veb brauzerdən şifrələrin oğurlanaraq qarşı tərəfə ötürülməsinə xidmət edirdi. “Fareit” ziyanverici proqramının hazırki yeni versiyası isə yoluxduğu faylın adını eyni saxlayaraq yalnız “hash”ni dəyişmək xüsusiyyətinə malikdir. Belə bir xüsusiyyətin ziyanverici proqrama əlavə edilməsində əsas məqsəd virusun antiviruslar tərəfindən aşkar edilməsinin qarşısını almaqdan ibarətdir. Beləliklə, kompyuterə yoluxduğu zaman antivirusun aşkar edə bilmədiyi bu ziyanverici proqramın əsas məqsədi kompyuterə digər ziyanverici proqramları yoluxdurmaq və veb brauzerdə mövcud istifadəçi adı və parolları oğurlayaraq qarşı tərəfə ötürməkdir.