Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib **** ® “Kapital Bank”dan gənclərə komissiyasız kredit ****
Qəzetin çap variantları
16-22 may 2019-cu il
19 (1067)
9-15 may 2019-cu il
18 (1066)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
İKT

Holcim (Azərbaycan) ASC respublikanın tikinti sektorunda yeni innovativ metod və texnologiyaların tətbiqini planlaşdırır.

ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Holcim (Azərbaycan) yol tikintisində istifadə olunan “Doroport” və “Dorosol” hidravlik yapışdırıcı materiallarının istehsalına başlayan ilk müəssisədir. Bu materialların geniş istifadəsi Azərbaycanda yol çəkilişində böyük əhəmiyyət kəsb edəcək.

Holcim (Azərbaycan) Fövqəladə Hallar Nazirliyi və “Azəryolservis” ASC ilə birlikdə müxtəlif yol layihələri sahələrində laborator testlər və sınaq işləri aparıb. Bundan başqa, bataqlıq və gilli yol sahələrində yeniliyin sınaqları uğurla başa çatdırılıb.

Bu il həmçinin Azərbaycanın Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi “Doroport” üçün AZS 831-5-2015 (EN 14227-52013) və “Dorosol” üçün isə AZS 830-5-2-15 (EN 13282-1-2013) milli standartlarını təsdiq edərək onların əsasında hər bir yapışdırıcı materiala uyğunluq sertifikatı verilib. Hazırda bu, xarici ölkələrdə yol çəkilişində tətbiq olunan ən effektiv və etibarlı hidravlik yol yapışdırıcı materiallarıdır.

Holcim (Azərbaycan) şirkətinin yol çəkilişində, torpaq qatının möhkəmləndirmək prosesində təklif etdiyi xüsusi hidravlik yolyapışdırıcı materialları yol geyiminin əsası və torpaq yatağının yükgötürmə qabiliyyətini və suya davamlılığını dəfələrlə artırır. Onların istifadəsi zamanı yaramayan təbəqənin çıxarılmasına zərurət olmur.

Torpaqda ilkin laborator analizlər aparıldıqdan sonra şirkətə məxsus olan xüsusi texnika vasitəsilə yapışdırıcı materialın müəyyən miqdarını həmin yararsız torpağa qarışdırmaq və kipləşdirmək kifayətdir. Yapışdırıcı materiallar torpaq qatının keyfiyyətini dəfələrlə artırmaqla yanaşı, yol çəkilişi prosesini iqtisadi cəhətdən daha rentabelli edir. Bununla da inşaat materiallarına və işin icra vaxtına kifayət qədər qənaət olunur, eləcə də az miqdarda texnika və işçi qüvvəsi cəlb edilir.