Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib **** ® “Kapital Bank”dan gənclərə komissiyasız kredit ****
Qəzetin çap variantları
16-22 may 2019-cu il
19 (1067)
16-22 may 2019-cu il
19 (1067)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
İKT

SİNAM MMC yalnız Bakı şəhərini əhatə edən ödənişsiz Yollar ofline GPS naviqatorunun davamı olaraq Azərbaycan, Gürcüstan və Türkiyəni əhatə edən YollarPRO Offline GPS naviqasiya proqramını da istifadəyə verib.

Bu barədə AZƏRTAC-a SİNAM MMC-dən bildirilib. Məlumatda qeyd olunub ki, naviqatorun Azərbaycan və Gürcüstan üzrə navigasiya xəritələri Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə yaradılmış Gomap.az elektron layihəsinin xəritələrinin adaptasiya olunmuş versiyaları əsasında yaradılıb.

Yeni GPS naviqasiya proqramının əsas üstünlüklərindən biri onun smartfonlarda və planşetlərdə quraşdırılaraq istifadə oluna bilməsi imkanıdır.

Bu proqram, marşrutun planlaşdırılması, həyata keçirilməsi və təyinat məntəqəsinə qədər naviqasiya üçün nəzərdə tutulub. Naviqasiya proqramından internetə qoşulmadan istifadə etmək mümkündür. O tamamilə təcrid olunmuş halda, internetə qoşulmadan axtarış etməyə və naviqasiya etməyə qadirdir. Xəritələr proqram olan cihazın yaddaşında saxlanılır və ona görə də istifadəçilər rouminq servisindən istifadə etmir və bununla qənaətə nail olur. Bununla yanaşı, əlavə bağlantı olmadığından cihazın akkumulyatoru daha çox işləyir və səyahət zamanı istifadəçilər üçün əlavə rahatlıq yaradır.