Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
14-20 noyabr 2019-cu il
45 (1092)
7-13 noyabr 2019-cu il
44 (1091)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
İKT

“ExpressPay” ödəniş sistemi üzrə Azərbaycanda yeni elektron pul kisəsi istifadəyə verilib.

“ExpressBank”dan AZƏRTAC-a bildirilib ki, “ExpressPay” pul kisəsi ilə istifadəçilər günün istənilən saatı mobil telefonları vasitəsilə ödəniş edə, həmçinin pul köçürmələri həyata keçirə bilərlər. Bunun üçün telefona “ExpressPay” mobil applikasiyasını yükləmək (Android və iOS əməliyyat sistemləri) və “ExpressPay” terminalları vasitəsilə vəsait yerləşdirmək kifayətdir.

“ExpressPay” pul kisəsində avtomatik ödənişlərin və ödənişlər şablonunu yaratmaq da mümkündür. Bundan əlavə aparılmış ödənişlərin tarixçəsi, eləcə də hər əməliyyat üzrə qəbzi görmək və ya elektron ünvana göndərmək mümkündür.

Pul kisəsi vasitəsilə hazırda “Expressbank”a aid ödənişlər (kredit ödənişi, əmanət və cari hesabın artımı, həmçinin bank kartlarına onlayn rejimdə mədaxil), “EmbaFinans” (Embawood və Madeyra mebelləri) bank olmayan kredit təşkilatının ödəmələri, “Nikoil Bank”, “PAŞA Sığorta”, “Bakı taksi”, mobil operatorlar, kommunal/rabitə ödənişləri (“Aztelekom” – BTRİB), kabel TV, internet provayderlər, həmçinin onlayn oyunlar, sosial şəbəkələr və digər xidmətlər üzrə ödənişləri həyata keçirmək mümkündür.