Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
24-30 oktyabr 2019-cu il
42 (1089)
17-23 oktyabr 2019-cu il
41 (1088)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
İKT

Azərbaycanın "Azerspace-1" ​ ilk telekommunikasiya peykinin və aşağıorbitli yer səthinin müşahidə peykinin – "AzərSky"ın orbitə çıxarılması ölkəmizin kosmik sənayesinin qurulması və elmi-texniki və tədqiqat işlərinin aparılması üçün yeni imkanlar yaradıb. Beləliklə, Azərbaycan kosmik ölkələr sırasına daxil olub. Ölkəmiz, həmçinin BMT-nin Kosmik Fəzadan Sülh Məqsədləri ilə İstifadə üzrə Komitəsi - COPUOS-a üzv qəbul edilib.

Qafqazın ilk peyk operatoru olan "Azərkosmos" Açıq Səhmdar Cəmiyyəti (ASC) tərəfindən 2017-ci ildə ikinci telekommunikasiya (sayca üçüncü) və 2018-ci ildə çox yüksək ayırdetməyə malik olan ikinci müşahidə peykinin (sayca 4-cü) orbitə çıxarılması planlaşdırılır​. Ümumilikdə, qarşıdakı illərdə Azərbaycan dörd peykə sahib olacaq.

“Azərkosmos” ASC "Azerspace-1" vasitəsilə teleradio yayım və telekommunikasiya xidmətlərinin göstərilməsi, hökumət və korporativ müştərilərin tələblərinə cavab verən yüksək etibarlı rabitə şəbəkələrinin təmin edilməsi istiqamətində fəaliyyət göstərməkdədir. Ötən il "Azərspace-1" peyki vasitəsilə ilə Azərbaycanın bütün televiziya və radio kanalları keyfiyyətli yayıma başlayıb. Həmçinin, tələb və rəqabətin artması, peyk tutumlarının bazar qiymətlərinə uyğun təklif olunması "Azerspace-1" peykinin əhatə etdiyi regionlarla əməkdaşlığı gücləndirməyə, eləcə də Livan, Əfqanıstan, Ərəb bazarında fəaliyyət göstərməsinə optimal şərait yaradıb. Ümumilikdə, "Azerspace-1" peykinin göstərdiyi teleradio, data və telekommunikasiya xidmətləri vasitəsilə 25 ölkə üzrə - Azərbaycan, Türkiyə, Gürcüstan, Rusiya Federasiyası, Ukrayna, Əfqanıstan, Böyük Britaniya, Almaniya, Avstriya, Mərkəzi Afrika Respublikası, Cənubi Afrika Respublikası, Sudan, Cənubi Sudan, Nigeriya, Somali, Mali, Keniya, Efiopiya, Konqo, Konqo Demokratik Respublikası, Livan, Misir, BƏƏ, Yunanıstan və Qırğızıstan üzrə müştəri bazasının yaradılması irəliyə atılan uğurlu addımlardan hesab olunur. Hazırda, Azərbaycan, türk, ingilis, gürcü, fars, əfqan və digər dillərdə 121 televiziya kanalı yayımlanır ki, bunun da 105-i əcnəbi, 16-ı yerli kanal, eləcə də, 20 radio kanalı təşkil edir. Qeyd edək ki, milli peykin resurslarından istifadə üçün yeni müraciətlər də var. Hazırda "EuroAz", "Doktor TV", "A Sinema TV", "Star Shopping TV", "Sineklasik TV", "Zahra TV", "Kanal Z" "Azerspace-1" peykinə yeni qoşulmuş kanallar sırasındadır. Artıq "Azerspace-1" peyki regionda kifayət qədər tanınıb. Ötən il bir çox baxımlı Türkiyə kanalları "Azerspace-1" peykinə keçib. Bu il iyunun 7-də Türkiyədə keçirilən Böyük Millət Məclisinə seçkilər "Azerspace-1" peykinin resurslarından istifadə olunmaqla canlı yayımlanıb.

"Azerspace-1" peykinin əlverişli orbital mövqedə yerləşməsi, istər yerli kanal, istərsə də xarici kanalların tələbləri ilə üst-üstə düşür. Belə ki, yerli kanallarımızın "Azerspace-1" peyki üzərindən yayımı birbaşa yayım hüququnu lisenziyalaşdıran dövlət qurumlarından asılıdır. Xarici kanalların isə tam keyfiyyətli yayımı, kanalın yayımında regiondan asılı olaraq etibarlı texniki dəstəyin təmin olunması, davamlı siqnalın ötürülməsi kimi vacib faktorlardan sayılır. Eyni zamanda, hər hansı bir kanalın yayımında kanal kontentinin sonradan dəyişdirilməməsi, məsələn radikal düşüncələri, terrora dəstək kimi fikirləri təbliğ edən verilişlərin yayımlanması kimi halların olmaması "Azərkosmos" ASC-nin qarşıya qoyduğu əsas tələblərdəndir.

İlk milli peykimiz "Azerspace-1" Mərkəzi Asiya, Avropa və Afrika və Yaxın Şərqdə yerləşən 50-dən artıq ölkəni birləşdirən kosmik məkanda mühüm rol oynayır. "Azerspace-1" peykinin əlverişli orbital mövqedə (46˚ Şərq uzunluğu) yerləşməsi, "Azərkosmos" ASC-nin operativliyi və müştəri məmnuniyyəti siyasəti buna zəmin yaradır. Hətta bu yaxınlarda Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Afrika, Yaxın Şərq və Mərkəzi Asiya regionunda aparıcı peyk xidmətləri təklif edən "Network Satellite Technology Trading" (NSTT) şirkəti ilə müqavilə imzalanıb. Müqaviləyə əsasən, NSTT şirkəti "Azerspace-1" peykinin resurslarından istifadə edərək Afrika, eləcə də Yaxın Şərq regionunda etibarlı rabitə – internet, şəbəkə, səs, video, mobil və digər data xidmətləri təqdim edir. "İDirect" platforması üzərindən təklif olunan peyk xidmətləri Afrika və Yaxın Şərqdə fəaliyyət göstərən şirkətləri etibarlı rabitə ilə təmin edir. "Azərkosmos" və NSTT arasındakı əməkdaşlıq "Azerspace-1" peykinin orbital mövqeyinin və nüfuzunun regionda möhkəmlənməsini təmin edir. Qeyd edək ki, 2002-ci ildə yaradılan NSTT şirkəti dünyanın qabaqcıl kommunikasiya texnologiyası üzrə böyük təcrübəsi olan provayder şirkətidir.

Hazırda "Azerspace-1" peykinin resurslarının 66 faizi kommersiya yönümlü istifadədədir. Peyk xidmətləri bazarında hər bir peykin resurslarının satışının illər ərzində tədricən artdığını nəzərə alaraq, 2,5 illik bir dövrdə kommersiya fəaliyyəti göstərən "Azerspace-1" peyki üçün resursların 66 faizinin satılması dünya təcrübəsinə əsasən uğurlu bir göstərici hesab edilir. Peyk tutumlarının satış həcminin tədricən, ildən-ilə artırılması nəzərdə tutulur.

Ölkəmizdə kosmik sənayenin yaranması və inkişafı sahəsində nailiyyətlər davamlı istiqamətdədir. Keçən il ölkəmiz üçün əlamətdar hadisələrdən biri də sayca ikinci, təyinatına görə Yer səthinin məsafədən müşahidə peyki olan "Azersky"ın "Bakutel 2014" Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisi zamanı ölkəmizin peyk operatoru "Azərkosmos"a təhvil verilməsi oldu. Bununla da "Azərkosmos" geoinformasiya xidmətləri də daxil olmaqla Yer səthinin məsafədən müşahidəsinin kommersiya fəaliyyətinə başladı. Bu nailiyyət ölkəmizin mövqelərini peyk xidmətləri göstərən azsaylı ölkələr arasında daha da möhkəmləndirdi.

Yer səthinin məsafədən müşahidəsi ölkəmiz üçün yeni bir sahədir. "Azersky" müdafiə, təhlükəsizlik, fövqəladə hallar, təbii ehtiyatların tədqiqi, dənizçilik, ətraf mühitin mühafizəsi, şəhərsalma, xəritəçəkmə, kənd təsərrüfatı, turizm və s. sahələr üçün geniş imkanlar yaradır. Artıq Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti ilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi arasında ölkə sərhədlərinin monitorinqində peykin imkanlarından istifadəyə dair memorandum imzalanıb. Bir sıra dövlət strukturları ilə də peykin xidmətlərindən istifadəyə dair danışıqlar aparılır.

İkinci telekommunikasiya peyki "Azerspace-2" peyk layihəsi üzrə işlər davam etdirilir. Bu ilin fevral ayının 17-də "Azərkosmos" dünyanın peyk xidmətləri üzrə aparıcı şirkəti olan "İntelsat" şirkəti ilə peykin 45° şərq uzunluğu orbital mövqeyinə qaldırılması barədə strateji razılaşma imzalayıb.

"Azerspace-2" peykinin və əlaqədar yerüstü avadanlıqların satınalması"na dair elan olunmuş açıq tenderə dünyanın aparıcı peyk istehsalçıları tərəfindən böyük maraq olub. Bu yaxınlarda "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq "Azərbaycan Respublikasının ikinci telekommunikasiya peyki olan "Azerspace-2" peykinin və əlaqədar yerüstü avadanlığın satınalınması"na dair "Azərkosmos" ASC tərəfindən elan edilmiş açıq tender üzrə iddiaçıların təkliflər zərfləri açılıb. Açıq tender prosesi çərçivəsində təklif vermiş şirkətlər sırasına ABŞ-ın "Orbital ATK" və "Space Systems Loral", Çinin "China Great Wall Industry Corporation" və Fransanın "Airbus Defence and Space" şirkətləri daxildir. Bu il tender üzrə qalib şirkətin seçilməsi planlaşdırılır.

"Azerspace-2" Avropa, Mərkəzi və Cənub-Qərbi Asiya, Yaxın Şərq və Sahara səhrasından cənubda yerləşən Afrika ölkələrini əhatə edəcək. Peyk regionda DTH, hökumət təşkilatları və şəbəkə xidmətləri sahəsində artmaqda olan tələbləri qarşılamaq üçün yüksək texniki imkanlar, əlverişli əhatə zonası və keyfiyyətli xidmət göstərəcək. Yeni peyk həm də "Azerspace-1"in orbitdəki ehtiyatı olacaq və "Azərkosmos"a müştərilərə daha etibarlı xidmət göstərmək imkanı verəcək, həmçinin, "Azerspace-2" sayəsində şirkətin əhatə zonası genişlənəcək.​