Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
5-11 sentyabr 2019-cu il
35 (1082)
29 avqust 4 sentyabr 2019-cu il
34 (1081)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
İKT

Bakı şəhərində Bərk Məişət Tullantılarının Yandırılması Zavodunun tikilməsi müəssisənin yerləşdiyi Balaxanı qəsəbəsində ekoloji vəziyyətin yaxşılaşdırılmasına böyük töhfə verməklə yanaşı, qəsəbənin kommunal infrastrukturunun inkişaf etdirilməsinə də müsbət təsir göstərib.

Belə ki, zavodun tikilməsi məqsədilə Fransanın "CNIM S.A." şirkəti ilə İqtisadiyyat və Sənaye Nazirliyi arasında 2008-ci ildə bağlanmış podrat müqaviləsinin xüsusi şərtlərinə əsasən, müştərək hesabdakı məbləğin müəyyən hissəsi mərhələlərlə xeyriyyəçilik və Balaxanı qəsəbəsində həyata keçiriləcək sosial layihələr üçün xərclənəcək.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, tərəflərin razılığı ilə prioritet layihə kimi Balaxanı qəsəbəsinin qəsəbədaxili su və kanalizasiya şəbəkəsinin, həmçinin qəsəbəxarici magistral su və kanalizasiya boru kəmərlərinin və nasosxanaların tikintisinin bir hissəsinin maliyyələşdirilməsi seçilib. Bu məqsədlə İqtisadiyyat və Sənaye Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Təmiz Şəhər" ASC-nin təsisçiliyi ilə yaradılmış Balaxanı Sosial İnkişaf Fondu ilə "Azərsu" ASC arasında 2012-ci ildə müqavilə imzalanıb. Müqaviləyə əsasən, Balaxanı qəsəbəsində su və kanalizasiya sisteminin su xətlərinin çəkilişi bu xeyriyyə layihəsi hesabına maliyyələşdirilir. Hazırda işlərin 80 faizdən çoxu yerinə yetirilib və yaxın zamanda tamamilə başa çatdırılacaq.