Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib **** ® “Kapital Bank”dan gənclərə komissiyasız kredit ****
Qəzetin çap variantları
16-22 may 2019-cu il
19 (1067)
9-15 may 2019-cu il
18 (1066)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
İKT

“Bakutel-2015” XXI Azərbaycan Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgi və konfransı dekabrın 2-dən 5-dək Bakıda keçiriləcək. Sərgidə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə iştirak edən bir sıra ölkələrin milli stendləri təqdim olunacaq.

Nazirlikdən AZƏRTAC-a verilən məlumata görə, artıq bu günədək Azərbaycan, Rusiya, Fransa, ABŞ və digər ölkələri təmsil edən 200-dən artıq şirkət sərgidə iştirak edəcəklərini təsdiqləyiblər. İştirakçıların 40 faizi “Bakutel” sərgisinin daimi eksponentləridir. Sərgi iştirakçıları arasında aparıcı informasiya-kommunikasiya texnologiyaları (İKT) şirkətləri, Azərbaycanın mobil rabitə operatorları, internet provayderləri, sistem inteqratorları və tanınmış brendlərin distributorları yer alır. Ümumilikdə, sərgidə 15 milli stendin iştirakı gözlənilir. Belarus, Macarıstan, İsrail, İran, İtaliya, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə və Xorvatiyanın iştirakı isə artıq təsdiq edilib. Bundan başqa, sərginin debütantları arasında Rusiya, ABŞ və Türkiyənin bir sıra aparıcı şirkətləri də yer alır. “Bakutel-2015” qeydiyyat üzrə sponsoru “Eurodesign” şirkətidir.

Regionda İKT sektoru üzrə ən böyük tədbir olan bu sərgi çərçivəsində gənc mütəxəssislərə öz ixtiraları, proqram və xidmətləri barədə danışmaq üçün imkan yaradılır və artıq bu, ənənə halını alıb. Ötən il olduğu kimi, bununla əlaqədar sərgidə “startap” şirkətlərə iş üçün xüsusi yer ayrılıb. Bütün “startap” şirkətlər Bakı Sərgi Mərkəzinin ikinci zalında, Yüksək Texnologiyalar Parkının stendində yerləşəcək. Sərgi Mərkəzinin üçüncü zalında isə İKT texnologiyaları sahəsi üzrə dövlət layihələri təqdim olunacaq.

Sərginin işini daim müşayiət edən geniş işgüzar proqram “Bakutel” sərgisinin səciyyəvi cəhətidir. Çoxsaylı görüşlər, forumlar və konfranslar bütün dünyada İKT sahəsi üzrə ən son təmayülləri, eləcə də Azərbaycanda İKT sektorunun inkişaf perspektivlərini müzakirə etməyə imkan verir. Sərgidə işgüzar görüş və danışıqlarla yanaşı, bir sıra sürprizlər, eləcə də müsabiqə və viktorinalar təşkil olunacaq.

Regionun ən böyük tədbirlərindən biri olan “Bakutel” sərgisi 20 ildən artıqdır ki, hər il telekommunikasiya bazarının aparıcı iştirakçılarını öz platformasında bir araya toplayır.

BMT, Beynəlxalq Telekommunikasiya İttifaqı və Rabitə sahəsində Regional Birlik kimi beynəlxalq təşkilatların dəstəyi, eləcə də Dünya Sərgi Sənayesi Assosiasiyası tərəfindən sərgiyə verilmiş keyfiyyət nişanı “Bakutel” sərgisinin beynəlxalq nüfuzunu bir daha təsdiq edir. Sərginin təşkilatçıları qismində “Iteca Caspian” və “Caspian Event Organisers” şirkətləri çıxış edirlər.