Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
5-11 sentyabr 2019-cu il
35 (1082)
29 avqust 4 sentyabr 2019-cu il
34 (1081)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
İKT

18-25 yaş arası tələbə və məzunlar üçün təşkil olunan proqram çərçivəsində 32 gənc təcrübə keçərək bilik və bacarıqlara yiyələniblər. Onlar iki ay müddətində şirkətdə çalışaraq ən müasir biznes mühiti ilə tanış olublar. İştirakçılar biznes etikası, karyera inkişafının planlaşdırılması, sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühit, vaxtın səmərəli bölgüsü, effektiv kommunikasiya və zəruri olan müxtəlif təyinatlı təlimlərdə iştirak ediblər.

“İki il ərzində proqramda iştirak etmək istəyən gənclər tərəfindən 3 minədək müraciət qəbul etdik və onlara maksimum dərəcədə şans verməyə çalışdıq. Keçən il 22, bu il isə 32 nəfər təcrübəçimiz olub. Gənclərin peşəkar bacarıqlarını inkişaf etdirmək üçün “Bakcell”i seçməsi bizi çox sevindirir. Milli operator olaraq gənclərə dəstək verməyə davam edəcəyik”, - deyə “Bakcell”in baş icraçı direktoru Riçard Şirer bildirib.

Qeyd edək ki, “Smart Start” proqramının məzunları “Bakcell”də açılan iş yerlərinə potensial namizəd hesab olunurlar. Ötən il təcrübə proqramını müvəffəqiyyətlə başa vuran gənclərdən 5 nəfər artıq şirkətdə işləyir. Proqramın builki məzunlarından da bir neçəsinin işlə təmin olunması gözlənilir.