Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
4-10 iyul 2019-cu il
26 (1074)
20 iyun - 3 iyul 2019-cu il
25 (1073)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
İKT

Albaniyanın innovasiya və dövlət idarəçiliyi naziri xanım Milena Harito Azərbaycana səfəri çərçivəsində rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovla görüşüb.
Nazirlikdən AzərTAc-a bildirilib ki, nazir Əli Abbasov Azərbaycanda rabitə və yüksək texnologiyalar sektorunda həyata keçirilən islahatlar, regional və beynəlxalq əhəmiyyətli layihələr və əldə olunan uğurlar barədə qonağa ətraflı məlumat verib. Ə. Abbasov albaniyalı həmkarını bu il dekabrın 2-dən 5-dək keçiriləcək “Bakutel” sərgi-konfransı çərçivəsində Beynəlxalq Telekommunikasiya İttifaqı, Dünya İqtisadi Forumu və Azərbaycan hökumətinin iştirakı ilə reallaşacaq “Əşyaların İnterneti” beynəlxalq tədbirinin Nazirlər Konfransına dəvət edib.
Görüşdə M.Haritonun Azərbaycana növbəti səfəri zamanı iki ölkə arasında rabitə və yüksək texnologiyalar sahəsində hüquqi bazanın və əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində anlaşma memorandumunun imzalanması məsələsinin müzakirə edilməsi qərara alınıb.
Milena Harito Azərbaycanın elektron hökumət, informasiya-kommunikasiya və yüksək texnologiyalar sahəsində həyata keçirdiyi tədbirlərin və qazandığı nailiyyətlərin Albaniyada böyük maraqla izləndiyini, bu uğurlu təcrübədən yararlanmağın ölkəsi üçün faydalı olacağını bildirib.