Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
4-10 iyul 2019-cu il
26 (1074)
20 iyun - 3 iyul 2019-cu il
25 (1073)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
İKT
İKT üzrə yeni layihəyə 103,6 milyon manat vəsait ayrılmışdır

İnformasiya-kommunikasiya texnologiyaları ili çərçivəsində həyata keçiriləcək yeni mühüm layihə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən hazırlanmışdır. Bu layihəyə görə, “Azərbaycanda evlərə optika” modeli üzrə ölkənin bütün yaşayış məntəqələrinə yüksəksürətli genişzolaqlı internet xidmətlərini təyin edən optik şəbəkənin qurulması nəzərdə tutulmuşdur
Bu barədə məlumat verən rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirmişdir ki, 2013-cü ildə artıq bu layihəyə 103,6 milyon manat vəsait ayrılmışdır. Üç il müddətində həyata keçiriləcək layihə yüksək rentabellidir, 2014-cü ildən başlayaraq ümumi dəyərin 30-35 faizi reinvestisiya hesabına ödəniləcəkdir. Əsas hədəf ucqar kəndlər də daxil olmaqla, ölkə ərazisini 10-100 meqabit arasında sürətli internetlə təmin etmək və genişzolaqlı internet istifadəçilərinin sayını təxminən 85 faizə çatdırmaqdır ki, bu da bizə 2017-ci ildə inkişaf etmiş ölkələrlə bir səviyyədə olmağa imkan verəcəkdir.