Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
4-10 iyul 2019-cu il
26 (1074)
20 iyun - 3 iyul 2019-cu il
25 (1073)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
İKT

Apple-da menecerlərin maaşı

Apple şirkətinin əfsanəvi lideri Stiv Cobsun əməkhaqqı 1997-2011-ci illər ərzində cəmi bir dollar təşkil edirdi. Onun ölümündən sonra CEO vəzifənə keçən Tim Kuk bir ildən bir qədər çox vəzifədə olsa da, əhəmiyyətli dərəcədə yüksək əməkhaqqı alır. 

The Next Web-ın yaydığı məlumata görə, 2012-ci ildə Tim Kuk cəmi 4 174 992 dollar qazana bilmişdir. Yeri gəlmişkən qeyd etmək lazımdır ki, 2011-ci ildə Kukun CEO vəzifəsinə təyin olunmasından sonra o, şirkətin ümumi dəyəri 376 mln dollar olan məhdud səhmləri ilə mükafatlandırılmışdır. Şirkətin idarə heyəti qərara almışdır ki, Kuk bu, 376 mln dollarlıq səhmi 24 avqust 2021-ci ildə əldə etmiş olacaq, onun yarısı isə artıq 24 avqust 2016-ci ilə ödəniləcək.

Bundan əlavə qeyd etmək lazımdır ki, şirkətin CEO-un maaşı 2011-ci ildə 900 min dollardan 1 mln 400 min dollara qədər yüksəldilmişdir.

Kuk ilə birgə şirkətin digər top-menecerlərinin də maaşlarında artım müşahidə edilmişdir. Baş maliyyə direktoru Peter Oppenheymer, istehsal üzrə baş texnoloji vitse-prezident Bob Mensfild, baş hüquq məsləhətçisi Brüs Süell və əməliyyat direktoru Ceffri Uilyams indi 800 min dollar maaş əldə edəcəklər.

Yuxarıda adları çəkilən şirkət menecerlərinin maliyyə kompensasiyasının ümumi həcmi 300 mln dollara bərabərdir.

Şirkətin aparıcı menecerlərinə belə yüksək pul mükafatlarının verilməsi onun rəhbərlərinin iş tempi ilə şərtlənir, axı məhz şirkətin savadlı rəhbərliyi sayəsində çox böyük nəticələrə nail olmaq mümkün olmuşdur. Apple-da dünyanın ən yaxşı menecerləri çalışır və məhz buna görə şirkət onların əməyi və professionallığını bu qədər yüksək qiymətləndirir.