Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib **** ® “Kapital Bank”dan gənclərə komissiyasız kredit ****
Qəzetin çap variantları
16-22 may 2019-cu il
19 (1067)
9-15 may 2019-cu il
18 (1066)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
İKT

“Nar Mobile” xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması və məqbul qiymətlərin saxlanılması üzərində işi davam etdirəcək

Azərbaycanın ən sürətlə inkişaf edən mobil operatoru olan “Nar Mobile”, Kent Maknilinin şirkətin Baş Direktoru təyin olunduğunu və karyerasını “Azertelecom” şirkətinin Baş Direktoru qismində davam etdirəcək Yurgen Pitsi əvəz etdiyini elan edib.

Cənab Maknili dünyanın ən böyük rəqabətə malik olan bazarlarında iri telekommunikasiya şirkətlərinin idarə edilməsi sahəsində geniş təcrübəyə malikdir. O, idarəetmə, marketinq və mühəndislik sahələrində müstəsna xidmət siyahısına malik olan, yüksək səviyyəli menecerdir. Cənab Maknili, özünün uzaqgörənliyi, liderliyi və maliyyə sahəsində fərasətinə görə tanınır. O, 4 qitədə, müxtəlif şirkətlərdə bir sıra yüksək vəzifələr tutmuş və “VimpelCom” (Beeline şirkətinin brendi), “Eastman Kodak”, “Citibank” və s. kimi şirkətlərin fəaliyyətinə özünün qiymətsiz töhfəsini vermişdir. Cənab Maknili, olduqca qısa bir zamanda öz biznesini və gəlirini artırmış, bir sıra kampaniyalar üçün cavabdeh olmuşdur.

Öz təyinatı haqqında danışaraq, cənab Maknili belə dedi: «Mən ölkədə ən sürətlə inkişaf edən mobil operator olan “Nar Mobile”a qoşulduğum üçün xoşbəxtəm. Biz, məhsullarımızın və xidmətlərimizin keyfiyyətinin yaxşılaşdırılması və məqbul qiymətlərin saxlanılması üzərində işi davam etdirəcəyik. Biz həmçinin qüvvəmizi, mobil internetin inkişafında yer alan yeni və əhəmiyyətli imkanların axtarışında cəmləşdirəcəyik».

“Nar Mobile”, bu il ərzində, cənab Maknilinin rəhbərliyi altında eyni zamanda yeni nailiyyətlərə can atmaqla, öz abunəçilərinə yüksək keyfiyyətli xidmət göstərməkdə davam edəcəkdir.