Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
4-10 iyul 2019-cu il
26 (1074)
20 iyun - 3 iyul 2019-cu il
25 (1073)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
İKT
Regionlarda multimedia xidmətlərinin və genişzolaqlı internetin təmin edilməsi üçün
291 milyon manatlıq layihə təqdim olunmuşdur

2013-cü il informasiya-kommunikasiya texnologiyaları sahəsində böyük dəyişikliklər ili olacaqdır. Bu il həmin sahəyə əlavə sərmayələrin qoyulması üçün maliyyə mənbələri araşdırılır. Hazırda Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə 291 milyon manatlıq layihə təqdim etmişik. Bu layihə ilə biz xüsusilə regionlarda multimedia xidmətlərinin və genişzolaqlı internetin hər bir ailəyə çatdırılmasını təmin etməyi qarşımıza məqsəd qoymuşuq.
Bu sözləri AzərTAc-a müsahibəsində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Aztelekom” İstehsalat Birliyinin baş direktoru Məhəmməd Məmmədov demişdir.
M.Məmmədov bildirmişdir ki, bu layihədə mövcud stansiyaların tədricən NGN (növbəti nəsil şəbəkəsi) ilə əvəz edilməsi, alternativ magistral optik kabellərin tikintisi, transmissiya şəbəkəsində özəl provayderlərə də yüksək sürətli internetin daşınması üçün şərait yaradılacaqdır. Optik kabelin abunəçiyə yaxınlaşdırılması, yeni texnologiyaların tətbiqi ilə simsiz genişzolaqlı internet xidmətlərinin çətin relyefdə yerləşən yaşayış məntəqələrindəki (dağ rayonları) əhaliyə çatdırılması təmin olunacaqdır.