Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib **** ® “Kapital Bank”dan gənclərə komissiyasız kredit ****
Qəzetin çap variantları
16-22 may 2019-cu il
19 (1067)
9-15 may 2019-cu il
18 (1066)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
İKT

Mobil operatorundan narazı olanlara şad xəbər

2013-cü ilin əvvəlindən etibarən Azərbaycanda Mobil Nömrə Daşınmasına (MND) start veriləcəyi gözlənilir. Bəs Mobil Nömrə Daşınması  nə deməkdir?  MND-yə qoşulmaq üçün prosedurlar necə olacaqdır?

Bu və ya digər suallara cavab tapmaq üçün Mobil Nömrə Daşınması Xidmətinə keçidlə əlaqədar yaradılmış işçi qrupunun "Bakcell" şirkətindən  olan üzvü  Emin Əsgərsoyun qəzetimizə müsahibəsini təqdim edirik.

- Emin bəy, Mobil Nömrə Daşınması nə deməkdir? Bu yeniliyin abunəçilər üçün üstünlükləri və imkanları nədir?

- Mobil Nömrə Daşınması - abunəçinin sahib olduğu mobil nömrənin, hal-hazırda istifadə etdiyi mobil operatorun şəbəkəsindən çıxarılaraq digər bir mobil operatorun şəbəkəsinə keçirilməsi deməkdir. Bu zaman nömrənin önündəki kod  (Prefiks) və nömrə olduğu kimi saxlanılacaqdır.

MND abunəçiyə istifadə etdiyi və yaxınları tərəfindən tanınan nömrəsini dəyişmədən istədiyi mobil operatorun şəbəkəsinə keçirməsinə və seçdiyi mobil operatorun şəbəkəsində həmin mobil operatorun təqdim etdiyi müxtəlif xidmətlərdən və tariflərdən istifadə etməsinə imkan yaradır.

- Nömrəsini dəyişmək istəyən abunəçi bunun üçün nələri etməlidir?

- İlk növbədə abunəçi nömrəsini şəbəkəsinə keçirmək istədiyi mobil operatorun Müştəri Xidmətlərinə müraciət etməlidir. Bu prosesi reallaşdırmaq üçün xidmət mərkəzində ona təqdim edilən iki nüsxəli ərizə formasını doldurmalı və tələb olunan sənədləri təqdim etməlidir.

- Hansı sənədlər tələb olunur?                               

- Fiziki şəxslərdən sənədin əslini göstərməklə şəxsiyyəti təsdiq edən sənədin surəti, hüquqi şəxslərdən isə  hüquqi şəxsin dövlət qeydiyyatı və vergi orqanları tərəfindən uçota alınması haqqında şəhadətnamənin surətləri təqdim olunmalıdır.

Qeyd edim ki, şəxsiyyəti təsdiq edən sənəd qismində şəxsiyyət vəsiqəsi ilə yanaşı xarici pasport, zabit vəsiqəsi, hərbi bilet, sürücülük vəsiqəsi və s. təqdim etmək mümkün olacaqdır.  Sənədlərin surəti notarius tərəfindən təsdiq olunmalıdır, əsli tələb olunmur.

- Mobil Nömrə Daşınması zamanı Sim Kart dəyişdirilir?

- Bəli, bu zaman abunəçiyə məxsus olan Sim Kart dəyişdirilir. Bunun üçün Bakcell şirkəti tərəfindən əməliyyatın aparılması üçün heç bir ödənişin alınması nəzərdə tutulmur.

- MND-dən sonra abunəçiyə zəng vurmaq istəyənlər necə əlaqə yaradacaqlar?

- Nömrənin 055, 050, 051, 070 yaxud 077 kodu ilə başlamasından asılı olmayaraq, zəng edənlər əvvəlki qayda ilə nömrəni yığaraq əlaqə quracaqlar.Yəni, dostun, qohumun nömrəsinə zəng etmək üçün hər hansı dəyişiklik etməyə ehtiyac yoxdur.

Abunəçi köhnə mobil operatoru dəyişdikdən sonra ona zəng edən abunəçilər əvvəlcə ayırdedici xəbərdarlıq siqnalını eşidəcəklər.

- Nömrə digər şəbəkəyə daşınmasından əvvəl abunəçinin balansındakı məbləğ necə olacaqdır?

- Abunəçinin balansındakı cari balans və digər ödənişli xidmətlər nömrənin digər şəbəkəyə daşınmasından öncə ya istifadə edilməli, ya da digər bir nömrənin balansına köçürülməlidir. Əks halda bir mobil operatordan digərinə keçid zamanı abunəçinin balansındakı məbləğ və ödənişli xidmətlər  dondurulacaq. 

- Mobil Nömrə Daşınması data kartlara şamil edilir?

- MND data kartlara şamil edilmir. Əgər sizin SİM Kartınız Data kart üçün istifadə olunursa, siz mobil operatorunuzu dəyişə bilməzsiniz.

- Abunəçi operatorunu hansı hallarda dəyişə bilməz?

- Donor operator tərəfindən imtina halları aşağıdakılardır:

- Abunəçi barədə məlumatlar yanlış olduqda;

- Nömrədə borc olduqda;

- Abunə müqaviləsi daha öncə ləğv edildikdə;

- İstifadə müddəti ən azı 3 ayı keçmədikdə;

- Abunəçi ilə cari operatoru arasında hər hansı bir hala əsasən məhkəmə işi üzrə mübahisəli məsələlər olduqda.

Bir daha bu vacib qeydi təkrar edim - abunəçi Mobil Nömrənin Daşınması əməliyyatını həyata keçirmək üçün nömrəsini hazırda məxsus olduğu mobil operatorun şəbəkəsində ən azı 3 ay istifadə etməlidir.

- Mobil Nömrə Daşınması prosesi hansı müddətdə başa çatdırılacaqdır?

- Mobil Nömrə Daşınması prosesi abunəçinin müraciətindən sonra, sənədi qəbul edən (alıcı) operator tərəfindən 6 iş günü ərzində həyata keçirilir. Prosesin başa çatmasından bir gün öncə abunəçi məlumatlandırılır. Ərizənin təqdim edildiyi tarixdən əməliyyatın həyata keçirilməsi tarixinədək abunəçi cari operatorun xidmətindən istifadə etməyə davam edir. Əməliyyat tam həyata keçirilərkən abunəçinin şəbəkəsində maksimum 3 saat kəsinti yarana bilər.

- Abunəçinin geri qayıtması və ya yenidən şəbəkəni dəyişməsi mümkün olacaq?

- Əgər nömrə daha öncə digər mobil operatorun şəbəkəsinə keçirilmiş nömrədirsə, o zaman yalnız həmin mobil operatorun şəbəkəsində ən azı 3 ay istifadə edildikdən sonra daha öncə məxsus olduğu mobil operatorun və ya digər yeni mobil operatorun şəbəkəsinə keçirilə bilər. 

- Emin bəy, müsahibənizə görə təşəkkür edirik.

Seymur Yunusov