Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
4-10 iyul 2019-cu il
26 (1074)
20 iyun - 3 iyul 2019-cu il
25 (1073)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
İKT
Azərbaycanda İKT-nin inkişafında əlverişli maliyyə xidmətləri mühiti yaradılacaqdır

Azərbaycanda yerli şirkətlərə maliyyə xidmətlərinin göstərilməsi, o cümlədən güzəştli kreditlərin verilməsi istiqamətində müəyyən addımlar atılır. Azərbaycan Prezidenti İlham Əliyev informasiya-kommunikasiya texnologiyalarının (İKT) inkişafının stimullaşdırılması və İKT üzrə Dövlət Fondunun yaradılması ilə bağlı Sərəncam imzalamışdır. Ekspertlər və bizim bir çox məsləhətçi şirkətlər hesab edir ki, bu addım həyata keçirilərsə, Azərbaycanda İKT-nin inkişafında əlverişli maliyyə xidmətləri mühiti yaradılacaqdır.
AzərTAc xəbər verir ki, bu sözləri rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov “Azərbaycan 2020: gələcəyə baxış” mövzusunda beynəlxalq konfransdakı çıxışında demişdir.
Nazir bildirmişdir ki, bu ilin noyabr ayında Xüsusi İnnovasiya Zonasının yaradılması çərçivəsində “Yüksək Texnologiyalar Parkının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı artıq bu istiqamətdə atılan ikinci vacib addımdır. Parkda resurs mərkəzlərinin yaradılması, kiçik və orta innovativ biznesin inkişafı, ixrac imkanlarının artırılması və İKT mütəxəssislərinin hazırlanması kimi vacib layihələrin həyata keçirilməsi planlaşdırılır.