Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib **** ® “Kapital Bank”dan gənclərə komissiyasız kredit ****
Qəzetin çap variantları
16-22 may 2019-cu il
19 (1067)
16-22 may 2019-cu il
19 (1067)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
İKT

“Azerfon” və “ip.access” tərəfdaşlığa başlayır

Nar MobileAzərbaycanda hava reyslərində, xüsusilə də Azərbaycan Hava Yollarının (AZAL) təyyarələrində mobil rabitə xidmətlərini təklif edən birinci mobil operatordur.

Bu gün ip.accessşirkəti Azerfon-la Azərbaycanda Heydər Əliyev adına Beynəlxalq Hava limanında, habelə paytaxt hava limanında məskənləşən Azal şirkətinin təyyarələrində “picocell” özəkli baza stansiyalarının quraşdırılmasına yönəlmiş tərəfdaşlığını təsdiq edib.

Bu tərəfdaşlıq Azal şirkətinin ölkəyə gələn və ölkədən gedən hava reyslərinin sərnişinlərinə, təyyarənin bortunda quraşdırılmış Nar Mobile sistemindən istifadə etməklə, öz mobil telefonlarından zəng vurmaq və zəngləri qəbul etmək, SMS-xəbərlər göndərmək və veb-saytları nəzərdən keçirmək imkanı verəcəkdir. Bu ilin əvvəlində elan edildiyi kimi, hava nəqliyyatında rabitə xidmətlərinin təmin olunması sahəsində liderlik edən provayder olan OnAir şirkəti Azerfon-u bu layihənin həyata keçirilməsi üçün texniki qərarlarla təmin edəcəkdir.

İp.access şirkətinin prezidenti cənab Saymon Braun, Azerfon şirkəti ilə olan tərəfdaşlığı haqqında aşağıdakıları söylədi: “Digər aviaşirkətlərlə uğurlu iş təcrübəsinin olması ip.access şirkətini Azərbaycanda da bu sistemin quraşdırılması üçün təbii seçimə çevirdi. Bizim qərarlarımızın mahiyyəti və sistemimizin digər təchizatçıların sistemlərinə inteqrasiya olunmaq qabiliyyəti bu yeni xidmətlərin tətbiq edilməsini sürətləndirdi”.

Cənab Timuçin Kutar Azerfon şirkətinin Baş texniki müdiri tərəfdaşların yerinə yetirdiyi işi və bu layihənin həyata keçirilməsi sürətini vurğuladı. “Heydər Əliyev adına hava limanı regionda ən çox sərnişin qəbul edən beynəlxalq hava limanlarından biridir, bu da onu tranzit sərnişinlərin köçürülməsi üçün önəmli bir məkan edir,” – deyə cənab Kutar bildirdi. “Bu layihəni tez bir zamanda həyata keçirməklə ip.access bizə Azal şirkətlərinin təyyarələrində uçuş zamanı milyonlarla sərnişinlərə GSM uçuş xidmətlərini, səsli rabitənin, SMS, data qoşulmasını təqdim etməkdə yardım edəcəkdir”.