Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
5-11 sentyabr 2019-cu il
35 (1082)
29 avqust 4 sentyabr 2019-cu il
34 (1081)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
İKT

Apple və HTC patent münaqişəsini həll ediblər

Apple və HTC şirkətləri əqli mülkiyyətdən qeyri-qanuni istifadəyə dair işdə razılığa gəldiklərini elan ediblər.
Müqavilənin şərtlərinə əsasən, Apple və HTC bir-birinə aid bütün məhkəmə iddialarını geri götürürlər. Bundan başqa, şirkətlər 10 illik müddətə tərəflərin hazırkı və gələcək patentləri ilə bağlı lisenziya sazişi imzalayıblar.
Qeyd edək ki, iki şirkət arasında mübahisə 2010-cu ildə yaranıb. Apple bildirib ki, Tayvanın HTC şirkəti istehsal etdiyi smartfonlarda proqram arxitekturası, istifadəçi interfeysinin təşkili vasitələri və sensor displeylər üçün icazə olmadan patentləşdirilmiş texnologiyaları tətbiq edib.
HTC öz növbəsində Apple şirkətini simsiz Wi-Fi rabitəsi, telefon nömrəyığıcısı, və s. ilə bağlı əqli mülkiyyət hüququnu pozmaqda təqsirləndirib.