Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
4-10 iyul 2019-cu il
26 (1074)
20 iyun - 3 iyul 2019-cu il
25 (1073)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
İKT

Microsoft-un rəhbərlərindən biri istefa verib

Microsoft korporasiyası Windows and Windows Live bölməsinin rəhbəri Stiven Sinofskinin istefaya getdiyini açıqlayıb.
Noyabrın 13-dən etibarən S.Sinofskinin səlahiyyətləri iki qadın – Culiya Larson-Qrin və Temi Reller arasında bölüşdürüləcək. Culiya Larson-Qrin Windows və aparat təminatı üzrə bütün məhsulların işlənib hazırlanmasına, T.Reller isə platformanın biznes inkişafına məsul olacaq. Hər iki rəhbər korporasiyanın baş direktoru Stiv Balmerin tabeçiliyi altında çalışacaq.
Culiya Larson-Qrin 1993-cü ildən Microsoft-da çalışır. O, Internet Explorer, Microsoft Office, Windows 7 və Windows 8 kimi məhsulların hazırlanamsında iştirak edərək qrafik interfeysin işlənməsi və məhsulların lokallaşdırılması ilə məşğul olub. Xanım Culiya proqram təminatı üzrə magistr elmi dərəcəsinə, eləcə də işgüzar inzibatçılıq üzrə bakalavr dərəcəsinə malikdir.
Qeyd etmək lazımdır ki, S.Sinofski Windows 8 əməliyyat sistemi, yeni Office 2013 proqramı və korporasiyanın ilk istehsalı olan Surface planşet kompüteri işıq üzü gördükdən sonra Microsoft-u tərk edib.