Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib **** ® “Kapital Bank”dan gənclərə komissiyasız kredit ****
Qəzetin çap variantları
16-22 may 2019-cu il
19 (1067)
16-22 may 2019-cu il
19 (1067)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
İKT
30 kənddə pulsuz internet köşkü istifadəyə verilib.   
 
IREX-Azərbaycan təşkilatı USAID-in maliyyə dəstəyi ilə “Onlayn kənd”  layihəsi çərçivəsində Azərbaycanın 30  kəndində pulsuz internet köşklərini istifadəyə verib.  Köşklər  kəndlərin poçt şöbələrində yerləşdirilib.  Köşklərin yerləşdirildiyi  kəndlərin əhalisi 3 min  və 10 min nəfər arasındadır.

 IREX Azərbaycanın kənd sakinləri arasında 2012-ci ilin yanvarından mayına qədər keçirdiyi sorğu göstərir ki,  sakinlər internetə daha çox telefonla daxil olurlar, amma onlar hesab edirlər ki, bu xidmət bahalı, sürət isə aşağıdır. Sorğuda iştirak edənlərin 54 faizi internetdən heç vaxt istifadə etmədiklərini, amma kəndlərində pulsuz internetin olmasını arzuladıqlarını bildiriblər. İştirakçıların 82 faizi isə internet kurslarına qatılmaq arzularını dilə gətiriblər, 19 faiz bildirib ki, onlar  e-maildən necə istifadə etməyi öyrənmək istəyirlər.

IREX’in respondentlərinin 27 faizi  sosial media şəbəkələrindən istifadə,  50 faiz komputer proqramları ilə maraqlanıb, iki faiz isə onlayn vergi ödənişi etməklə maraqlandığını bildirib.

Bu ehtiyacları qarşılamaq üçün USAID və IREX  Azərbaycanın  Rabitə və İnformasiya Texnologiyaları (RİTN) ilə əməkdaşlığa başlayıb və 30 poçt şöbəsində pulsuz internet köşklər quraşdırıb.  Lazım olan bütün avadanlıqlar USAID’in maliyyə dəstəyi ilə IREX tərəfindən alınıb.  RTİN  köşklərin poçt şöbələrində pulsuz yerləşdirilməsinə razılıq verib.
Bu köşklərin idarə edilməsi 2013-cü il ərzində  RTİN-ə təhvil veriləcək.

Köşklərdən istifadənin səmərəsini artırmaq üçün IREX poçt şöbələrinin işçilərinə  köşklərdən istifadə etmək barədə təlim keçib.  Bundan başqa köşk quraşdırılmış hər bir poçt şöbəsinə komputerdən və internetdən necə istifadə etməyi addım-addım izah edən çap materialları paylanılıb.

Oktyabrın 4-də,  Xaçmazın Yergüc kəndində “Onlayn kənd” layihəsinin rəsmi təqdimat mərasimi keçirilib. IREX Azərbaycanın Yeni Media layihəsinin direktor müavini Ələsgər Məmmədli bildirib ki, bu təşəbbüs insanların həyatını daha da yaxşılaşdıracaq.