Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
14-20 noyabr 2019-cu il
45 (1092)
7-13 noyabr 2019-cu il
44 (1091)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
İKT

Ağılsız “dəmir parçası”

Birja  robotu bir saat ərzində 440 milyon dolları yox etdi

Ötən ayın əvvəllərində Amerikanın ən iri broker şirkətlərindən biri olan Knight Capital  demək olar ki, bir anın içində müflisləşmə həddinə düşdü – birjanın robotu bir saatdan da az müddət ərzində onun kapitalını yox edərək 440 milyon dollar itirdi. ABŞ-da hiperaktiv treyderlərə sərt nəzarət barədə hər zaman söhbətlər getsə də, yalnız indi zəruri tədbirlər həyata keçirmək yada düşüb...

Knight Capital brokeri ərtafında hələ iyulda narahatçılıq müşahidə olunurdu. Belə ki iyulun 31-dən bir həftə sonra onun səhmləri 70% düşərək, bir ədədinin qiyməti 10 dollardan 3 dollara enmişdi. Analitiklər indi bu şirkətin bölünməsini proqnozlaşdırır. Investorlar brokerin məhvi və bazarların tənəzzülünə yol verməmək üçün Knight Capitalın səhmlərinin 73%-ni 400 milyon dollara almağa razılaşıblar.

Knight Capitalın müflisləşməsinin səbəbi birja robotunun səhvi olmuşdur – avqustun 1-də o, 45 dəqiqə ərzində NYSE birjasına səhv məlumatlar göndərmişdir. Bu səhv brokerə nəinki 440 milyon dollar itkiyə başa gəlmiş, həm də 148 şirkətin səhmlərinin qiymətlərinin qalxmasına səbəb olmuşdur. Robotun Knight Capitalın pullarını hansı yolla məhv etdiyi məlum olmasa da, bu prosesin məhz avqustun 1-də, proqram təminatının həmin gün işə başlanması ilə baş verdiyi bəllidir.

Knight Capital baş verən hadisədən əvvəl Amerika bazarının nəhəng hesab edilən marletmeykerlərindən (emitentlərin qiymətli kağızlarının satışını öhdəsinə götürən broker) biri olmuşdur. ABŞ-da satılan hər onuncu səhm bu şirkətin payına düşürdü.

Ayqustun 7-də The Financial Times yazırdı ki, ABŞ Qiymətli Kağızlar və Birjalar üzrə Komissiya (SEC) öz ticarət robotlarının səhvlərini açıqlamağı bütün brokerlərin öhdəsinə qoyacaq. Bundan başqa, SEC “canlı olmayan” treyderlərə nəzarət sistemini təkmilləşdirmək niyyətindədir.

 

Robotlar hansı işlə məşğuldur?

 

Hazırda ayrı-ayrı birjalarda aparılan sövdələrin 30%-dən 70%-ə qədəri robotların üzərinə düşür. Birja robotları həm sadə, həm də kifayət qədər mürəkkəb proqramlarla təchiz edilmişdir. Bu robotlar səhmlərin alqı-satqısı üzrə sövdələri həyata keçirir, bazara nəzarət edir və riyazi metodların köməyi ilə qiymətli kağızların məzənnələrinin necə olacağını qabaqcadan xəbər verir. Insanla müqayisədə robotların bir çox üstünlükləri vardır. Hər şeydən əvvəl, proqram insandan onlarla, hətta yüzlərlə dəfə sürətlə işləyərək sövdələri həyata keçirir və səhmlərin alqı-satqısı üzrə tələbləri göndərir. Bundan başqa, robotlar insanlardan daha səmərəli işləyərək bazarın texniki analizini aparır və investisiyalaşmada bütün əməliyyatları daha yaxşı yerinə yetirirlər. Nəhayət, proqram insanlara xas olan bəzi  emosiyalardan, məsələn, xəsislik və risk etmək kimi treyderlərə zərərli olan hisslərdən uzaqdır.

Robotlar treyderlərə kömək edir, onlar olmadan investisiyalaşdırmanın müasir strategiyalarının qurulması mümkün deyil. Son vaxtlar həm treyderlərin müsabiqələrində, həm də real vəsaitlərin investisiyalaşdırılmasında birja robotlarının uğurları barədə çox deyilir, çox yazılır.  Bununla yanaşı, onlar qüsurları da az deyil. Məsələn, səhmlərin məzənnələrinin tez-tez dəyişməsinə baxmayaraq, robotların həyata keçirdikləri çoxlu sayda sövdələr bunu nəzərə almır, bununla da onsuzda qeyri-sabit bazarı yerindən “oynadırlar”.  Birja robotları hərracların infrastrukturunu son dərəcə yükləyir.

Bundan əlavə, robotlar çoxlu sayda tələb göndərməklə birjanı “zibilləyir”, sonra isə bu tələbləri ləğv edərək, sövdələri həyata keçirmirlər. Bu zaman proqramlar qiymətləri saniyə ərzində bir neçə dəfə dəyişir, treyderlər isə onlara lazım olan qiyməti “tuta” bilməyərək sövdələşə bilmir. Beləliklə, bazarın iştirakçılarının fikrincə, robotlar qiymətqoymaya mənfi təsir göstərirlər. Bu səbəbdən də, hərrac meydançalarının çoxu birja robotlarının üzərinə xüsusi vergi qoymuşdur.

Robotların yaratdığı ən böyük təhlükə - onların səhvləridir. Knight Capitalın başına gələn hadisə göstərdi ki, insan tərəfindən vaxtında dayandırılmayan proqramın pozulması böyük itkilər törətmək qabiliyyətindədir. Məsələn, bu il iyun ayının sonunda Moskva birjasında robot 2 dəqiqə ərzində qəribə sövdə həyata keçirərək, valyutanı bazar qiymətindən ucuz satıb, baha almışdır. Proqram bu qısa müddətdə 700 milyon dollarlıq alver edə bilmişdir. Bu əməliyyat davam edərsə, zərər 4,5 milyon dollar təşkil edə bilərdi. Birja iştirakçıları bu sövdələri ləğv etməmiş, bəyan etmişdilər ki, “hər bir iştirakçı öz robotuna cavabdehdir...”.

Robotun “günahı” üzündən  böyük pullar itirilir, lakin kim zəmanət verə bilər ki, insan-treyderlər də səhv edə bilir, hətta tamaha güc gələ bilməyərək, bilərəkdən də səhv edir....

M.YEGANƏ