Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
14-20 noyabr 2019-cu il
45 (1092)
7-13 noyabr 2019-cu il
44 (1091)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
İKT
Azərbaycan İKT layihələrinə 3,5 milyard dollar sərmayə yatırmağı planlaşdırır 

Azərbaycan İKT layihələrinə 3,5 milyard dolar sərmayə yatırmağı planlaşdırır.
Qətərin paytaxtı Doha şəhərində Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Ərəb Dövlətləri Liqası ilə birgə əməkdaşlığı çərçivəsində təşkil olunan  “Connect” Ərəb Sammitində iştirak edən Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Qətər İnformasiya Agentliyinə müsahibəsində demişdir.
Nazir Ə.Abbasov müsahibəsində Qətərin ev sahibliyi ilə keçirilən sammitin işini yüksək qiymətləndirmiş, Azərbaycan Respublikası ilə Qətər Dövləti arasında İKT sahəsində tərəfdaşlıq əlaqələrinin qurulacağına əminliyini vurğulamışdır. Nazir Qətər Dövlətinin əmiri Şeyx Həməd bin Xəlifə Al Saninin açılış mərasimində iştirakını dövlətin İKT sahəsinə dəstəyinin və bu sahənin inkişafına marağının müsbət göstəricisi olduğunu qeyd etmişdir. Əli Abbasov Azərbaycan ilə Qətər arasında ikitərəfli əlaqələrin son vaxtlar genişlənərək iqtisadi və turizm sahələrini də əhatə etməsini münasibətlərin inkişafının dinamikası kimi səciyyələndirmişdir.
Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri müsahibəsində Avropanı Asiya-Sakit okean regionu ilə birləşdirən “Trans-Avrasiya Super İnformasiya Magistralı” (TASİM) layihəsi barədə danışmışdır. Ə.Abbasov bildirmişdir ki, regionda rəqəmsal texnologiyanın inkişafına xidmət edən bu layihə 2009-cu ilin dekabrında BMT-nin Baş Məclisində qəbul olunmuş və Şərqi Avropa və Asiyada 20-dən çox dövlətin istifadə edəcəyi fiber optik şəbəkə qurmaqla “super magistral” yaratmağı nəzərdə tutur.
Ərəb İnformasiya Agentlikləri Birliyinin (FANA) fananews.com saytında da azərbaycanlı nazirin sammitdə iştirakı barədə material yerləşdirilmişdir. Materialda Əli Abbasovun sammitin yekun plenar iclasında çıxış etdiyi bildirilir. Qeyd olunur ki, nazir çıxışında İKT-nin inkişafının ərəb dünyası xalqlarının rifah halının yüksəldilməsi üçün yeni imkanlar yaradacaqdır.
Nazir demişdir ki, Azərbaycanda İKT-nin inkişafı üçün genişmiqyaslı işlər görülmüş, genişzolaqlı şəbəkə yaradılmış, rəqəmsal yayıma daha çox üstünlük verilmişdir. Bu sahədə işlərin davam etdirildiyini bildirən nazir demişdir ki, Azərbaycan İKT layihələrinə 3,5 milyard dollar sərmayə yatırmağı planlaşdırır.
Həmçinin nazir İKT sahəsində özəl sektorun rolunu genişləndirməyin əhəmiyyətini vurğulayaraq bildirmişdir ki, Azərbaycan sərmayələri və şirkətləri bu sahəyə cəlb etmək üçün əlverişli investisiya mühiti yaratmışdır.
Nazir Əli Abbasovun müsahibəsi, həmçinin Qətərin məşhur “əl-Ərəb” qəzetində (alarab.qa/details.php?artid=177888) də dərc edilmişdir.