Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
14-20 noyabr 2019-cu il
45 (1092)
7-13 noyabr 2019-cu il
44 (1091)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
İKT

Bakcell Bakutel -2019 sərgisində: ən üstün şəbəkə və müştəri təcrübəsi

Bakcell şirkəti 25-ci Yubiley Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisində iştirak edir.

Şirkət öz ənənəsinə sadiq qalaraq bu il də öz stendində Azərbaycanın ən böyük mobil şəbəkəsini və ən sürətli mobil internet xidmətini, özünün son nailiyyətlərini, məhsul və xidmətlərini nümayiş etdirir, həmçinin bir sıra əyləncəli tədbirlər, maraqlı oyunlar və müsabiqələr təşkil edir.

Bundan əlavə, Bakcell öz stendində şirkət üçün yeni ayrılan “099” prefiksinin də yaxın gələcəkdə istifadəyə veriləcəyini elan edir.

Ən üstün əhatə dairəsi və ən sürətli mobil internet

“Bakutel-2019” sərgisində quraşdırılmış Bakcell stendinin qonaqları ölkədə ən geniş əhatə dairəsinə malik olan, tanınmış OOKLA şirkəti tərəfindən sınaqdan keçirilərək ardıcıl olaraq 3 dəfə Azərbaycanın ən sürətli mobil şəbəkəsi adına layiq görülmüş Bakcell şəbəkəsinin imkanları ilə tanış olmaq fürsəti qazanacaqlar.

Bu gün 8000-dən artıq baza stansiyası vasitəsilə Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. Şirkət əhatə dairəsi və trafik buraxma qabiliyyəti baxımdan ölkənin ən geniş və sürətli 4G şəbəkəsinə malikdir.

Mənim Bakcellim: virtual müştəri xidməti mərkəzi

Bundan əlavə, sərgi ziyarətçiləri ölkənin telekommunikasiya bazarında ilk virtual müştəri xidmətləri aləti olan “Mənim Bakcellim” mobil tətbiqetməsi ilə tanış olmaq, mobil əlavəni sınaqdan keçirib onun maraqlı və unikal funksiyaları barədə məlumat almaq imkanına malik olacaqlar. “Mənim Bakcellim” abunəçilərə məlumat mərkəzinə zəng etmədən və müştəri xidməti mərkəzinə getmədən mobil nömrə ilə istənilən əməliyyatı həyata keçirmək imkanı verir. “Mənim Bakcellim” istifadəçilərə maksimum şəffaflıq və rahatlıq, zəng olunmuş nömrələrin siyahısı, zənglərin vaxtı və müddəti və sərf olunmuş məbləğlər daxil olmaqla nömrənin istifadə tarixçəsinə aid bütün məlumatlara tam nəzarət imkanı və hətta onlayn çat kimi üstünlükləri təqdim edir.