Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
5-11 sentyabr 2019-cu il
35 (1082)
29 avqust 4 sentyabr 2019-cu il
34 (1081)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
İKT

Bakcell şirkətinin “Ulduzum” proqramınınpartnyor sayı 300-ü keçib

Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell şirkəti böyük məmnuniyyətlə elan edir ki, şirkətin “Ulduzum” loyallıq proqramı çərçivəsində abunəçilərə endirim və əlavə fürsətlər təqdim edən partnyorların sayı 300-ü keçib.

Qeyd edək ki, öz abunəçilərini eksklüziv endirim və üstünlüklərlə təmin etmək məqsədilə Bakcell ölkənin ən genişmiqyaslı loyallıq proqramlarından birini həyata keçirir. “Ulduzum” proqramı artıq 300-dən çox tərəfdaş vasitəsilə Bakcell abunəçilərinə 500-dən artıq satış və xidmət nöqtəsində yüzlərlə maraqlı təklifdən yararlanmaq imkanı yaradır. Proqramın geniş partnyor şəbəkəsinə populyar restoranlar və geyim dükanları, aparıcı kinoteatrlar, elektronika dükanları, tibbi, gözəllik, idman və əyləncə mərkəzləri, banklar, kabel televiziyaları, taksi və beynəlxalq çatdırılma xidmətləri və hətta aviaşirkətlər daxildir.

Bakcell 2 il bundan əvvəl özünün “Ulduzum” loyallıq proqramının partnyor siyahısına Türk Hava Yollarının “Miles & Smiles” proqramını daxil edən ilk şirkətlərdən olub. Belə ki, “Ulduzum” istifadəçiləri mobil rabitə xidmətlərinə xərclənən hər 1 manata 3 milə qədər qazanmaq imkanına malikdirlər.

Bakcell şirkətinin həyata keçirdiyi “Ulduzum” loyallıq proqramının əsas məqsədi abunəçilərə təkcə endirim və üstünlüklər təqdim etmək yox, onların gündəlik həyatına rahatlıq gətirmək, eyni zamanda loyallıq, etibar və şəffaflıq üzərində qurulmuş münasibətləri möhkəmləndirməkdir.

Hər bir Bakcell abunəçisi “Ulduzum” proqramından yararlana bilər. Xüsusi təklif və eksklüziv endirimlərdən faydalanmaq üçün abunəçi xüsusi mobil tətbiqetmə vasitəsilə, telefonda *5555#YES kodunu yığmaqla və yaxud * işarəsini 5555 nömrəsinə SMS vasitəsilə göndərməklə “Ulduzum” kodunu əldə etməlidir. Əldə olunmuş kod alış-veriş və yaxud xidmətlərin ödənilməsi zamanı təqdim edilməlidir. Proqram barədə ətraflı məlumat üçün www.ulduzum.azsəhifəsinə daxil olun.