Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
5-11 sentyabr 2019-cu il
35 (1082)
29 avqust 4 sentyabr 2019-cu il
34 (1081)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
İKT

“Azercell Telekom” MMC yeni “Azercell-Lab” - ödənişli təcrübə proqramını elan edir

Gənclərin peşəkar və fərdi fəaliyyətini dəstəkləmək, Azərbaycanda təhsilin inkişafına töhfə vermək məqsədilə “Azercell” yeni “Azercell-Lab” - ödənişli təcrübə proqramını elan edir. “Azercell-Lab” inkubasiya mərkəzi tələbələrə 2 fərqli istiqamətdə seçim etmək imkanı təklif edir: “IT-lab” və “Biznes-lab”. Beləliklə, iyul ayının 1-dən başlayaraq “Azercell” bakalavr və magistr tələbələri, həmçinin bakalavr və magistr dərəcələrində ali təhsillərini artıq tamamlamış gənclər üçün “IT-lab” və “Biznes-lab” təcrübə proqramlarına qoşulmaq üçün unikal imkan yaradır. “Azercell”in “IT-lab” və “Biznes-lab” inkubasiya mərkəzləri tələbələrə fərdi inkişaf və peşəkar mühitdə karyera qurmaq imkanları, şirkət tərəfindən həyata keçirilən layihələrdə iştirak və əvəzolunmaz təcrübə qazanmaq fürsətlərini təklif edir.

Layihənin məqsədi rəqəmsal texnologiyalara marağı olan tələbələrə dəstək olmaq və onları telekom sahəsinin ən son yenilikləri ilə daha yaxından tanış olmağa dəvət etməkdir. Qeyd edək ki, “Azercell”in “IT-lab” və “Biznes-lab” inkubasiya mərkəzləri 6 aylıq ödənişli təcrübə proqramlarıdır. Əlavə olaraq, təcrübəçilər “Azercell” tərəfindən həyata keçirilən sosial layihələrdə, müxtəlif təlimlərdə və şirkətin korporativ tədbirlərində iştirak etmək imkanına da malik olacaqlar.

Qeyd edək ki, müraciətlərin qəbulu artıq açıqdır və son qəbul tarixi mayın 20-sidir. Seçim prosesini müvəffəqiyyətlə tamamlayanlar iyulun 1-dən şirkətdə təcrübəyə başlayacaqlar.

Əgər sən liderlik keyfiyyətlərinə sahibsənsə, innovativ, çevik və yaradıcısansa, o zaman Biz səni axtarırıq! Komandamıza qoşul və rəqəmsal dünyanın ən son yeniliklərini bizimlə kəşf et! “Azercell”lə rəqəmsal gələcək qurmaq fürsətini əldən vermə!

Əlavə məlumat üçün səhifəsinə daxil olun.

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz.