Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
5-11 sentyabr 2019-cu il
35 (1082)
29 avqust 4 sentyabr 2019-cu il
34 (1081)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
İKT

Keçən il informasiya və rabitə müəssisələri tərəfindən 1,9 milyard manatlıq xidmətlər göstərilib.

AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib.

O bildirib ki, “Telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi” çərçivəsində “2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı” təsdiq edilib, rəqəmsal ödənişlərin daha geniş tətbiqi üçün maarifləndirmə, təbliğat və təşviqat işi aparılıb. “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları” təsdiq edilib, “Elektron hökumət” portalındakı xidmətlərə “ASAN xidmət” standartlarının tətbiqi təmin olunub və elektron xidmət provayderləri (təminatçıları) üçün texniki, texnoloji və hüquqi tələblər müəyyən edilib: “İnformasiya və rabitə müəssisələri tərəfindən 2018-ci ildə 1,9 milyard manatlıq xidmət göstərilib. Müqayisə üçün qeyd etmək lazımdır ki, 2017-ci ildə bu göstərici 1,7 milyard, 2016-cı ildə isə 1,6 milyard manat olub. Əvvəlki illə müqayisədə 2018-ci ildə göstərilmiş informasiya və rabitə xidmətlərinin həcmi dəyər ifadəsində 9,3 faiz, 2016-cı illə müqayisədə isə 16 faiz artıb”.