Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib **** ® “Kapital Bank”dan gənclərə komissiyasız kredit ****
Qəzetin çap variantları
16-22 may 2019-cu il
19 (1067)
9-15 may 2019-cu il
18 (1066)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
İKT

Bakcell ADA Universitetində keçirilmiş karyera yarmarkasına qatılıb

 

Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell şirkəti ADA Universitetinin təşkil etdiyi ənənəvi karyera yarmarkasında iştirak edib.

Tədbirin İnformasiya Texnologiyaları və Telekommunikasiya sənayesinə həsr olunmuş günündə universitetin tələbə və məzunlarına Bakcell şirkətində mövcud olan vakansiya və təcrübə imkanları barədə məlumat verilib və potensial namizədlərlə müsahibələr keçirilib.

Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından olan Bakcell şirkəti gənclərin təhsilinin və karyerasının inkişafına dəstək göstərir.

Şirkət mütəmadi olaraq müxtəlif təhsil müəssisələri, müvafiq dövlət strukturları və təşkilatlar tərəfindən təşkil olunan karyera sərgilərində fəal iştirak edir. Müsahibədən uğurla keçən gənclər ölkənin ən böyük şirkətlərindən birində iş və ya təcrübə imkanı qazanır.