Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib **** ® “Kapital Bank”dan gənclərə komissiyasız kredit ****
Qəzetin çap variantları
16-22 may 2019-cu il
19 (1067)
16-22 may 2019-cu il
19 (1067)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
İKT

“Kibertəhlükəsizlik həftəsi” çərçivəsində martın 12-16-da Azərbaycan Standartlaşdırma İnstitutunun və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzinin birgə təşkilatçılığı ilə “ISO/IEC 27001: 2013 İnformasiya Təhlükəsizliyi. Təhlükəsizlik metodları. İnformasiya təhlükəsizliyinin idarə edilməsi sistemləri. Tələblər” standartı əsasında təlim təşkil ediləcək.

AZƏRTAC xəbər verir ki, bu barədə “İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzi” MMC-nin direktoru Rauf Cabbarov deyib.

O bildirib ki, təlimin məqsədi “ISO/IEC 27001 – Information Security Management Systems” – informasiya təhlükəsizliyinin idarəetmə sistemləri üzrə qəbul edilmiş beynəlxalq standartın tələblərini və tətbiq üsullarını yerli mütəxəssislərə öyrətməkdir: “Təlimdə beynəlxalq standartın bütün tələblərini öyrətmək ilə yanaşı, təşkilatlarda bu standartı tətbiq etmək üçün vacib olan rəsmi auditor statusunun alınması üçün beynəlxalq imtahan keçiriləcək. Təlim çərçivəsində yerli mütəxəssislərin adıçəkilən beynəlxalq standartın tətbiqi və auditi üzrə IRCA (International Register of Certificated Auditors) təşkilatı tərəfindən qeydiyyata alınmış Azərbaycan Standartlaşdırma İnstitutunun Təlim-Tədris Mərkəzi və İdarəetmə Sistemlərinin və Personalın Sertifikatlaşdırma Orqanının direktoru Saday Əliyev və Türkiyə Respublikasının “Esenek” Eğitim Mərkəzinin rəhbəri Halil Çelik tərəfindən beynəlxalq imtahan keçiriləcək. Bu imtahanı uğurla keçən yerli mütəxəssislərə “ISO 27001” standartının tətbiqi üzrə baş auditor sertifikatı təqdim ediləcək”.

R.Cabbarov diqqətə çatdırıb ki, türk dilində keçiriləcək təlimdə qeyd edilən sahə üzrə sertifikatlaşmadan keçmək istəyən bütün təşkilatların nümayəndələri iştirak edə bilər. İştirakçılar sırasında əsasən iri İKT şirkətləri, telekommunikasiya operatorları və dövlət qurumlarının mütəxəssisləri yer alacaq.