Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
22-28 avqust 2019-cu il
33 (1080)
15-21 avqust 2019-cu il
32 (1080)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
İKT

Hər zaman texnologiya bazarına yeniliklər gətirən, innovasiyalar təqdim edən Çinin qabaqcıl texnologiya şirkəti olan “Huawei” artıq dünya üzrə smartfon bazarına mühüm yeniliklər gətirən yeni modelini təqdim edib. 

Şirkətin yeni model smartfonu olan “Mate 20 Pro”da əvvəlki nəsil smartfonlarda olmayan mühüm xüsusiyyətlər var və bu xüsusiyyətlər onu öz digərlərindən daha üstün edir.

Şirkət bu flaqman modeli ilə daha uzun müddət enerjini saxlayan enerji bloku (batareya), süni intellekt texnologiyası ilə çalışan kamera sistemi, məsafədən enerjinin digər qurğulara ötürülməsi texnologiyası, üz tanıma mexanizmi, mühüm yeniliklər təqdim edən əməliyyat sistemi və sair tətbiq edib.

“Huawei Mate 20 Pro” tətbiq olunmuş texnoloji həllərə görə öz sinfində yenilikçi bir smartfon modelidir. “Mate 10 Pro” modeli ilə müqayisədə “Mate 20 Pro” modeli nisbətən uzundur. Displeydəki 0,39 düyüm fərq isə smartfonun ümumi qabaritində elə də mühüm fərq kəsb etmir.

“Huawei Mate 20 Pro”da displey 2K + imkanlara sahib OLED displeydir (19,5 – 3120x1440 nöqtə formatında). Piksellərin sıxlığı isə 538 ppi-dir. Bu da gündəlik istifadə üçün çox mühüm imkanlar və səviyyə deməkdir.

Telefonun dizaynında da mühüm elementlər istifadə olunub. Arxa hissədə fləş işıq və kameralar dördbucaqlı blokda birgə yerləşdirilib. Bu da smartfona müasir və innovativ görünməyə imkan verir.

“Huawei” şirkəti 1987-ci ildə təsis edilib və hazırda dünya üzrə qabaqcıl informasiya və kommunikasiya texnologiyaları həlləri provayderidir. Şirkət iri telekommunikasiya şirkətləri, müəssisələri və istehlakçıları son nəsil və rəqabətədavamlı İKT həllər, məhsullar və xidmətlərlə təmin edir. “Huawei” dünyanın 170-dən çox ölkəsi və regionunda 180 min əməkdaşla dünya əhalisinin üçdə birinə öz xidmətlərini göstərir.

“Huawei CBG” qrupu və məhsulları haqqında daha ətraflı məlumat: