Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
24-30 oktyabr 2019-cu il
42 (1089)
17-23 oktyabr 2019-cu il
41 (1088)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
İKT

Şirkət bayram ərəfəsində Tərtər şəhərindəki abunəçiləri üçün 2 kampaniyaya start verib

Abunəçilərinin rahatlığı üçün 2018-ci ilin sonuna qədər “Eksklüziv” mağazalarının sayını artırmağı hədəfləyən “Azercell Telekom” MMC qarşısında qoyduğu məqsədə çatıb. Şirkət sayca 20-ci “Eksklüziv” mağazasını Tərtər şəhərində abunəçilərinin ixtiyarına verib. Bölgələrdə abunəçilərə təqdim edilən sayca 13-cü olan mağaza Tərtər şəhəri, Heydər Əliyev prospekti 47 ünvanında yerləşir. “Eksklüziv” mağazanın açılışında Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov da iştirak edib. Dekabrın 25-dən etibarən bazar ertəsi – şənbə günləri 09:00 – 18:00-dək (fasiləsiz), bazar günü isə 09:00 – 15:00-dək (fasiləsiz) fəaliyyət göstərəcək mağazada abunəçilərin “Azercell”in xidmətlərindən yararlanması üçün hər cür şərait yaradılıb. Mağazaya gələn hər bir müştəri mobil xidmətlər üzrə ödəmələri həyata keçirə və istədikləri mobil cihazları nağd və ya kredit şəklində əldə edə bilərlər. Düzgün cihaz seçimi etməkdə, xidmətləri aktivləşdirməkdə və digər məsələlərdə müştərilərə peşəkar satıcılar köməklik göstərəcəklər. Digər eksklüziv mağazalarda olduğu kimi, “Azercell” Tərtər şəhərindəki müştəriləri üçün də açılış günü ilə bağlı özəl xüsusi kampaniya keçirir. Belə ki, dekabr ayının 25-dən etibarən 7 gün ərzində, Tərtər “Eksklüziv” mağazasından smartfon alan hər kəs 150 AZN hədiyyə balansı əldə edəcək. Bundan əlavə, 200 müştəriyə xüsusi hədiyyə kuponu təqdim olunacaq ki, bu kuponlar vasitəsilə hər kəs nömrə və aksesuar alışı zamanı 50 faizədək endirimdən yararlanmaq imkanı qazanacaq.

Qeyd edək ki, “Azercell”in “Eksklüziv” mağazaları Bakı (Tbilisi prospekti, 44C, Bülbül prospekti, 5, Qara Qarayev prospekti, 3042, mənzil 52, Bəxtiyar Vahabzadə küçəsi, 556/57, Cavadxan küçəsi, 3005), Xırdalan (Heydər Əliyev prospekti, Mehdi Hüseyin küçəsi, 54), Mərdəkan (Mərdəkan qəsəbəsi, S.Yesenin küçəsi, 92/2, mənzil 30), Xaçmaz (Nəriman Nərimanov küçəsi, 40), Salyan (Heydər Əliyev küçəsi, 105), Quba (Heydər Əliyev prospekti, 194 və Qələbə küçəsi, 12), Sumqayıt (11-ci mikrorayon, Koroğlu və Üzeyir Hacıbəyli küçələrinin kəsişməsi), Şamaxı (Ağamirzəli Əhmədov küçəsi, 1), Bərdə (İsmət Qayıbov küçəsi, 8), Gəncə (Heydər Əliyev prospekti, 149), Beyləqan (Sərdar İmrəliyev küçəsi 265), Ağcabədi (Ü. Hacıbəyli prospekti, 68) və Qazaxda (Firuddin Şamoyev küçəsi, 1A) və Sabirabadda (Heydər Əliyev prospekti, 60) abunəçilərin ixtiyarına verilib.

Daha ətraflı məlumat üçün “news@mcs.az” ünvanına müraciət edə bilərsiniz.

Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergiödəyicisi və sərmayəçisi “Azercell Telekom” MMC 1996-cı ildə təsis edilib. Azərbaycanın mobil rabitə sektorunda 48 faiz bazar payına malik olan “Azercell”in şəbəkəsi ölkə ərazisinin 80 faizini (işğal altında olan 20 faiz ərazi istisna olmaqla), əhalinin isə 99,8 faizini əhatə edir. Hazırda 4,5 milyon abunəçi “Azercell”in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz “Azercell” gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi, həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən “Azercell Ekspres” ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və sair. 2012-ci ildə “Azercell” ölkədə ilk dəfə 4G xidmətini təqdim edib. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, “Azercell” şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirib. “Azercell” ölkədə və MDB məkanında beynəlxalq “Investors In People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.