Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib **** ® “Kapital Bank”dan gənclərə komissiyasız kredit ****
Qəzetin çap variantları
16-22 may 2019-cu il
19 (1067)
16-22 may 2019-cu il
19 (1067)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
İKT

AzNav “MilliNet-2018” - “Elektron hökumət və maliyyə - bank mobil tətbiq” nominasiyası üzrə 2-ci yeri tutub.

Bu barədə AZƏRTAC-a Əmlak Məsələləri Dövlət Komitəsinin mətbuat xidmətindən açıqlama verilib.

İstifadə qaydalarının rahatlığı, geniş funksionallığı “AzNav” naviqasiya sisteminə olan marağı artırıb. Hazırda “AzNav” 254 min mobil qurğuda real rejimdə işləməkdədir.

Göstəricinin yüksək olması “AzNav”ın bir çox üstün cəhətlərə sahib olduğunu göstərir. İstifadəçilər “AzNav”ı “iOS” (Apple), “Windows CE” əməliyyat sistemlərində olan bütün növ mobil cihazlardan və eyni zamanda, telefon və planşetlərdən ödənişsiz olaraq yükləmək imkanına malikdir.

Həmçinin vətəndaşlar əlavə internet paketi götürmədən də sistemi oflayn rejimdə işlədə bilərlər. Bu isə onların vəsaitlərinə qənaət etməsinə imkan verir.

Qeyd olunub ki, “AzNav” ilk milli naviqasiya sistemi “MilliNet-2018” Milli İnternet Mükafatında “Elektron hökumət və maliyyə - bank mobil tətbiq” nominasiyası üzrə 2-ci yeri tutub.

Bu milli layihə ölkəmizdə həyata keçirilən sosialyönümlü işlərin tərkib hissəsi olmaqla ünvan məsələləri ilə bağlı işlərin çevik həllinə yönəlib. Əmlak Məsələləri Dövlət Komitəsi bu xidməti də istifadəçilərə təqdim etməklə ünvan axtarışı məsələlərində vətəndaşların və əlaqəli tərəflərin işinin yüngülləşməsini təmin edib.

Sistemin təkmilləşdirilməsi gələcəkdə də davam edəcək.