Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
14-20 noyabr 2019-cu il
45 (1092)
7-13 noyabr 2019-cu il
44 (1091)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
İKT

“Nar”ın növbəti il üçün qarşısına qoyduğu əsas məqsədlərdən biri müştərilərin tələblərinə uyğun təkliflərin hazırlanması, müştərilərə ən sürətli internet təklif etmək üçün həcmi artırmaq, eyni zamanda bölgələrdə 4G şəbəkəsinin əhatə dairəsini daha da genişləndirməkdir. 

Bunu “Azerfon” MMC-nin baş icraçı direktoru Qunnar Panke İctimai TV-yə geniş müsahibəsində deyib. O, bundan sonra da “Nar”ın bütün təkliflərinin müştərilərin arzu və istəklərinə əsaslanacağını bildirib: “Bu o deməkdir ki, daha sərfəli paketlər, xüsusilə də internet paketləri təklif edəcəyik. Məsələn, müştərilərə təklif edəcəyimiz internet paketinin köməyi ilə onlar daha sürətli internet çıxışına sahib olacaqlar. Təqdim etdiyimiz xidmətlərin abunəçilər, müştərilər üçün əlçatan olması ümumi strategiyamızın ən müsbət cəhətlərindəndir. Şəbəkə səviyyəsi, qiymətlərin münasib olması “miqyasdan qənaətə” səbəb olduğu üçün növbəti dəfə sərmayə qoymaq imkanımız olur. Bunu elə etmək lazımdır ki, müştərilər tələblərini nəzərə aldığımızı hiss etsinlər”.

Q.Panke əlavə edib ki, istifadəçi sayını artırmaq üçün xidmətlər əlçatan olmalıdır. Buna görə də “Nar”ın bazar strategiyasının üçüncü sütunu “yaxşı müştəri” və “uyğun təklif paketləri”ndən ibarətdir. 2018-ci il ərzində quraşdırılan baza stansiyaları barədə də ətraflı məlumat verən Q.Panke vurğulayıb ki, mobil operatorun əsas strategiyalarından biri Azərbaycanın ən ucqar kəndlərini də şəbəkə ilə təmin etməkdir.

Qeyd edək ki, baş icraçı direktor müsahibəsində “Nar”ın qarşıda duran məqsədləri, yeni məhsulları, şəbəkəsini daha da genişləndirməsi istiqamətindəki planları, mobil operatorun ən yeni texnologiyalarının bölgələrdə istifadəsi, eyni zamanda Azərbaycanın telekommunikasiya bazarında rəqabət mühiti barədə ətraflı danışıb. Müsahibənin tam videosuna aşağıdakı keçiddə baxmaq olar: https://www.youtube.com/watch?v=suHYE5EzLS0&feature=youtu.be

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 2007-ci il martın 21-də fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97 faizini əhatə edir (işğal olunmuş ərazilər istisna olmaqla) və 7300-dən artıq baza stansiyası ilə 2,2 milyondan çox abunəçiyə yüksək keyfiyyətli xidmət göstərir.