Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
5-11 sentyabr 2019-cu il
35 (1082)
29 avqust 4 sentyabr 2019-cu il
34 (1081)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
İKT

Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell şirkəti və Azərbaycanın ilk FTTH provayderi olan ENGİNET şirkəti "İnternetdə uşaqların təhlükəsizliyi” layihəsi çərçivəsində keçirilmiş “Bakı şəhər məktəbləri arasında video-çarx müsabiqəsi”nin qaliblərini mükafatlandırıb.

“Bakı şəhər məktəbləri arasında video-çarx müsabiqəsi” Təhsil Nazirliyinin dəstəyi ilə icra olunan "İnternetdə uşaqların təhlükəsizliyi” layihəsi çərçivəsində həyata keçirilib. Bakcell və ENGİNET şirkətlərinin birgə dəstək göstərdiyi layihə çərçivəsində Bakıdakı 165, 280, 291, 211, 225, 177 və 271 nömrəli tam orta məktəblərinin şagird və pedaqoji heyəti ilə görüşlər keçirilib. Görüşlərdə internetdən düzgün və təhlükəsiz istifadə qaydaları, mövcud təhlükələr və təhlükəli məzmunlardan qorunmaq üçün nəzərdə tutulmuş alətlər barədə geniş məlumat verilib.

291 nömrəli Ekologiya liseyinin şagirdləri Mustafayev Tuncay və Niftəli Ayşən, 211 nömrəli məktəbdən Qəribova Fidan, Əlisəttarova Aylin, Ramazanova Mədinə, Xəlilov Vüsal, Mirzəyeva Əsmət və 271 nömrəli məktəbdən Məmmədov Ayxan, Göyüşlü Banu, Əkbərli Hüseyn, Quluzadə Nurlan və Süleymanova Mədinə müsabiqənin qalibləri seçilib. Bakı şəhərinin 211 nömrəli tam orta məktəbində keçirilmiş mərasim zamanı müsabiqədə qalib gəlmiş məktəblilərə Bakcell və ENGİNET şirkətləri tərəfindən xüsusi hədiyyələr təqdim edilib.

Qeyd edək ki, Bakcell bir neçə il il bundan əvvəl istifadəyə verilmiş və artıq 4G şəbəkəsində də fəaliyyət göstərən “Təhlükəsiz İnternet Paketləri” uşaqlar üçün internetdən istifadənin təhlükəsiz olmasını təmin edir. Bu internet paketləri və ENGİNET şirkətinin “İnternet Filtrasiya Xidməti” sayəsində Bakcell abunəçiləri öz uşaqlarının internetdən təhlükəsiz istifadəsini təmin edə və onları zərərli və istənilməyən məzmundan qorumaq imkanına malikdirlər.