Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
14-20 noyabr 2019-cu il
45 (1092)
7-13 noyabr 2019-cu il
44 (1091)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr
Azərbaycan kəndi şəhərdən seçilməyən bir diyara çevriləcək
 
Bu gün Azərbaycan beynəlxalq əhəmiyyətli nəqliyyat dəhlizlərinin qovuşduğu logistik mərkəzə çevrilir. Bu dəhliz dəniz, hava, dəmir yolu və avtomobil yolları ilə  şərqi qərblə, cənubu şimalla birləşdirir. Ulu öndər tərəfindən əsası qoyulan “Əsrin müqaviləsi”ndən sonra bu layihə miqyasına və əhəmiyyətinə görə Azərbaycan üçün ən nəhəng layihədir. Cari ilin sentyabr ayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev  tərəfindən açılışı həyata keçirilən iri yol layihələri də bu dəhlizin tərkib hissəsidir. Yenicə istifadəyə verilən Ələt-Astara-İran sərhədi avtomobil yolu Biləsuvar rayonundan keçir. Bu magistral yol XVI əsrə qədər mövcud olmuş Qədim İpək Yolunun müasir anlamda bərpası deməkdir. Yolun üzərində yerləşən şəhərlərin, kəndlərin, yaşayış məntəqələrinin sanki bir günün içində hüsnü, siması dəyişib, gecə-gündüz ardı-arası kəsilməyən avtomobil karvanlarının hərəkət etdiyi məkana çevrilib. İndiki Biləsuvarı on-on beş il əvvəlki Biləsuvarla müqayisə etmək olmur. Hər şey, necə deyərlər “yerlə-göy arasında” dəyişib. Son illər icra olunan mühüm infrastruktur layihələri nəticəsində rayonun sosial-iqtisadi və mədəni həyatında köklü dəyişiklər baş verib. Bu illər ərzində rayonda Olimpiya İdman Kompleksi, Heydər Əliyev İstirahət və Mədəniyyət parkı, Bayraq Meydanı, Gənclər Evi, Bayraq Muzeyi, şəhid və əlil ailələri üçün 64 mənzilli 4 yaşayış binası inşa edilib. Biləsuvar Mərkəzi Xəstəxanası, Tarix Diyarşünaslıq Muzeyi əsaslı təmir olunub, 30 ümumtəhsil müəssisəsi istifadəyə verilib. Bundan başqa, Biləsuvar şəhərinin içməli su təchizatı sistemi yenidən qurulub, iri istehsal və emal müəssisələri açılıb, 25 mindən artıq yeni iş yerləri yaradılıb, genişmiqyaslı abadlıq-quruculuq işləri görülüb... Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu ilin sentyabr ayının 18-də Biləsuvara səfəri zamanı demişdir:
“Biləsuvarda sosial-iqtisadi inkişaf uğurla gedir, rayonun infrastruktur layihələri icra edilir, qazlaşdırmanın səviyyəsi 90 faizə yaxındır. Göstəriş vermişəm ki, gələn il Biləsuvar rayonunun qazlaşdırılması 100 faizə çatdırılsın. Bu günə kimi həll olunmayan layihələr də icra edilsin. Təxminən 5 il əvvəl burada olarkən biz içməli su layihəsinin açılışını etdik. Azərbaycanda elektrik stansiyalarının tikintisi nəticəsində yeni yarımstansiyalar da icra olunur. Dayanıqlı elektrik enerjisi ilə təminat yaxşılaşır. Bir sözlə, infrastruktur layihələrinin həlli gözəl imkanlar yaradır, həm insanların rahatlığı təmin edilir, həm də iqtisadi inkişafa təkan verir”...
Qeyd etmək lazımdır ki, infrastruktur layihələri içərisində yol layihələri mühüm yer tutur. Sözsüz ki, rahat, müasir, rəvan yol infrastrukturu olmayan yerdə heç bir inkişafdan, tərəqqidən danışmaq olmaz. Məhz buna görə də ölkəmizdə yol nəqliyyat sisteminin yenidən qurulması prosesi dayandırılmadan davam etdirilir. Masallı və Biləsuvar rayonlarına səfəri zamanı cənab Prezident İlham Əliyev əvvəlcə Şimal-Cənub Beynəlxalq Nəqliyyat dəhlizinin bir hissəsini təşkil edən Ələt-Astara-İran sərhədi magistral avtomobil yolunun, sonra isə Biləsuvar-Zəhmətabad-Bəydili-Xırmandalı-Əliabad yolunun açılışını həyata keçirib. Heç şübhəsiz ki, bu cür müasir, rahat yolun istismara verilməsi bölgənin iqtisadi həyatında bir canlanma yaradacaq, bütün sahələrin, o cümlədən azad sahibkarlığın yüksək standartlar səviyyəsində qurulmasına geniş imkanlar açacaq. Rayonda 20 minədək əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən 15,4 kilometr uzunluğunda yeni avtomobil yolu artıq istifadəyə verilib. İkinci və üçüncü texniki dərəcəyə uyğun tikilmiş bu yol iki hərəkət zolaqlıdır. Yolun inşası zamanı 26,1 min kubmetr torpaq işləri görülüb, 11,6 min kubmetr tikinti materiallarından və asfalt-beton örtüyündən istifadə edilib. Yol boyunca nişanlar və göstərici layihələr quraşdırılıb. Cari ilin yanvar ayında dövlət başçısının imzaladığı sərəncam əsasında reallaşdırılan bu avtomobil yolu yaşayış məntəqələrinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsini yaxşılaşdıracaq. İndiyədək görülən tədbirlər nəticəsində Biləsuvar rayonunda kənd yollarının təqribən 80 faizi əsaslı təmir edilmiş və yeni salınmışdır. Yaxın müddət ərzində asfaltlaşma 100 faizə çatdırılacaq. Yerli sakinlər beldə hesab edirlər ki, Ələt-Astara-İran sərhədi magistral avtomobil yolu regionun şah damarıdır. Artıq kənd əməkçiləri, sahibkarlıq subyektləri min-bir zəhmətlə hasil etdikləri məhsulları rahat şəkildə və qısa müddət ərzində satış obyektlərinə çatdıra biləcəklər.
Biləsuvar aqrar rayondur. Burada pambıqçılıq prioritet seçilsə də, tərəvəz və bostan bitkilərinin yetişdirilməsinə də böyük diqqət yetirilir. Son illər həyata keçirilən islahat proqramları nəticəsində istehsal edilən məhsulun həcmində və çeşidində artım templəri müşahidə olunur. Sözsüz ki, burada dövlətin maliyyə yardımı və dəstəyi mühüm rol oynayır. Güzəştli kreditlər verilir, subsidiyalar ayrılır, gübrələrlə, kənd təsərrüfatı texnikası ilə təminat yaxşılaşır.
Yol infrastrukturu maliyyə tutumlu sahədir, belə layihələrin reallaşdırılması üçün irihəcmli vəsaitlər tələb olunur. Lakin dövlət bunları edir, bütün zəruri infrastruktur layihələrini həyata keçirir. Çünki mükəmməl infrastruktur dövlətin iqtisadi gücünü şərtləndirən vacib amillər sırasındadır. Digər sosial layihələr də az əhəmiyyət kəsb etmir. İndi, demək olar ki, Azərbaycanın hər guşəsində Dövlət Bayrağı Meydanı yaradılıb. Bu gün dünyanın ən nüfuzlu beynəlxalq təşkilatlarında vüqarla dalğalanan üçrəngli bayrağımız indi respublikamızın hər bir bölgəsində dalğalanır, insanların fəxr və qürur yerinə çevrilib. Cənab prezident Biləsuvara səfəri çərçivəsində Bayraq Muzeyinin açılışını da həyata keçirib. Bayraq Muzeyinin inşasına keçən il başlanılıb və bu ilin may ayında başa çatdırılıb. Ümumi ərazisi 400 kvadratmetr olan ikimərtəbəli muzey binası sərgi zalından, inzibati və yardımçı otaqlardan ibarətdir. Sərgi zalında altı bölmə yaradılıb. Burada xanlıqlar dövrünün xəritəsi, orta əsrlərə aid döyüşləri əks etdirən eksponatlar, xanlıqlar dövrünün bayraqları, XIX əsr Azərbaycan şəhərlərinin gerbləri, qədim metal sikkələr, əskinazlar sərgilənir.
Bundan başqa, Azərbaycan Xalq Cümhuriyyəti, sovet dövrü, müs­təqillik illərinə aid qiymətli materiallar, hərbi geyimlər, ümummilli lider Heydər Əliyevin müxtəlif mərasimlərdən fotoşəkilləri, ibrətamiz kəlamları, cənab Prezident İlham Əliyevin Biləsuvar Bayraq Meydanının açılışında çəkilmiş fotoşəkillər, poçt markaları, orden və medallar muzeyin ekspozisiyasını bəzəyir. Heydər Əliyevin adını daşıyan İstirahət və Mədəniyyət Parkının yanında tikilən Bayraq Meydanında hündürlüyü 65 metr olan bayraq ucaldılıb, ətrafda fəvvarə kompleksi inşa edilib, postamentdə Azərbaycan Respublikasının gerbi, himni, xəritəsi əks olunub.
Biləsuvarda Gənclər Evi də öz qapılarını qonaqların üzünə açıb. Modern üslubda tikilən  Gənclər Evinin inşasına ötən il başlanılıb və cari ilin may ayında başa çatdırılıb. Bina ikimərtəbəlidir, ümumi sahəsi 1200 kvadratmetrdir. Bina öz orijinallığı və funksionallığı ilə diqqəti cəlb edir. Burada müxtəlif tədbirlərin keçirilməsi üçün 250 yerlik akt və konfrans zalları yaradılıb. Rəqs zalının, internet kafenin, fotostudiyanın, vətənpərvərlik klubunun, istedadların hazırlığı laboratoriyasının yerləşdiyi Gənclər Evində şahmat, rəsm, dizayn dərnəkləri, xarici dil və danışıq klubu fəaliyyət göstərir. Vaxtilə bir əyalət rayonunda belə unikal təsisatların yaradılması xəyal görünə bilərdi. Bu gün burada yaradılan şəraitdən yüzlərlə, minlərlə gənc bəhrələnəcək, istedadlar üzə çıxarılacaq, onlar dünyaya çıxmaq, təqdim olunmaq imkanı qazanacaqlar.
Prezident İlham Əliyev Biləsuvara səfərindən dərhal sonra üç sərəncam imzalayıb. Həmin sərəncamla 48 mənzilli yaşayış binasının tikintisi üçün prezidentin ehtiyat fondundan 3 milyon manat, yol infrastrukturunun yaxşılaşdırılması məqsədilə 3 milyon manat və Biləsuvar şəhərində 1176 şagird yerlik ümumtəhsil məktəbinin tikintisi üçün ilkin olaraq 2 milyon manat vəsait ayrılıb.
Azad sahibkarlıq və liberal iqtisadiyyatın təşviqi ilə bağlı yazı hazırlayarkən həmişə bir məqam diqqəti çəkir. Hansı yerdə ki, yüksək standartlara cavab verən infrastruktur yaradılıb, orada inkişaf və irəliləyiş var. İnfrastruktur biznes fəaliyyətinə birbaşa təsir göstərir. Bir məsələni də xüsusi olaraq vurğulamaq lazımdır ki, Azərbaycanda diqqətdən kənarda qalan rayon yoxdur. Tarazlı inkişaf konsepsiyası bütün bölgələrin sürətli inkişafını təmin edib. Bir də ki, infrastruktur dedikdə təkcə yol, elektrik enerjisi, təbii qaz və su təminatını nəzərdə tutmuruq. Sözsüz ki, bunlar ön cərgədə dayanır.
Lakin bununla bərabər, abadlıq, yaşıllaşdırma işləri, səhiyyə, təhsil, idman obyektləri, mədəniyyət ocaqları, parklar, xiyabanlar gözəllikləri tamamlayan mühüm elementlərdir. Bütün bunlar cazibə yaradan, insanın ruhunu oxşayan amillərdir. Biləsuvar rayonunda da bu istiqamətdə çoxsaylı tədbirlər həyata keçirilmişdir. Sözsüz ki, bir məqalədə bunların hamısı haqqında danışmaq çətindir. Ancaq görünən budur ki, gerçəkləşən hər bir layihə neçə-neçə uğurla başlanğıclara, xeyirxah işlərə yol açmışdır.
Rayonda aqrar sahədə aparılan islahatlar, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində görülən tədbirlər, həm də kiçik və orta sahibkarlığın, o cümlədən ailə-fermer təsərrüfatlarının dirçəlməsinə böyük təkan verilmişdir. Ancaq qarşıda böyük vəzifələr durur. İstehsalın və suvarma sistemlərinin modernləşdirilməsi, toxum və gübrə materialları ilə təminatın yaxşılaşdırılması, kiçik sahibkarlıq subyektlərinin istehsal etdikləri məhsulların itkisiz olaraq bazara çıxışının, yaxud emal prosesinə cəlb olunmasının təmin edilməsi kimi problemlər öz həllini tapmalıdır.
Biləsuvarda açılan “Gənclər Evi” haqqında söhbət etdik. Belə evlər respublikanın bütün bölgələrində açılır. Bu tipli təsisatları dövlət ona görə yaradır ki, bölgələrimizdə yaşayan gənclərimiz sabah real sektorda öz yerlərini tuta bilsinlər. Bu cənab prezidentin insan kapitalı strategiyasının ayrılmaz tərkib hissəsidir.
Azərbaycan bu yolla inamla irəliləyəcək, yaxın illərdə kəndi şəhərindən seçilməyən çiçəklənən bir diyara çevriləcəkdir.
 
Zülfü İLYASOV,
 bölgə müxbiri