Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
4-10 iyul 2019-cu il
26 (1074)
20 iyun - 3 iyul 2019-cu il
25 (1073)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr
Standartlar əsasında istehsal edilən gündəlik qida məhsulu
 
Hazırda ölkədə sahibkarlara yaradılan şərait, əlverişli iqtisadi mühit və möhkəm hüquqi əsasları olan qanunvericilik bazası iqtisadiyyatın digər sahələri kimi, qida sənayesinin də inkişafına böyük təkan verir. Prezident İlham Əliyevin sahibkarlara göstərdiyi diqqət və qayğı, sahibkarların müdafiəsi ilə bağlı etdiyi son çıxışlar, müvafiq fərman və sərəncamlar ölkə sahibkarlarını daha yaxşı işləməyə sövq edir. Yerli sahib­karlığın inkişaf etdirilməsi, ixracyönümlü məhsul istehsalının stimullaşdırılması, yeni iş yerlərinin açılması ölkə başçısının daim diqqət mərkəzindədir və bu istiqamətdə iş adamlarına lazımi şərait yaradılmışdır.
Azərbaycanın qida sektorunda 1997-ci ildə fəaliyyətə başlayan “Xırman” şirkəti istehsal etdiyi müxtəlif çeşidli məhsullarla bazarda özünəməxsus yer tutmuşdur. Şirkət və onun məhsulları barədə daha ətraflı məlumat əldə etmək məqsədilə “QayMaq” brendinin lahiyə rəhbəri Leyla xanım Quliyevaya müraciət etdik.
- Leyla xanım, əvvəlcə şirkətin gördüyü işlər barəsində qısa məlumat verərdiniz.
- Hamımız yaxşı bilirik ki, süd və süd məhsulları insanların bütün ömür boyu istifadə etdikləri, çox mühüm bioloji əhəmiyyətə malik, vacib və əvəzolunmaz qida məhsullarıdır. Həmin məhsulların tərkibində insan orqanizmi üçün vacib olan bir çox bioloji aktiv maddələr balanslaşdırılmış şəkildə mövcuddur. Ona görə də süd və süd məhsulları canlı orqanizmlərin boy və fiziki inkişafını təmin edən universal qida məhsulu hesab edilir.
Ölkə iqtisadiyyatının sürətlə inkişaf etdiyi bir dövrdə istehlakçıların zövqlərinin və tələblərinin durmadan dəyişdiyinə nəzər salsaq görərik ki, onların məhsulun keyfiyyətinə, qidalılıq dəyərlərinə, qablaşdırılmasına və markalanmasına olan tələbləri dünənki günə nisbətən bu gün daha çoxdur. Məhz buna görə də Azərbaycanda mövcud tələblərə cavab verən, yüksək texnologiyalar əsasında hazırlanan, Azərbaycan süd məhsulları bazarında yeganə yerli premium qida olan “QayMaq” ticarət nişanından söz açmaq istəyirəm.
“QayMaq” Azərbaycan baza­rın­da yalnız keyfiyyətli və 100% təbii yerli məhsulları təqdim edən bir brenddir. Buna gö­rə də “QayMaq” məhsulları təbii xammaldan, Süd Emalı­ Za­vodunun xüsusi istehsal sa­hə­sində (XİS) klassik üsulla, gündəlik olaraq istehsal olunur və Bakıda yerləşən firma dükanlarına, supermarketlərə çatdırılır.
- “QayMaq” brendinin çeşidləri və keyfiyyəti barədə nə deyə bilərsiniz?
- “QayMaq” brendinin bir çox çeşidləri mövcuddur, bunlara kefir, süd, ayran, dovğa, qatıq, az duzlu və duzsuz pendirlər, yağlı və yağsız kəsmiklər, kərə yağları, qatılaşdırılmış şəkərli süd və qatılaşdırılmış şəkərli bişmiş süd, nehrə yağı, əridil­miş yağ, xama, qaymaq və hər zaman sağlam yaşamaq, for­ma­da qalmaq istəyənlər üçün “QayMaq” Fitness aiddir. “QayMaq” Fitness yağsızlaşdırıl­mış təbii süddən hazırlanır.
Müəssisəmizdə istehsal zamanı konservantlardan, əvəzləyi­ci­lər­dən, süni əlavələrdən istifadə edilmir, müştərilərin sağlamlığının qayğısına qalınır, məhsulun keyfiyyətinə və əhəmiyyətinə önəm verilir. İstehsalın hər bir mərhələsində gigiyenik qaydalar nəzərə alınır və keyfiyyətə nəzarət edilir.
Məqsəd və məram təmiz olanda, çəkilən zəhmət də bəhrəsini verir. Bu məhsulları ölkə ərazisində geniş istehsal infrastrukturuna malik olan “XIRMAN” şirkəti istehsal edir. “Xırman” şirkəti Azərbaycan Respublikasının qida sektorunda 1997-ci ildən fəaliyyət göstərərək, istehsal etdiyi müxtəlif çeşidli məhsullarla bazarda layiqli yerini tutmuşdur. Təbii xammaldan istifadə edərək, yüksək keyfiyyət göstəricilərini əsas tutan şirkət un və çörək məmulatları, qatılaşdırılmış süd, yağ və digər süd məhsulları istehsalında ən son texnologiyaların istifadəsi ilə istehlakçıların böyük rəğbətini qazanmışdır.
Məhz, “Xırman” şirkəti Azərbaycanda ilk dəfə olaraq qatılaşdırılmış südün yerli istehsalını həyata keçirmiş və bu sahədə liderliyini qoruyub saxlaya bilmişdir. Beynəlxalq və yerli standartlar əsasında istehsal edilən gündəlik qida məhsulları yerli və xarici bazarların istehlakçılarını məmnun edecək səviyyədədir. Buna baxmayaraq, yeniliklərə hər zaman açıq olan şirkət qloballaşan dünyada rəqabətədavamlı bir şirkət olmaq üçün heç zaman innovativ yeniliklərin tətbiqini ləngitmir.
- Leyla xanım, şirkətiniz istehsal etdiyi süd və süd məhsullarını hansı ölkələrə ixrac edir?
- Qeyd edək ki, “QayMaq” brendi sahib olduğu süd texnologiyası və iş metodu ilə təkcə Azərbaycanda tanınmır. Hazırda məhsullar Türkiyə, İran, Gürcüstan və Şimali Afrika dövlətlərinə ixrac edilməkdədir. Həmçinin, “Xırman” şirkəti ölkə ərazisində geniş istehsal şəbəkəsinə malikdir. Bakı şəhərində dəyirman kompleksi, çörək zavodu, süd istehsalı zavodu mövcuddur. İstehsal sahələrimiz Beynəlxalq StandartlaşdırmaTəşkilatının İSO 22000:2005 standartına malikdir.
Sonda qeyd etmək istərdim ki, bir “Xırman” ailəsi olaraq bizim ən böyük nailiyyətimiz müştərilərimizin məmnuniyyətidir.
 
Мüsahibəyə görə sağ olun.
Nailə Cabbarova