Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
5-11 sentyabr 2019-cu il
35 (1082)
29 avqust 4 sentyabr 2019-cu il
34 (1081)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

“Azərbaycan  İqtisadçılar İtti­faqı” İctimai Birliyi Azər­baycan Respublikasının Pre­zi­denti yanında Qeyri-Hökumət Təşkilatlarına Döv­lət Dəstəyi Şurasının  qrantı he­­sabına  “Təhsil müəssisələ­rində Dayanıqlı İnki­şaf Məqsədlərinin təbliği isti­qa­mətində tədbirlərin təşkili”  adlı  layihənin  icrasını davam etdirir.  
Təşkilat 10 oktyabr 2018-ci il   tarixində  Bakı şəhər 7 saylı məktəbdə  tədbir  təşkil etmişdir.  Tədbirin məqsədi    məktəbin şagirdlərini BMT-nin Dayanıqlı İnkişaf  Məqsədləri  və  ölkəmizdə  bu  istiqamətdə aparılan işlərlə tanış etmək,  şagirdlərlə  Dayanaqlı  İnkişaf  Məqsədləri  mövzusunda maarifləndirici  söhbət aparmaq, diskussiya  keçirmək  idi.  Layihənin eksperti,  ADPU-nun dosenti İlham Əhmədov  BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərini şagirdlərə  şərh  etdi,  ölkəmizdə  bu  istiqamətdə aparılan konkret  işlər  barədə  danışdı. Tədbirdə  qeyd edildi ki,  BMT  Dayanıqlı   İnkişafın  17  əsas məqsədini  belə formalaşdırıb: Məqsəd 1: Hər yerdə yoxsulluğun bütün formalarına son qoymaq; Məqsəd 2: Aclığa son qoymaq, ərzaq təhlükəsizliyinə və daha yaxşı qidalanmaya nail olmaq və dayanıqlı kənd təsərrüfatını təşviq etmək; Məqsəd 3: Yaşından asılı olmayaraq hər kəsin sağlam yaşamasını təmin etmək və rifah halını yaxşılaşdırmaq; Məqsəd 4: Hər kəs üçün inklüziv və keyfiyyətli təhsili təmin etmək və ömür boyu təhsili təşviq etmək; Məqsəd 5: Gender bərabərliyinə nail olmaq, bütün qız və qadınları səlahiyyətləndirmək; Məqsəd 6: Hamıya suyun və kanalizasiya xidmətlərinin əlçatanlığını təmin etmək; Məqsəd 7: Hamının sərfəli, etibarlı, dayanıqlı və müasir enerji mənbələrinə çıxışını təmin etmək; Məqsəd 8: İnklüziv və dayanıqlı iqtisadi artımı, hamı üçün məşğulluğu və layiqli əməyi təşviq etmək; Məqsəd 9: Möhkəm infrastruktur yaratmaq, inklüziv və dayanıqlı sənayeləşməni təşviq etmək və innovasiyaların inkişafına dəstək vermək;  Məqsəd 10: Ölkədaxili və ölkələrarası bərabərsizliyi azaltmaq; Məqsəd 11: Şəhər və yaşayış məntəqələrinin açıqlığını, təhlükəsizliyini, davamlılığını və ekoloji dayanıqlılığını təmin etmək; Məqsəd 12: Dayanıqlı istehlak və istehsal modellərinə keçidi təmin etmək; Məqsəd 13: İqlim dəyişikliyi və onun təsirlərinə qarşı mübarizə aparmaq üçün təxirəsalınmaz tədbirlər görmək; Məqsəd 14: Okeanları, dənizləri və dəniz ehtiyatlarını qorumaq və onlardan səmərəli istifadə etmək; Məqsəd 15: Meşələri dayanıqlı şəkildə idarə etmək, səhralaşmaya qarşı mübarizə aparmaq, torpaqların deqradasiyasına son qoyaraq onları bərpa etmək üçün tədbirlər görmək və bioloji müxtəlifliyin itirilməsinin qarşısını almaq; Məqsəd 16: Ədalətli, sülhsevər və açıq cəmiyyətləri təşviq etmək; Məqsəd 17: Dayanıqlı inkişaf üçün qlobal əməkdaşlığı canlandırmaq.
Tədbirin sonunda  təhsil işçilərinin  şagirdlərlə  bu mövzuda  aparmalı olduğu söhbətlərin  əhəmiyyəti  qeyd etdi.


* * * *


Layihəyə uyğun olaraq 11  oktyabr 2018-ci il tarixində  Bakı şəhər 7 saylı məktəbdə  tədbir  təşkil etmişdir.  Tədbirin məqsədi  məktəbin şagirdlərini BMT-nin Dayanıqlı İnkişaf  Məqsədləri  və  ölkəmizdə  bu  istiqamətdə aparılan işlərlə tanış etmək,  şagirdlərlə  Dayanaqlı  İnkişaf  Məqsədləri  mövzusunda maarifləndirici  söhbət aparmaq, diskussiya  keçirmək  idi. 
Tədbiri  giriş sözü ilə açan  layihə eksperti  İlham Əhmədov şagirdlərə  layihə, layihəyə qrant verən  Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və  layihənin icraçısı - "Azərbaycan  İqtisadçılar İttifaqı" İctimai Birliyi  barədə qısa  məlumat vermiş, daha sonra  layihənin mövzusunu  şagirdlərin  nəzərinə çatdırmışdır. 
Layihənin eksperti,  ADPU-nun dosenti İlham Əhmədov  BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərini şagirdlərə  şərh  etdi,  ölkəmizdə  bu  istiqamətdə aparılan konkret  işlər  barədə  danışdı.  Qeyd edildi ki, dünyanın qlobal  problemləri  bəşəriyyəti  daim  narahat edir. Bu gün belə  problemlər daha da  aktuallaşıb.  Bu  problemlər  dünya  ictimiyyətinin, o cümlədən BMT və digər  beynəlxalq  təşkilatların diqqətindədir.  Bu  problemləri  həll etmək üçün müxtəlif  inkişaf  proqramları  hazırlanır və icra edilir. Belə  proqramlardan biri də BMT-nin Dayanıqlı İnkişaf proqramıdır.  Sonra İ.Əhmədov şagirdlərə proqramın 17 əsas məqsədi barədə məlumat vermişdir.  Dünya əhalisinin təxminən yarısı hələ də gündəlik 2 ABŞ dolları məbləğində gəlirlə yaşayır.
Bir çox yerlərdə iş yerinin olması yoxsulluqdan qurtulmaq üçün kifayət etmir. Hədəfə  doğru belə yavaş və qeyri-bərabər irəliləyiş bizdən yoxsulluğun aradan qaldırılmasına yönələn iqtisadi və sosial siyasətimizi yenidən gözdən keçirməyi və yenidən formalaşdırmağı tələb edir.  Layiqli iş imkanlarının davamlı çatışmazlığı, investisiyaların yetərli səviyyədə olmaması və qeyri-kafi istehlak səviyyəsi demokratik cəmiyyətlərin təməlini təşkil edən sosial həmrəyliyin aşınmasına gətirib çıxarır: tərəqqi hamı üçün ortaq olmalıdır.
Keyfiyyətli iş yerlərinin yaradılması 2015-ci ildən sonra hələ uzun müddət, demək olar ki, bütün ölkələrin iqtisadiyyatı üçün əsas problem olaraq qalacaqdır.
Dayanıqlı iqtisadi artım cəmiyyətlərdən ətraf mühitə zərər verməməklə, insanların keyfiyyətli işlərə sahib olmasına imkan verərək, iqtisadiyyatı stimullaşdıran şərtləri formalaşdırmağı tələb edir. Bunun üçün, həmçinin bütün əmək qabiliyyətli əhali üçün iş imkanları və layiqli iş şəraiti də zəruridir.
• Qlobal işsizlik səviyyəsi 2007-2017-ci illərdə 170 milyondan 270  milyona yüksəlib. Bunun 75 milyonu gənc qadın və kişilərin payına düşür.
• Təxminən 2,2 milyard insan gündəlik 2 ABŞ dolları səviyyəsində müəyyən olunan yoxsulluq həddindən aşağı gəlirlə yaşayır. Yoxsulluq isə yalnız stabil və yaxşı maaşlı işlər hesabına aradan qaldırıla bilər.
• 2016-2030-cu illər arasında əmək bazarına yeni daxil olan işçi qüvvəsi üçün qlobal səviyyədə 470 milyon iş yeri tələb olunur.
Daha sonra respublikada  BMT-nin Dayanıqlı İnkişaf proqramının məqsədlərinə doğru atılan addımlar şagirdlərin  nəzərinə çatdırıldı.
Tədbirin sonunda  təhsil işçilərinin  şagirdlərlə  bu mövzuda  aparmalı olduğu söhbətlərin  əhəmiyyəti  qeyd edildi.