Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
5-11 sentyabr 2019-cu il
35 (1082)
29 avqust 4 sentyabr 2019-cu il
34 (1081)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr
Kiçik və orta biznesin inkişafı bölgə iqtisadiyyatının şaxələndirilməsinə güclü təkan verəcək
 
Azərbaycanın cənub bölgəsinə – gözəlliklər diyarı olan Masallıya gediş-gəliş xeyli asanlaşıb. Bakını İran sərhədi ilə birləşdirən Şimal-Cənub Nəqliyyat Dəhlizinin xeyli hissəsini təşkil edən Ələt-Astara-İran magistral avtomobil yolu istismara verilib. Rahat, sürətli və müasir standartlara cavab verən belə möhtəşəm layihənin gerçəkləşməsi Azərbaycanın iqtisadi gücünü və qüdrətini bir daha təsdiqləyir. Yaşayış məntəqələrindən yan keçən bu yolda həm məsafə 40 kilometr qısaldılıb, həm də maksimal hərəkət sürəti 120 kilometrə çatdırılıb. Eyni zamanda, tranzit yükdaşımaların həcmi artıb. Yeni avtomobil yolunun ümumi uzunluğu 204 kilometrdir, birinci texniki dərəcəyə aiddir. Asfalt hissəsinin eni 15 metr, hərəkət zolağının sayı 4-dür. Sifarişçisi Azərbaycan Avtomobil yolları Dövlət Agentliyi olan yolun podratçı şirkətləri Azərbaycanın “Evrason-Az.Virt” Birgə Müəssisəsi, Türkiyənin “Kolin İnşaat Sənaye Turizm və Ticarət”, “Özgin Yapı-Sənaye və Ticarət”, həmçinin digər beynəlxalq nüfuzlu şirkətlərdir.
Yolun bir hissəsinin tikintisi 2016-cı ildə başa çatdırılıb və cənab Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilib. Cari ilin sentyabr ayının 18-də cənab prezident Salyan-Şorsulu-Cəlilabad və Masallı-Lənkəran-Astara hissəsinin açılışını reallaşdırıb. Bununla da Ələt-Astara-İran dövlət sərhədi yeni avtomobil yolunun 150 kilometrlik hissəsi istismara verilib.
Magistral yol boyunca 24 körpü, 66 yeraltı keçid, 25 yol ötürücü və yol qovşağı, 4 tunel, 5 km suaxıdıcı beton küvetlər tikilib, 5 istirahət parkı salınıb, 140 kilometr çiyinlərdə metal mühafizə çəpərləri, suötürücü borular, yol nişanları, göstərici lövhələr quraşdırılıb və yol-cizgi xətləri çəkilib. Eyni zamanda, magistralın digər yollarla kəsişməsində qovşaqlar tikilib, hərəkət zolaqlarının maksimal təhlükəsizliyi təmin olunub. Bu magistral yolun çəkilişi bölgənin iqtisadi inkişafına, sosial tərəqqisinə, beynəlxalq yük dövriyyəsinin dəfələrlə artmasına müsbət təsir göstərəcək, turizmin, azad sahibkarlığın və liberal iqtisadiyyatın çiçəklənməsinə böyük təkan verəcəkdir.
Masallının sosial-iqtisadi yüksəlişinə və tərəqqisinə xidmət edən digər layihələr də reallaşdırılıb. Sentyabr ayında bu rayonda cənab Prezident İlham Əliyevin xeyir-duası ilə Masallı Sənaye Məhəlləsinin əsaslı şəkildə yenidən qurulan Şatiroba-Hişkəndərə-Miyankü-Kubin-Birinci Səmidxan-Xıllıcallı-Eminli-Məmmədxanlı avtomobil yolunun açılışı olub. Bu yerdə bir məsələni də xüsusi vurğulamaq lazımdır ki, son 15 ildə dövlət başçısı Masallıya 10 dəfə səfər etmiş və hər bir səfər rayonun tarixində, taleyində, inkişafında və tərəqqisində silinməz izlər buraxmışdır.
Masallı rayonunun iqtisadi inkişafında və sosial tərəqqisində regionların sosial-iqtisadi inkişafına dair qəbul edilən və uğurla reallaşdırılan üç mərhələ Dövlət Proqramları da xüsusi rol oynamışdır. Proqramlar çərçivəsində görülən işlər, həyata keçirilən tədbirlər nəticəsində 14 ildə Masallı rayonu elə dəyişib, gözəlləşib və müasirləşib ki, bunları sözlə ifadə etmək olmaz, gərək gəlib yerində görəsən.
Dövlət Proqramları çərçivəsində və digər mənbələr hesabına görülən tədbirlər nəticəsində rayonun sənaye məhsullarının istehsal həcmi 11,2 dəfə, əsas kapitala yönəldilən vəsait 45 dəfə, o cümlədən tikinti-quraşdırma işlərinə  yönəldilən investisiya 45,5 dəfə artıb. Olimpiya İdman Kompleksi, “Asan Həyat” Kompleksi, Bayraq Meydanı və Dövlət Rəmzləri Muzeyi, Tarix-Diyarşünaslıq Muzeyi, Gənclər Mərkəzi, Uşaq İncəsənət Məktəbi, Regional Boks və Taikvando Mərkəzləri, əlil və şəhid ailələri üçün 76 mənzilli 3 yaşayış binası inşa edilib. Bundan başqa, Rayon Mərkəzi Xəstəxanası, Mədəniyyət Mərkəzi əsaslı təmir olunub, 47 ümumi təhsil müəssisəsi istifadəyə verilib. Masallı şəhərinin içməli su təchizatı sistemi yenidən qurulub, 110 kilovoltluq “Tüklə” elektrik yarımstansiyası istifadəyə verilib, onlarla istehsal və emal müəssisəsi açılıb...
Sözsüz ki, yaradılan mükəmməl infrastruktur rayonun iqtisadi inkişafına, xüsusilə də özəl bölmənin inkişafına təsirsiz ötüşməyib.
Bölgədə açılan və uğurla fəaliyyət göstərən müalicə ocaqları, istirahət mərkəzləri və həmin məkanlara gələn turistlərin və qonaqların sayında özünü göstərən artım dinamikası deyilənlərə əyani sübutdur.
Son illər Masallıda hər yanda, hər sahədə inkişaf və irəliləyiş nəzərə çarpır. Təkcə bir faktı diqqətə çatdırmaq yerinə düşərdi ki, Dövlət Proqramlarının icrası nəticəsində rayonda 28 min yeni iş yeri açılıb, yol-nəqliyyat infrastrukturu yaxşılaşdırılıb, genişmiqyaslı abadlıq-quruculuq işləri görülüb. Bütün bunlar sonucda insanların sosial durumuna, həyat səviyyəsinin yüksəlməsinə gətirib çıxarıb.
Masallı Sənaye Məhəlləsinin yaradılması ölkəmizdə qeyri-neft sektorunun, o cümlədən sənayenin müxtəlif sahələrinin inkişafı istiqamətində yeni-yeni layihələrin gerçəkləşməsi üçün gözəl imkanlar açır. İndi sahibkarlıq subyektləri yerli xammal və ehtiyatlardan səmərəli istifadə etməklə öz istehsal və biznes fəaliyyətlərini qurmaq imkanı əldə ediblər.
Bu Sənaye Məhəlləsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2016-cı il iyunun 12-də imzaladığı sərəncamla gerçəkləşib. Ümumi sahəsi 10 hektar olan kompleksdə dövlət vəsaiti hesabına zəruri infrastruktur, həmçinin 2,5 meqavat gücündə elektrik enerjisi təchizatı, gücü saatda 25 kubmetr olan sutəmizləyici qurğu, su və kanalizasiya sistemi, təbii qaz təchizatı yaradılıb, yüksək standartlara cavab verən 3 istehsal modulu, ikimərtəbəli inzibati bina, texniki və köməkçi binalar tikilib, genişmiqyaslı abadlıq-quruculuq işləri aparılıb. İlkin mərhələdə dam örtükləri və aksesuarlar, mebel, dəmir məmulatları, döşək, taxta emalı və məmulatları istehsalı, həmçinin taxta evlərin hazırlanması işləri ilə məşğul olan sahibkarlıq subyektləri tərəfindən 10 layihə hazırlanıb təqdim olunub. Artıq reallaşdırılan bu layihələr çərçivəsində 200 nəfərlik yeni iş yerləri yaradılıb. Təkcə “Mikayıloğlu” brendi ilə buraxılacaq uşaq və mətbəx istehsalı sahəsinin investisiya məbləği 100 min manatdır. Burada ayda 100 ədəd mətbəx və uşaq mebeli istehsal olunacaq, illik dövriyyə 180 min manatı ötüb keçəcək. Bu tipli istehsal və emal sahələrinin yaradılması dövlətimizin  strateji məqsədlərinə xidmət etməklə kiçik və orta biznesin inkişafına güclü təkan verəcək.
Sənaye Məhəlləsində İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin “Kiçik və Orta Biznesin Dostu” Mərkəzi, habelə “Azərxalça” MMC tərəfindən yaradılmış Təlim-Tədris Mərkəzi fəaliyyət göstərir. Sənaye Məhəlləsinin inzibati binasında sahibkarlara sığorta, bank, mühasibatlıq və hüquqi xidmətlər göstərilir.
Masallı həm də aqrar rayondur. Burada sitrus meyvələri, tərəvəz, bostan bitkiləri, çəltik və s. əkilib becərilir. Xüsusilə, son iki-üç ildə bu sahədə nəzərəçarpacaq irəliləyiş özünü göstərib. Elə götürək “Masallı Nemətləri” MMC-ni. Burada yüksək standartlara uyğun çəltik istehsal edilir. Bölgə iqtisadiyyatının yüksəldilməsinə, ərzaq bolluğunun yaradılmasına xidmət edən belə layihələrin icra olunması hər bir təsərrüfat adamının ürəyincədir. Çəltik istehsalının stimullaşdırılması, bu yolda çəltik istehsalına marağın artırılması mühüm vəzifə kimi qarşıda durur. Çəltikçilik Masallı rayonu üçün ənənəvi sahədir. Odur ki, bu sahədə dönüş yaratmaq üçün o qədər ciddi maarifləndirməyə ehtiyac qalmır.
Yeni yaradılmış müəssisənin ümumi sahəsi 1 hektar, tikinti sahəsi isə 600 kvadratmetrdir. İnşaat işləri 2018-ci ilin sentyabr ayında tam başa çatdırılıb. İstehsal sahəsinin aylıq emal gücü 300 ton, düyüqurutma gücü isə 900 tondur. Respublika prezidenti Masallıya səfəri çərçivəsində çəltik emalı müəssisəsində yaradılmış şəraitlə yaxından tanış olmuş, öz tapşırıq və tövsiyələrini vermişdir.
Sahibkarlığın inkişafına təkan verən amillərdən biri  də yol infrastrukturudur. Rayonun 32 min əhalisinin yaşadığı 22 kəndi birləşdirən yol layihəsinin icrası üçün dövlət büdcəsindən 7,5 milyon manat vəsait xərclənilib. Dördüncü texniki dərəcəli bu yolun uzunluğu 24,7 kilometr, hərəkət hissəsinin eni 6 metrdir. Bu yol rayon mərkəzi ilə nəqliyyat əlaqəsini yaxşılaşdıracaq, eyni zamanda, kənd təsərrüfatının və emal sənayesinin inkişafında əvəzsiz rol oynayacaqdır.
Rayonda tikinti-quruculuq, abadlıq işləri davam etdirilir. Hazırda Park-Bulvar Kompleksi tikilir, yaxın vaxtlarda bu kompleks sakinlərin ixtiyarına veriləcək və gözəl istirahət məkanına çevriləcək.
Digər rayonlarda olduğu kimi, Masallıya da dövlət qayğısı və dəstəyi davam etdirilir. Bu ilin sentyabr ayının 18-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Masallı rayonunun sosial-iqtisadi inkişafı ilə bağlı iki sərəncam imzalayıb.
Birinci sərəncamla rayonda yeni infrastruktur layihələrinin və abadlıq-quruculuq işlərinin icrasına prezidentin ehtiyat fondundan Masallı Rayon İcra Hakimiyyətinə 3 milyon manat vəsait ayrılıb. Digər sərəncamla isə Masallıda 3230 hektar əkin sahəsinin suvarma suyu ilə təminatını yaxşılaşdırmaq məqsədi ilə 37 kiçik sututarında zəruri bərpa işlərinin aparılması üçün Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ilkin olaraq 1 milyon manat vəsait ayrılıb.
İnnovasiyalar əsrində yaşayırıq. Hər şey, sanki hər gün, hər saat dəyişir. Dünyada baş verən texniki yeniliklərin arxasınca çatmaq lazımdır. Bunun üçün texniki yeniliklərdən baş çıxaran yeni nəsil sahibkarlar zümrəsi yetişdirmək zəruri vəzifə kimi qarşıda durur. İqtisadiyyatın şaxələndirilməsi prosesinin sürətləndirilməsi strateji hədəflər sırasında ön mövqedə dayanır. Bu işlərə Masallıda da başlanılıb. Yaxın illərdə biz bunun müsbət nəticələrini görəcəyik.
 
 
Zülfü İLYASOV,
bölgə müxbiri