Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: Bu 2 uğurlu tələbə **** Azərbaycanın “Milan Ekspo 2015” sərgisindəki milli pavilyonu Dənizkənarı Milli Parkda yenidən qurulub **** Azərbaycan-Rusiya münasibətləri keyfiyyətli və dinamik inkişaf mərhələaində **** "Azərbaycan Uşaq Qaynar Xətt Xidməti" bu ilin 9 ayı üçün hesabatını açıqlayıb. **** “Bakcell”in növbəti Satış və Xidmət Mərkəzi Qəbələdə! **** Şəhərsalmaya həsr olunan ömür **** «Şərq tərəfdaşlığı» çərçivəsində ölkəmizi daha yaxından tanıtdıraq ****
Qəzetin çap variantları
18-24 oktyabr 2018-ci il
42 (1037)
18-24 oktyabr 2018-ci il
42 (1037)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

Azərbaycan-Rusiya münasibətləri keyfiyyətli və dinamik inkişaf mərhələaində

 

Yaxın günlərdə ölkəmiz üçün böyük əhəmiyyət kəsb edən bir neçə mühüm hadisə baş verdi. Bu hadisələrlə əlaqədar olaraq sentyabrın 29-da  AzTv kanalında yayımlanan “Bizim planet” verilişində Milli Məclisin İqtisadi siyasət, sənaye və saibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadə və Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, professor Səməd Seyidovla birgə fikir mübadiləsi aparılmışdır. Verilişdə müzakirə olunan məsələləri oxucularımızın diqqətinə çatdırırıq.


Aparıcı (Rufiz Qonaqov): Həftənin ən mühüm hadisələri - Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin mötəbər tədbirlərdə iştirakı,  Rusiya Prezidenti cənab Vladimir Putinin Azərbaycana səfəri, MDB dövlət başçılarının növbəti görüşü və Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın İtaliyaya rəsmi səfəridir.
Rusiya Prezidenti Vladimir Putinin cənab İlham Əliyevlə görüşü artıq il ərzində dördüncü görüşdür və iki ölkə lideri birlikdə Azərbaycan-Rusiya regionlararası forumda iştirak ediblər ki, bu forum da çox mühüm əhəmiyyətə malikdir. Bununla bağlı həm Rusiyanın telekanalları, həm də dünya mətbuatı kifayət qədər geniş reportajlar hazırladı və biz də bu məsələyə veriliş boyu toxunacağıq.
İstərdim ilkin olaraq bu məsə­ləyə, Ziyad müəllim, sizin münasibətinizi öyrənək.
Ziyad Səmədzadə: Əvvəla, bizi dəvət etdiyiniz üçün təşək­kür edi­rəm. Həqiqətən, Azərbay­can-Rusiya münasibətləri dinamik, uğurlu və keyfiyyətlə inkişaf edir. Azərbaycan müs­təqillik əldə etdikdən sonra müstəqilliyinin ilk illərində Azərbaycan-Rusiya münasibətləri o qədər dəsəmimi deyildi və Rusiyanın müəyyən dairələri Azərbaycanın müstəqilliyi, xarici şirkətlərin Azərbaycanın neft-qaz resurslarından istifadəsi işinə cəlb edilməsi ilə heç cür barışmaq istəmirdilər. Ulu öndər Heydər Əliyevin böyük müdrikliyi nəticəsində Azərbaycan-Rusiya münasibətlərinin tənzimlənməsində çox böyük uğurlar əldə olundu. Heydər Əliyevin Rusiyaya səfəri, Yeltsin və digər rəhbərlərlə görüşü  müəyyən məsələlərə aydınlıq gətirdi. Hətta xatırlayıram ki, 94-cü ildə “Əsrin müqaviləsi” imzalandıqdan qısa müddət sonra Rusiya hökuməti rəsmi bəyanat verdi ki, biz “Əsrin müqaviləsi” ilə əlaqədar bağlanmış müqavilələri bəyənirik, yəni razılaşırıq. Eyni zamanda, cənab İlham Əliyev prezident seçiləndən sonra Azərbaycan-Rusiya münasibətlərinin yeni mərhələsi başlandı. Bu gün artıq Azərbaycan-Rusiya münasibətləri strateji əməkdaşlıq forması almışdır, konkret iqtisadi sahədə, həqiqətən, Azərbaycan-Rusiya münasibətləri hər bir ölkənin milli maraqlarına cavab verir. Vladimir Putin də, cənab İlham Əliyev də çıxışlarında dəfələrlə qeyd edirlər ki, bu iki ölkə arasında iqtisadi münasibətlərdə maraqların tapılması mühüm əhəmiyyət kəsb edir.
Bu gün artıq balanslı münasibətlər formalaşıb. Azərbaycan-Rusiya forumuna gəldikdə isə bu, Azərbaycanın, eləcə də Rusiyanın iqtisadi tarixində ən möhtəşəm forum kimi yadda qalacaq. Çünki forumda müzakirə olunan məsələlər, demək olar ki, Azərbaycanın iqtisadi həyatının bütün sahələrini əhatə edib. Yeddi panel iclası keçirilib. Bu panel iclaslarda hər bir ölkənin iqtisadi maraqlarına cavab verən məsələlər müzakirə olunub: yanacaq energetikası, sənaye, nəqliyyat kompleksi, turizm, aqrar sektor, logistika, kənd təsərrüfatı, humanitar sahə. Yəni, bu sahələrdə Azərbaycan çox mühüm layihələr həyata keçirir.
Azərbaycan-Rusiya münasibətlərində bu gün aparıcı mövqelərdən biri nəqliyyat məsələsidir. Bizi istəməyən qüvvələrin ağlına gələ bilməzdi ki, AzərbaycanRusiya ilə Şimal-Cənub dəhlizini işə salacaqdır, Azərbaycan nefti Bakı-Novorossiysk xətti ilə daima hərəkət edəcəkdir, müstəqillikdən sonra Rusiya Azərbaycan iqtisadiyyatına 1 milyard yarım dollar vəsait qoyacaqdır. Təkcə Lukoyl Azərbaycanın neft sənayesinə 4 milyard dollara qədər vəsait qoyub. Həmçinin, nəqliyyat sahəsində əməkdaşlığımız genişlənir: Gəncə Avtomobil Zavodunda yeni maşınların istehsalı, Sumqayıt polimer zavodu layihəsi, Pirallahıda texnoparkın yaradılmasında Rusiyanın iştirakı, eyni zamanda, azərbaycanlı biznesmenlərin Rusiyanın müxtəlif regionlarında sahibkarlıq fəaliyyəti və s. Hesablamalar göstərir ki, yaxın vaxtlarda əmtəə dövriyyəsi iki dövlət arasında əhəmiyyətli dərəcədə artacaqdır, idxal-ixrac əməliyyatlarında nisbət  Rusiyanın xeyirinədir. Bizim apardığımız hesablamalar isə göstərir ki, yaxın illərdə Azərbaycan Respublikasından Rusiyaya ixrac edilən məhsulların həcmi xeyli artacaqdır ki, bu da yaranmış uyğunsuzluğu aradan qaldıracaqdır. Əsas məsələ ondadır ki, Azərbaycan ilə Rusiya arasındakı qarşılıqlı faydalı əməkdaşlıq regionda sülhə, təhlükəsizliyə, bütövlükdə, ölkələrimizin iqtisadi, sosial tərəqqisinə xidmət edir. Açıq-aşkar görünür ki, Prezident İlham Əliyevin müdrik siyasəti, qətiyyəti, Rusiyanın dövlət başçısı Vladimir Putinlə sağlam dostluq münasibətləri öz bəhrəsini verir.
Aparıcı: Tamamilə haqlısınız, Ziyad müəllim. Siz müstəqil Azərbaycan və Rusiya münasibətlərinə toxundunuz və ümummilli lider Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdən başlayaraq Rusiya-Azərbaycan münasibətlərinin yaxşılaşdırılması, istiləşməsi məsələlərini qeyd etdiniz. Prezident İlham Əliyev bu siyasəti uğurla davam etdirir. Azərbaycanın diplomatik əlaqələri çox yüksələn xətt üzrə inkişaf edir.
Bəs, bütövlükdə, Rusiya-Azərbaycan münasibətlərini hal-hazırda necə qiymətləndirirsiniz və perspektivdə bundan sonra nə gözlənilir?
Səməd Seyidov: Biz çox zəngin bir həftə yaşadıq. Ümumiyyətlə, Azərbaycanın beynəlxalq münasibətləri çox yüksək səviyyədə özünü göstərməkdədir. Bu, heç də təsadüfi deyil. Bilirsiniz, xarici siyasət daxili siyasətin davamıdır və Ziyad müəllim burada çox gözəl qeyd etdi ki, Azərbaycanın bir məmləkət, bir dövlət kimi uğurları, dünyada öz yerini tapması, beynəlxalq münasibətlər sistemində öz imzasının mövcud olması, dünyaya təsir imkanlarının artırılması və regionda geniş şəkildə aparıcı bir rol oynaması, təbii ki, Azərbaycanın daxildəki inkişafı ilə bağlıdır. Bu da Azərbaycandan kənara nüfuz etmək, təsir göstərmək imkanını artırmışdır. Bu baxımdan beynəlxalq münasibətlərin inkişafı daxili inkişafın məntiqi nəticəsidir. Azərbaycan artıq təsir göstərmək imkanına malik olan ölkələr sırasındadır. Beynəlxalq münasibətlər fəlsəfəsində “sən” təsir göstərmək imkanını o vaxt əldə edirsən ki, daxildə öz ölkəni inkişaf etdirə bilirsən. Bu nöqteyi-nəzərdən bu gün Azərbaycanın beynəlxalq münasibətləri həm regionda, həm də dünyada əhəmiyyət kəsb edən münasibətlərdir. Regionun ən böyük dövləti olan Rusiya Federasiyası ilə Azərbaycan arasında əlaqələrin bu şəkildə inkişaf etməsi ölkəmizin beynəlxalq münasibətlərə təsir imkanlarını artırır.
Mən xatırlaya bilmirəm ki, qısa bir müddətdə Rusiya Federasiyasının rəhbəri hansısa bir ölkəyə dörd dəfə səfər etsin. Azərbaycan öz əhəmiyyəti, vacibliyi, davranışı, məntiqi, apardığı siyasətlə Rusiya Federasiyasının yüksək dərəcədə diqqətini cəlb edir. Beynəlxalq münasibətlərdə diqqətdən diqqətə fərq var: elə diqqət ola bilər ki, o dövlətin içərisində hansısa destruktiv tendensiyalara xidmət etsin. Siyasi nöqteyi-nəzərdən Azərbaycan-Rusiya münasibətlərinin iqtisadi, siyasi, humanitar və digər sahələrdə  inkişafı başqa dövlətlər üçün istiqamətverici xarakter daşıyır. Biz həmişə deyirik ki, regionda Azərbaycan olmadan hansısa bir layihəni həyata keçirmək mümkün deyil. Doğrudan da, belədir. Ancaq Rusiya da geniş şəkildə regionda böyük bir gücə, təsirə malik olan dövlətdir. İndi siz təsəvvür edin, iki güc eyni istiqamətdə eyni fikirləri, eyni məsələləri ortaya qoyub, həll edir. Kimsə bunun qarşısında çətin dayana bilər. Bir neçə ay bundan əvvəl Xəzər dənizinin statusunun müəyyən olunması, Soçidə Azərbaycan-Rusiya arasında imzalanmış, bütün sahələri əks etdirən müqavilələr, sazişlər, eyni zamanda, regionların bir-biri ilə əlaqəsini genişləndirən görüşlər... Bu, onu göstərir ki, Azərbaycanın xarici siyasəti və xüsusilə, Rusiya ilə əlaqələri regiona artıq nüfuz edib və regionun siyasi xəritəsini formalaşdıran bir münasibətə çevrilib.
Aparıcı: Tamamilə elədir, Səməd müəllim. Azərbaycanın uğurlarından biri də, sözsüz ki, bu həftə Azərspeys-2 peykinin orbitə buraxılması oldu. Qeyd etmək lazımdır ki, son beş il ərzində orbitə artıq üçüncü peyk çıxaran Azərbaycan dünyanın kosmik klubunun üzvünə çevrilmiş və dünyanın, eyni zamanda, kosmik sənayesində də  öz mövqelərini möhkəmləndirmişdir. Əlbəttə, biz bilirik ki, bununla bağlı cənab Prezident İlham Əliyevin xalqa təbriki oldu və həmin təbriki biz çox maraqla və diqqətlə izlədik, eyni zamanda, Azərspeys-2 peykinin orbitə çıxarılması Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə böyük bir töhfə idi.
Ziyad müəllim, sizin həm bir komitə sədri, eyni zamanda, bir akademik olaraq bu hadisə ilə bağlı fikirləriniz çox maraqlıdır.
Ziyad Səmədzadə: Heç şübhəsiz ki, hər bir azərbaycanlı üçün bu, tarixi hadisədir. Siz bu sualı çox yerində verdiniz. Mən 1976-cı ildə ulu öndər Heydər Əliyevin kosmik tədqiqatlar sahəsində dünyada tanınan akademik R.Saqdeyevlə Bakıdakı görüşünü xatırlayıram. Akademik Saqdeyev Heydər Əliyevə məktub yazır və məktubda Azərbaycanda kosmik tədqiqatlar sahəsində işlərin genişləndirilməsini xahiş edir. Heydər Əliyev kosmos sahəsində tədqiqat aparan alimləri, başda R.Saqdeyev olmaqla Bakıya dəvət edir və Azərbaycanda yaradılmış Kosmik Tədqiqatlar İnstitutu ilə elmi əməkdaşlığın genişləndirilməsi ilə bağlı tövsiyə və təkliflərini bildirir. Qeyd edək ki, o vaxtlar bu instituta görkəmli alim Tofiq İsmayılovbaşçılıq edirdi. Bu sahədə Azərbaycanda güclü elmi baza yaranırdı. Kosmosa uçuşla bağlı  SSRİ üzrə Dövlət Komissiyasının sədri Kərim Kərimov kimi böyük alimimiz, dövlət xadimimiz vardı... Bir sözlə, hələ ötən əsrin 70-ci illərinin ortalarından Azərbaycanda vacib kosmik tədqiqatlar aparılırdı. Ona görə də kosmosa Azərbaycanın peyk buraxmasının köklü əsasları var.
Dinamik inkişaf müasir İKT-nin tətbiqinə diqqətin artırılması,  Azərbaycanın kosmik tədqiqatlar sahəsində qabaqcıl ölkələrdən birinə çevrilməsi üçün əlverişli imkanlar yaratmışdır. Biz fərəhlə deyirik ki, respublikamız Kosmik Klubun üzvüdür. Bu, heç şübhəsiz ki, hər bir ölkənin ən vacib uğurlarından biri sayıla bilər. İnformasiya texnologiyalarının sürətli inkişafı, innovasiyalı iqtisadiyyatın yaranması Azərbaycan iqtisadiyyatının gələcəkdə prioritet istiqamətlərindən biri olmalıdır. Hələlik statistik külliyyatlarda İKT barədə kifayət qədər dolğun məlumatlar verilmir. Amma,  heç şübhəsiz, bu boşluq gələcəkdə aradan qaldırılacaq. İnformasiya texnologiyaları sahəsində yaradılan məhsul və xidmətlərin xüsusi çəkisi ölkənin ÜDM-ində  ən azı 4-5 faizə çatacaq. Azərbaycanın peyki dünyanı seyr edəcək, tədqiqatlar aparacaq, Azərbaycana gəlir gətirəcəkdir. Peyk vasitəsilə əldə olunan informasiyalar təbii resurslarımızdan daha səmərəli istifadə etmək, ekoloji sahədə yaranmış problemləri həll etmək imkanlarını xeyli genişləndirəcək. Bütövlükdə, mən bunu çox böyük qələbə hesab edirəm. Bu, eyni zamanda,dünyaya bir müsbət mesajdır. Dünyada o qədər çox ölkə yoxdur ki, onlar peyki kosmosa buraxsınlar. Tam məsuliyyətlə demək istərdim ki,bu hadisə Azərbaycan xalqının, Azərbaycan dövlətinin uğurudur, Azərbaycan cəmiyyətində intellektual mülkiyyətin, əqli mülkiyyətin inkişaf etdiyini xarakterizə edən bir göstəricidir.
Səməd Seyidov: Ziyad müəllim tamamilə haqlıdır və təbii iqtisadi nöqteyi-nəzərdən peykin artıq mövcudluğu Azərbaycan üçün böyük dividendlər gətirəcəkdir. Bu dividendlər içərisində siyasi dividendlər də mövcuddur. Ziyad müəllim qeyd etdiki, biz artıq dünyanın ən aparıcı ölkələrinin üzv olduğu  kluba daxil olmuşuq.  O, sadəcə bir neçə ölkədən ibarət yığıncaq deyil, dünyanın texnoloji nöqteyi-nəzərdən ən inkişaf etmiş ölkələridir. Bu, özü-özlüyündə ona dəlalət edir ki, Azərbaycanda iqtisadiyyatın inkişafı, dövlətin güclənməsi ilə yanaşı, müasir elmin inkişafı da çox yüksək səviyyədə özünü büruzə verir. Bu isə müasir dünyada çox böyük əhəmiyyət kəsb edən məsələdir. Bu gün regionda, ümumiyyətlə, dünyada əlaqələrin, beynəlxalq münasibətlərin qurulması elmi əsaslarla, araşdırmalarla formalaşır. Bax, belə bir yüksək səviyyəli texnologiyaya malik olan Azərbaycan dünyaya bəyan edir ki, biz artıq sadəcə iqtisadi cəhətdən inkişaf etmirik, biz müasir dünyanın tərkib hissəsiyik. Müasir dünyada gedən prosesləri nəinki qəbul edir, həm də Azərbaycanda onu tətbiq edirik. Ona görə də cənab prezident xalqa müraciət etdi. Siz bilirsiniz ki, cənab prezidentin xalqa müraciəti nadir hallarda baş verir, bu, xüsusi hadisə kimi qiymətləndirilməlidir və dərk etmək lazımdır ki, Azərbaycanda tamamilə yeni bir mərhələ - müasirlik mərhələsi başlayır və bu müasirlik mərhələsindən söhbət edərək, bir məsələni də qeyd etmək lazımdır. Yəqin ki, seyr etdiniz. Rusiya prezidenti həmin forumda bu müasirliyə işarə verdi, qeyd etdi ki, mən belə professionallığı heç yerdə görməmişəm, lakin Azərbaycanda gördüm. Psixologiyada deyirlər, istedad heç vaxt birtərəfli olmur. İstedad varsa, o çoxtərəflidir. Azərbaycan bu nöqteyi-nəzərdən, sözün əsl mənasında, istedadlı siyasət aparır. Onun istedadı iqtisadiyyatın yüksəlişində, eyni zamanda,  Xəzər dənizinin statusu  ilə bağlı nailiyyətlərin əldə olunmasında özünü göstərir. Artıq Azərbaycan regionda aparıcı dövlətə çevrilir.
Ziyad Səmədzadə: Bu yaxınlarda AzTv-də “Azərkosmos”la əlaqədar veriliş efirə getdi, burada Aviasiya Akademiyasının yüksək səviyyəli  kadrlar hazırlamasından, dünya miqyasında uğurlarından danışılırdı. Bizim Aviasiya Akademiyasının beynəlxalq aləmdə nüfuzu çox yüksəkdir. Bu peykin arxasında böyük elmi potensial dayanır. Səməd müəllimin dediyi kimi, dünyanın ən aparıcı ölkələri Kosmos Klubunun üzvüdür. Heydər Əliyevölkənin rəhbəri olduğu illərdə - ötən əsrin 70-80-ci illərində Azərbaycanda kosmik tədqiqatların aparılmasının əsası qoyulub. Bizim soydaşlarımız dünyanın müxtəlif ölkələrində bu istiqamətlərdə indi də tədqiqatlar aparırlar.
Aparıcı: Səməd müəllim, bu həftəRusiya Prezidentinin Azərbaycana səfərindən sonra Düşənbədə MDB dövlət başçılarının növbəti görüşü keçirildi və Azərbaycan Prezidenti cənab İlham Əliyev də bu görüşdə iştirak etdi. Eyni zamanda, orada Azərbaycan prezidenti və Ermənistanın hazırkı Baş naziri arasında müəyyən söhbətlər oldu. Bu, bir daha onu göstərdi ki, danışıqlar prosesini pozmaq cəhdləri nəticəsiz qaldı. Mən istərdim ki, bütün bu məsələlərə münasibətinizi bildirəsiniz.
Səməd Seyidov: Doğrudan da, MDB ölkələrinin sammitinin keçirilməsi özü-özlüyündə çox vacib bir hadisədir. Ona görə ki həm region, həm dövlətlərarası münasibətlərin inkişafı, həm də yeni sazişlərin bağlanması üçün bu, böyük əhəmiyyət kəsb edir. Elə həmin MDB ölkələrinin sammitində kosmik məsələ müzakirə olundu. Çünki hazırda bu, gündəmdə olan məsələdir. Ancaq MDB ölkələrinə daxil olan ölkələrin heç də hamısı kosmik klubun üzvü deyillər. Cəmi üç ölkə: Azərbaycan, Rusiya və Belarus bura daxildir.
Bu istiqamətdə Azərbaycanda yüksək səviyyədə işlər aparılır, ancaq bununla yanaşı, MDB ölkə­ləri sammiti, qəribə səslənsə də, Azərbaycanla zənginləşir. Rusiya və Azərbaycanın faktiki olaraq Düşənbəyə bir yerdə getməsi ona dəlalət edir ki, bu təşkilatın güclənməsi ölkələr arasında münasibətlərin, Azərbaycan-Rusiya münasibətlərinin çox yüksək səviyyədə özünü büruzə verməsi ilə də bağlıdır. Bu gün Azərbaycan beynəlxalq münasibətlərdə elə bir zirvədədir ki, MDB ölkələrinin təşkilat kimi inkişafına xidmət edir. Orada müzakirə olunan nəqliyyat məsələsində, enerji məsələsində, kos­mik məsələlərdə, terrorizmə qarşı mübarizədə  Azərbaycan apa­rıcı rol oynayır. Azərbaycan yük­səldikcəüzv olduğu təşkilatları da inkişaf etdirir.
Bu, yalnız MDB dövlətlərinə aid deyil, Avropa Birliyi Azərbaycanla, onun enerji təhlükəsizliyi məsələləri ilə zənginləşir.  Birləşmiş Millətlər Təşkilatını - dünyanın ən aparıcı təşkilatını belə, qeyri-daimi üzv olaraq Azərbaycan zənginləşdirdi. Həmçinin,  Qoşul­mamaq Hərəkatından, yaxud İslam konfransından söhbət açaq, hansı təşkilat olursa olsun, Azərbaycan artıq sıravi bir iştirakçı yox, təşkilatları formalaşdıran, onun gündəliyini müəyyən edən və əhəmiyyətli şəkildə təsir göstərən bir ölkədir. O ki qaldı sizin sualınızın ikinci hissəsi - Azərbaycan Respublikası Prezidentinin və Paşinyanın görüşü... Azərbaycan Respublikası Prezidentinin Dağlıq Qarabağla bağlı siyasəti tamamilə düz istiqamətdədir. Niyə? Ona görə ki Azərbaycanın apardığı siyasət yalnız Azərbaycanın siyasəti deyil, bu, beynəlxalq qanun çərçivəsində aparılan siyasətdir. Azərbaycan həmişə bəyan edib ki, onun marağı beynəlxalq qanunu bu bölgəyə, bu regiona gətirməkdir. Paşinyanın cəhdi isə bu beynəlxalq qanundan kənara çıxmaq, yaxud hansısa istiqamətdə başqa fikir söyləməkdir. Mən düşünürəm ki, bu, müsbət hadisədir. Ona görə ki Azərbaycanın marağı beynəlxalq qanun çərçivəsində bu münaqişənin həll olunmasıdır və beynəlxalq qanunvericiliyin bu istiqamətdə tətbiq olunması regionda sabitliyə, inkişafa dəlalət edir. Ancaq bununla yanaşı, həmin söhbətin öncəsi mütləq təhlil olunmalıdır. Çünki  Azərbaycan-Rusiya münasibətləri, Azərbaycanın regionda böyük nüfuza malik olması, təbii ki, bu dəyərlərdən, istiqamətlərdən, beynəlxalq qanundan kənar qalan ölkələri bu davranışı, formanı qəbul etməyə vadar edir.
Aparıcı: Əlbəttə ki, bu, eyni zamanda, Ermənistan tərəfindən danışıqlar prosesinin formatının dəyişdirilməsinə son qoyulması demək idi və bir daha təsdiq olundu ki, məhz Ermənistan münaqişə tərəfidir və danışıqlar da onunla davam etdirilə bilər.
Ziyad Səmədzadə: Mən Səməd müəllimin fikirlərini davam etdirmək istəyirəm. MDB bir regional qurumdur, uzun illər müəyyən dairələr bu quruma qarşı çıxsalar da, öz məqsədlərinə nail ola bilməyiblər. Çünki MDB bir qurum kimi, kifayət qədər gücə malikdir, yəni sanballı bir təşkilatdır. MDB-nin fəaliyyətində bir müddət sakitlik və qüsurlar, həttaetiraf edək ki, fəaliyyətsizlik də olub. Amma son vaxtlar MDB-nin həyata keçirdiyi tədbirlər, təşkil etdiyi  görüşlər, tədbirlərdə bu aktual məsələlərin müzakirəsi birmənalı şəkildə sübut edir ki, MDB getdikcə regional inkişafda, regional problemlərin həllində böyük rol oynayacaqdır.
Azərbaycanın MDB-də iştirakının, fəaliyyətinin artmasını müəyyən edən bir neçə şərt vardır ki, onlardan bir neçəsini Səməd müəllim qeyd etdi. Elə götürək Xəzərin statusunun qəbul edilməsi məsələsini. Bu, heç şübhəsiz ki, Xəzər barədə konvensiyaya imza atan dövlətlərin – Rusiya, Qazaxıstan, Türkmənistan, Azərbaycan və İranın  inkişafına güclü təkan verəcəkdir. Bizim Xəzər dənizi ətrafında çox güclü iqtisadi potensialımız var və bu iqtisadi potensial əhəmiyyətli dərəcədə nəqliyyat dəhlizinin yaxın gələcəkdə inkişafı ilə əlaqədar daha da güclənəcəkdir. Bakı Dəniz Limanının, Bakı-Tbilisi-Qarsın istifadəyə verilməsi, Ələtdə Xüsusi İqtisadi Zonanın yaradılması, Aktauda Logistika Mərkəzinin tikilməsi, Şimal-Cənub dəhlizinin işə salınması və s. layihələr, bütövlükdə, Azərbaycan iqtisadiyyatının inkişafını sürətləndirən amillərdir.Sadalanan amillər Xəzəryanı ölkələrin iqtisadi tərəqqisinə, sülhə, sabitliyə böyük dəstək olacaqdır. Obyektiv və subyektiv səbəblərdən bu gün MDB məkanı ilə bizim ticarət dövriyyəmiz o qədər də yüksək deyildir. Amma inkişaf imkanları çox böyükdür.
MDB məkanı ölkələrilə biz energetika sahəsində çox intensiv əməkdaşlıq edirik. Ötən əsrin 70-ci illərində güclü energetika bazası formalaşmışdı. Son on beş ildə də bu istiqamətdə böyük işlər görülmüşdür. Biz özümüzü elektrik enerjisi ilə təmin edirik və ixrac edirik. Amma bu enerji sisteminin qurulması, modernləşməsi, təhlükəsizliyin təmin edilməsi, heç şübhəsiz ki, qonşu ölkələrlə, xüsusən Rusiya, Belarus və Qazaxıstanla əməkdaşlığın daha da intensivləşməsini tələb edir. MDB-yə daxil olan Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan, Azərbaycan türkdilli ölkələrdir. Digər vacib bir məsələ. Elə bu yaxınlarda Qırğızıstanda MDB ölkələrinə daxil olan beş ölkənin, eyni zamanda, Türkiyənin iştirakı ilə türkdilli dövlətlərin toplantısı keçirildi. MDB ölkələrinin birini çıxmaq şərtilə hamısı ayrı-ayrılıqda Azərbaycanın ərazi bütövlüyünü qəbul edib və çıxışlarında Azərbaycanın Qarabağ probleminin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllini vurğulayıblar. Bir sözlə, MDB Azərbaycan üçün böyük bir platformadır, MDB-nin gücünün, nüfuzunun artması imkanlarından biz səmərəli istifadə etməliyik.
Bu gün Azərbaycanın MDB-nin üzvü kimi fəaliyyəti, hər bir öl­kə ilə qarşılıqlı əməkdaşlığı bu öl­kələrdə yaşayan soydaşlarımız üçün böyük əhəmiyyət kəsb edir. Azərbaycan-Rusiya forumunda çıxış edən Arxangelsk, Stavropol vilayətlərinin qubernatorlarıöz çı­xışlarında bildirdilər ki, azərbay­canlı soydaşlarımız bizim iqtisadi, ictimai həyatımızda fəal iştirak edir, sahibkarlıq fəaliyyəti ilə məşğul olurlar. Bir sözlə, mənim bir iqtisadçı kimi fikrim ondan ibarətdir ki, Azərbaycanın MDB ölkələri, MDB qurumu ilə əlaqələrinin genişlənməsi MDB-nin özünün gücünü, nüfuzunu artırmağa xidmət edir. Çünki Azərbaycan son on beş, iyirmi il ərzində üzləşdiyi çətinlikləri, maneələri uğurla dəf edib. Hamımız yaxşı bilirik ki, Azərbaycanın neft strategiyasına, “Əsrin müqaviləsi”nə maneələr var idi. Amma Azərbaycan dövləti bu təzyiqlərə dözdü, müstəqilliyini qoruyub saxladı. Azərbaycanın hazırkı nüfuzu Heydər Əliyev tərəfindən müəyyən edilmiş Azərbaycanın inkişaf modelinin bu gün də cənab prezident tərəfindən çoxtəmkinlə, inamla, çox yüksək peşəkarlıqla davam etdirilməsinin nəticəsidir.
Aparıcı: Bu həftə, həmçinin Bakıda növbəti Müdafiə Sənayesi sərgisi keçirildi və Azərbaycan Prezidenti cənab İlham Əliyev bu sərgidə iştirak etdi. Müharibə aparan, ərazisi işğal olunmuş bir ölkə üçün müdafiə qabiliyyətinin gücləndirilməsi, möhkəmləndirilməsi çox vacib məsələlərdən biridir. Ziyad müəllim, bu məsələyə də münasibət bildirərdiniz.
Ziyad Səmədzadə: Heç şübhəsiz ki, Azərbaycanın müasir müdafiə sənayesinin potensialı bizim çox böyük nailiyyətimizdir. Cənab prezident çıxışlarının birində demişdir ki, bizim kifayət qədər iqtisadi və siyasi gücümüz var. Ordumuz dünyada güclü ordusu ilə fərqlənən 50 ölkə içərisində özünə layiqli yer tutur. Nəyin hesabına biz buna nail olmuşuq? Düşünülmüş dövlət siyasəti, onun tərkib hissəsi hesab edilən iqtisadi siyasətimiz hesabına. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi ən müqəddəs vəzifədir.  İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir və ölkəmizin iqtisadi potensialında  ordumuzun ehtiyaclarının yüksək səviyyədə təmin edilməsi vacib məsələ kimi qoyulur və dövlət başçısı İlham Əliyev güclü müdafiə sənayesi bazasının yaradılması üçün bütün imkanlardan istifadə edir.
Azərbaycanın sənaye müəssisələrində çox müasir silahlar istehsal olunur. Artıq Azərbaycanda istehsal olunan silahların bir hissəsi də xaricə gedir. Nə qədər ki, Qarabağ torpağımız azad olunmayıb, bizim güclü müdafiə sənayemiz olmalıdır və bu, eyni zamanda, yüksək peşəkarların hazırlanması deməkdir.
Müdafiə sənayesinin müasirləşməsi insan kapitalına, yüksək pro­­fessionallığı ilə seçilən işçilərə tələbi artırır. Ümumiyyətlə, Azərbaycan iqtisadiyyatının şaxə­lən­dirilməsi, qonşu ölkələrlə bu sahədə əməkdaşlığın genişləndirilməsi vacib məsələlərdən biri kimi peşə-texniki təhsilin də təkmilləşməsini tələb edir. Rusiya ilə əməkdaşlığın genişlənməsi, orada yaradılan müəssisələr, onların iştirakı ilə ölkəmizdə həyata keçirilən layihələr tələb edir ki, müvafiq ixtisaslı kadrlarımız olsun.
Bütövlükdə, mən hesab edirəm ki, cənab prezidentin ölkənin müdafiə sənayesinin inkişafı istiqamətində atdığı addım düzgündür. Ölkənin müdafiə sənayesinin dinamik, keyfiyyətli inkişafı Azərbaycan xalqının milli maraqlarına cavab verən, onun təhlükəsizliyinəxidmət edən bir siyasətdir və bu siyasət bundan sonra da uğurla davam edəcəkdir.
Aparıcı: Ziyad müəllim, sözsüz ki, elə bu ay ərzində Türkiyə və Azərbaycan prezidentlərinin birgə iştirakı ilə Bakının azad olunmasının 100 illiyi münasibətilə Bakıda keçirilən möhtəşəm paradda məhz Azərbaycanın müdafiə qabiliyyətinin il ərzində artıq ikinci dəfə nümayiş etdirilməsi, həqiqətən, böyük bayram idi.
Sözsüz ki, biz Azərbaycan müs­təqil olduqdan sonra bütün öl­kə­lərlə, Avropa ilə, dünya ilə iki­tərəfli, üçtərəfli, dördtərəfli və ən müxtəlif formatlarda əməkdaşlığa başladıq. Biz bilirik ki, qısa müddət ərzində İtaliya prezidentinin Azərbaycana səfəri oldu və bu səfər çərçivəsində çox mühüm hadisələr baş verdi, Azərbaycan Respublikasının birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın İtaliyaya səfəri oldu və eyni zamanda, bu səfər çərçivəsində həm Roma Papası, həm də İtaliya prezidenti, işgüzar dairələrlə mühüm görüşlər oldu. Səməd müəllim, mən istərdim ki, birinci vitse-prezidentin bu görüşləri haqqında sizin fikirlərinizi alaq.
Səməd Seyidov: Doğrudan da, Azərbaycanın xarici siyasəti çoxşaxəlidir. Bütün regionları, bütün ölkələri əhatə edən bir siyasətdir və məhz Azərbaycanın xarici siyasətinin, ümumiyyətlə, siyasətinin uğuru ondan ibarətdir ki, əsaslandırılmış siyasət aparılır.Bu nöqteyi-nəzərdən hörmətli Meh­riban xanımın, Azərbaycan Res­publikasının birinci vitse-prezidentinin İtaliyaya səfəri xüsusi əhəmiyyət kəsb edir.
Bu gün regionda Azərbaycanın nü­fuzu yüksək səviyyədə özünü göstərməkdədir və Azərbaycan həm Rusiya, həm də regionda olan qonşu ölkələrlə münasibətlər qurmaqla yanaşı, Avropa ölkələri ilə də münasibətləri ən yüksək səviyyədə təşkil edir. Onların içərisində İtaliya bizim üçün çox əhəmiyyətli və vacib partnyordur. İtaliya iqtisadi nöqteyi-nəzərdən Avropa ölkələri içərisində bizim üçün ona görə vacibdir ki, TAP layihəsində əhəmiyyətli yer tutur və mədəni, humanitar əlaqələr baxımından bizə təsir imkanları böyükdür. Ona görə də Mehriban xanımın İtaliyaya səfəri çox önəmlidir və çoxşaxəli bir səfər idi. Səfər çərçivəsində Mehriban xanım Müqəddəs Sebastian katakombalarının Heydər Əliyev Fondu tərəfindən bərpası ilə əlaqədar işləri izlədi, açılışında iştirak etdi. Eyni zamanda, Azərbaycan Demokratik Respublikasının 100 illiyi ilə bağlı tədbirlərdə iştirak etdi. Bu səfər regionda əlaqələrimizin genişləndirilməsi çərçivəsində baş verən bir səfərdir. Yəni, bu, ona dəlalət edir ki, bizim apardığımız siyasət heç vaxt birtərəfli ola bilməz,  Azərbaycan maraqlarını tam şəkildə özündə ehtiva edir və cənab prezident də bu haqda dəfələrlə danışıb. Mən bu nöqteyi-nəzərdən Mehriban xanımın, Azərbaycan Respublikasının birinci vitse-prezidentinin səfərini həddindən artıq yüksək qiymətləndirirəm. Ona görə ki bu gün biz cənab prezidentin apardığı siyasətdə çox güclü və məntiqli, iradəli, içində çox böyük mədəniyyət ehtiva edənbir siyasət görürük. Mehriban xanımın həm parlamentdə, həm senatda apardığı danışıqlar, ümumiyyətlə, gö­rüşlərin keçirilməsi maneələri tamamilə puç etdi. Əminəm ki, bundan sonra İtaliya-Azərbaycan siyasəti necə ki, inkişaf edib, elə də davam edəcək. Azərbaycanla əlaqələr qurmaq  həm Azərbaycan, həm İtaliya, həm də Avropanın maraqları  çərçivəsindədir.
Aparıcı: Sözsüz ki, İtaliya prezidenti Azərbaycana səfər edərkən necə maraq doğurmuşdusa, Azərbaycanın vitse-prezidenti Mehriban xanımın da İtaliyaya səfəri o qədər maraqlı oldu. İstərdim ki, bu məqama da münasibət bildirəsiniz.
Ziyad Səmədzadə: Əvvəla, Mehriban xanımın İtaliya səfəri haqqında Səməd müəllim kifayət qədər məzmunlu fikirlər söylədi. Həqiqətən də, Azərbaycan Respublikasının vitse-prezidenti Mehriban xanımın İtaliyaya səfəri dünyəvi xarakter aldı, çünki səfər zamanı müzakirə olunan məsələlər, keçirilən görüşlər kifayət qədər sanballı və irimiqyaslı idi. Heç şübhəsiz ki, bu səfər Azərbaycan-İtaliya münasibətlərinin bundan sonra da dinamik və keyfiyyətlə inkişafına öz müsbət təsirini göstərəcəkdir.
Son 20 il ərzində Azərbaycanda keçirilən beynəlxalq tədbirlərin sayı-hesabı yoxdur. Onu da unutmamlıyıq ki, hər belə tədbirin arxasında böyük hazırlıq, təşkilatçılıq işləri, böyük məsuliyyət durur. Bu baxımdan Azərbaycanın iqtisadi qüdrətinin artmasına, müstəqilliyimizin qorunmasına xidmət edən “Əsrin müqaviləsi” ilə əlaqədar keçirilmiş tədbirləri qeyd etmək kifayətdir.
Hələ 1998-ci ildəBakıda Qədim İpək yolunun bərpası ilə əlaqədar dünyanın aparıcı ölkələrinin liderləri, yüksək rütbəli dövlət xadimləri, nüfuzlu beynəlxalq təşkilatlarının iştirakı ilə Bakı Sammiti keçirildi. Sammit işini bitirdikdən sonra Heydər Əliyev hökumət, Prezident Aparatının məsul işçiləri, icra strukturlarının rəhbərlərinin iştirakı ilə konfransın nəticələrinə həsr olunmuş tədbir keçirdi, o tədbirdə çox vacib sənədlər imzalandı. O qeyd etmişdi ki, Azərbaycan tarixində hələ belə yüksək səviyyəli tədbir keçirilməmişdi. Heydər Əliyev demişdi ki, Vətənini, millətini sevən hər bir azərbaycanlı bu tədbirin uğurla başa çatmasından qürur duymalıdır. O dövrdən 20 il keçib. Azərbaycan daha da güclənib, beynəlxalq aləmdə nüfuzu artıb. Ölkəmizdə dövlət başçısı İlham Əliyevin bilavasitə dəstəyi ilə irimiqyaslı tədbirlərə imza atılıb. Bütün bunlar ona görə lazımdır ki, Azərbaycan daha sürətlə tərəqqi etsin, onun haqq səsi dünyaya yayılsın, ölkəmizin daha keyfiyyətli inkişafı təmin edilsin.
Bakı,  həqiqətən, gözəlləşib, dünyanın ən müasir şəhərlərindən birinə çevrilib və burada tikilən binalar, salınan parklar, sosial obyektlər, abadlaşan küçələr, istirahət zonaları Bakıya gələnləri heyran edir. Son illərdə Azərbaycanda keçirilən qlobal forumlar, sanballı tədbirlər Azərbaycanın mədəni, iqtisadi inkişafını nümayiş etdirir. Azərbaycanda dünyanın ən iri şirkətlərinin, elm, təhsil ocaqlarının iştirakı ilə sülhə, tərəqqiyə, təhlükəsizliyə və keyfiyyətli inkişafa xidmət edən  tədbirlər təşkil edilir. Dünyanın hər yerindən Azərbaycana minlərlə insan gəlir. Azərbaycanı görürlər və Azərbaycan haqqında fikirlərini tamamilə dəyişirlər. Biz uzun müddət informasiya blokadasında qalmışıq, amma bu kimi tədbirlər Azərbaycanı informasiya blokadasından çıxarır. Bu sahədə işimiz daha da güclənməlidir. Ona görə də hər bir belə tədbirdən sonra mətbuatımız da, televiziyamız da daha fəal olmalıdırlar. Azərbaycanda keçirilən hər bir tədbirin arxasında, ilk növbədə Azərbaycanın milli maraqları, Azərbaycanı dünyaya tanıtdırmaq, Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq dayanır.
Səməd Seyidov: Bir Bakı feno­meni, Azərbaycan fenomeni var. Sözün əsl mənasında, Ziyad mü­əl­lim, sizin sözünüzdə böyük hə­qiqət var və bu fenomenin, unikal bir hadisənin kökündə, əsa­sında ümummilli liderimiz Hey­dər Əliyevin fəlsəfəsi dayanır. Azərbaycan artıq öz çərçivə­sindən çıxaraq dünya ölkələri içə­risində özünəməxsus bir yer tu­tub. Ona görə gündən-günə forumların artırılması ona dəlalət edir ki, Azərbaycan və onun paytaxtı Bakı bu gün dünyanın əsas mərkəzlərindən birinə çevrilir. Bu gün Azərbaycan iqtidarının, Azərbaycan prezidentinin apardığı siyasət dünyanın iqtisadi diqqətini, dünyanın multikultural diqqətini Azərbaycana gətirir. Artıq forumların sayı, onların əhəmiyyəti, vacibliyi həddindən artıq çoxalıb və vaxt tələb edən bir məsələdir. Bu, müsbət prosesdir və Azərbaycanın bütün dünyada möhkəmlənməsinə, ən əsas probleminin həlli istiqamətində öz təsirini mütləq göstərəcək.