Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: Bu 2 uğurlu tələbə **** Azərbaycanın “Milan Ekspo 2015” sərgisindəki milli pavilyonu Dənizkənarı Milli Parkda yenidən qurulub **** Azərbaycan-Rusiya münasibətləri keyfiyyətli və dinamik inkişaf mərhələaində **** "Azərbaycan Uşaq Qaynar Xətt Xidməti" bu ilin 9 ayı üçün hesabatını açıqlayıb. **** “Bakcell”in növbəti Satış və Xidmət Mərkəzi Qəbələdə! **** Şəhərsalmaya həsr olunan ömür **** «Şərq tərəfdaşlığı» çərçivəsində ölkəmizi daha yaxından tanıtdıraq ****
Qəzetin çap variantları
18-24 oktyabr 2018-ci il
42 (1037)
18-24 oktyabr 2018-ci il
42 (1037)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

Əsas məqsəd əhalinin təhlükəsiz və keyfiyyətli məhsullarla təmin etməkdir

 

Azərbaycan əhalisinin ərzaq və kənd təsərrüfatı məhsulları ilə etibarlı şəkildə təmin edilməsi dövlətin sosial-iqtisadi siyasətinin prioritetlərindən biridir. Son illərdə ərzaq təminatına nail olmaq sahəsində böyük irəliləyiş əldə olunmuş, məhsulların keyfiyyəti artırılmış və bu sektorun ixrac potensialı gücləndirilmişdir.
Azərbaycanın ərzaq və kənd təsərrüfatı sektorları milli iqtisadiyyatın vacib hissəsidir. Bunu nəzərə alaraq “Gilan Holding” də  istehsalı artırmaq,  əhalini təhlükəsiz və keyfiyyətli məhsul və xidmətlərlə təmin etmək üçün bu sahədə əsaslı addımlar atır.
“Gilan Holding” müasir texnologiyaları tətbiq etməklə təbii və sağlam məhsulların inkişaf etdirilməsini həyata keçirir. Əsas hədəf istehlakçılara sağlam, təbii və dadlı məhsullar nümayiş etdirmək, həmçinin şirkəti ərzaq və kənd təsərrüfatı məhsullarının geniş çeşidlərinin istehsalçısı və təchizatçısına çevirməkdir.
“Gilan FMCG and AgricultureGroup” süd məhsulları, meyvə şirəsi və nektarları, spirtsiz içkilər, konservləşdirilmiş məhsullar, kartof çipsləri, frenç frayz (kartof fri), mal-qara və taxıl məhsullarının istehsalı üzrə ixtisaslaşmışdır. Şirkətin portfelinə, eyni zamanda, ölkənin müxtəlif ərazilərində yerləşən süd fermaları, meyvə bağları və tərəvəz sahələri, həmçinin emal zavodlarına nəzarət edilməsi daxildir. Bu şirkətlər qrupu tərəfindən istehsal olunan məhsullar dünyanın müxtəlif ölkələrinə ixrac edilir.
Holdinq daxilində üzvi gübrə-kompostun istehsalı da həyata keçirilir
Dünyanın ən qlobal problemlərindən biri torpaq münbitliyinin və məhsuldarlığının azalması ilə nəticələnən torpaqların deqradasiyası və eroziyası prosesləridir. Son dövrlərdə bu proseslər nəinki aqrar sahənin, həmçinin ekoloji vəziyyətin də başlıca probleminə çevrilmişdir. Günü-gündən sürətlənən bu proseslər nəticəsində ekoloji tarazlıq pozulur və kənd təsərrüfatına yararlı torpaq sahələri dövriyyədən çıxır. Bunu nəzərə alaraq, Gilan Kənd Təsərrüfatı Qrupuna aid meyvə bağlarında və digər təsərrüfatlarda torpaqların bərpası və məhsuldarlığının artırılması məqsədilə üzvi gübrə-kompostun istehsalına başlanılmışdır. İlkin istehsala iyul ayında Göyçay rayonu Veysəlli kəndində nar bağının boş sahəsində start verilmişdir. Bu sahə əvvəlcədən təmizlənmiş, hamarlanmış və kənarlarından kanal qazılmışdır ki, bağ suvarılarkən artıq sular üzvi gübrə istehsal olunan əraziyə daxil olmasın. Kompost istehsalına aid bu ilkin layihədə məqsəd 1250 t xammal və 1300 lt bakteriyalı bioloji preparat “Fermentstart”dan istifadə edərək, 1000 t üzvi gübrə əldə etməkdir. Bakteriyalı bioloji preparat -  “Fermentstart” ilə üzvi tullantıların (peyin, quş zılı, çay lili və s.) fermentasiyası zamanı faydalı mikroorqanizmlər  temperaturu 55-650 C-yə qədər qaldıraraq, salmonella, bağırsaq çöpləri (Escherichia coli), helmint yumurtaları və s. patogen mikrofloranı (xəstəlik törədicilərini) məhv edir. Faydalı mikroorqanizmlər tərəfindən ağır metallar bitkilərin mənimsəyə bilməyəcəyi formalara çevrilir. Hər 15-20 dəqiqədən bir mikroorqanizmlər ölərək zülala çevrilir ki, bu da bitkilərin qida üçün zəruri və mühüm elementidir.  Qeyd edək ki, iyul ayı ərzində tələb olunan xammaldan 817 t (peyin 440 t, çay lili 300 t, saman 37 t, mineral gübrə 40 t) tədarük edilib.
“Barlı bağlar”dan dadlı məhsullar
Azərbaycanda fındıqçılıq tarixən formalaşmış, artıq özünəməxsus, ənənəvi bir sahəyə çevrilmişdir. Ölkədə bu sahənin inkişafı üçün imkanların çox geniş olması, yəni  uyğun torpaq sahələrinin, iqlim şəraitinin, ixtisaslı kadrların, maddi-texniki bazanın olması son illər bu sahəyə diqqəti daha da artırmışdır. Ölkədə yetişən fındığın dadı və keyfiyyəti baxımından özünəməxsusluğu dünyada da bu məhsula olan tələbatı daim artırmaqdadır. Bir sözlə, yüksək keyfiyyəti ilə Azərbaycan məhsulu kimi özünü təsdiqləmiş bu məhsul artıq dünya bazarında da özünəməxsus  mövqeyə malikdir. Xüsusilə, qeyd etmək lazımdır ki, tarix boyu salınmış fındıq bağları hazırda potensial məhsul mənbəyi kimi yüksək dəyərləndirilir. Həmin bağların qorunması və ömrünün uzadılması məqsədilə onlara düzgün aqrotexniki qulluq göstərmək vacibdir. Gilan Kənd Təsərrüfatı Qrupu tərəfindən reallaşdırılan “Barlı bağlar” layihəsi çərçivəsində böyük fındıq ehtiyatına malik Qəbələ rayonunda fermerlərə məxsus bağlara düzgün aqrotexniki qulluq göstərmək üçün “Gilan Qəbələ Yeyinti Məhsulları İstehsalı” ASC-nin aqronomları tərəfindən yerlərdə əyani surətdə mütəmadi olaraq lazımi məsləhətlər verilir. Həmçinin, Cəmiyyət tərəfindən avans şəklində maddi dəstək də göstərilir. Tarixi ənənənin davamı olaraq salınmış fındıq bağları və fındıq tingçiliyi bu sahənin inkişaf etdirilməsində müstəsna əhəmiyyətə malikdir. Tingçilikdə yerli “Ata-baba” sortu ilə yanaşı, İtaliyadan gətirilmiş yeni məhsuldar fındıq sortları olan “Nokkiono” və “Romono” da əkilmişdir.
Südçülüyə geniş diqqət ayrılır
Açılışını ölkə Prezidenti İlham Əliyev cənablarının həyata keçirdiyi Gilan Kənd Təsərrüfatı Qrupunun Ağcabədi Süd Emalı Zavodunun günlük emal gücü 20-50 tondur. Zavoda süd Ağcabədi rayonunun kəndlərindən və yaxın bölgələrdən gətirilir. Zavodun satış şəbəkəsi, müasir tələblərə cavab verən laboratoriyası və digər xidməti bölmələri vardır. Zavodda süd və süd məhsullarının tərkibinin müəyyənləşdirilməsi və keyfiyyətinin ölçülməsi məqsədilə müasir standartlara cavab verən iki laboratoriya fəaliyyət göstərir. Hazır məhsullar laborator yoxlamadan keçdikdən sonra xüsusi anbarlara və soyuducu depoya yığılır. Zavodda təbii süddən bir neçə çeşid pendir hazırlanır. Bunların arasında Bəyaz pendir, Dağıstan pendiri, Bolqar pendiri, Sarı pendir, Saçaqlı pendir, Holland pendiri, Mozzarella və əlavə məhsul olaraq yağ, şor və xama da vardır. Holland pendirinin istehsalı avtomatlaşdırılmış qaydada həyata keçirilir. Bu məhsulların hər biri zavodda yaradılan ayrı-ayrı sexlərdə gigiyenik qaydalara uyğun olaraq hazırlanır. Hər bir məhsul laboratoriyalarda müvafiq yoxlamalardan keçir.
“Gilan Holding”-in 2008-ci ilin noyabr ayının 18-də işə başlayan Qəbələ süd emalı zavodunda isə ağ pendir, qatıq, meyvəli kəsmik, sadə kəsmik, kərə yağı, ayran, kefir, xama və dovğa kimi məhsullar istehsal olunur.
Yüksək keyfiyyətli və tam təbii  kartofdan istifadə olunur
Ümumi sahəsi 20.000 m2  olan Qəbələ Kartof Emalı zavodunda  2 istehsal xətti quraşdırılıb: Frenchfries dondurulmuş kartof və kartof çipsi istehsalı. Yarımfabrikat dondurulmuş kartof istehsalı xətti Almaniyanın bu sahə üzrə ixtisaslaşmış istehsalçı EİMA şirkəti tərəfindən quraşdırılıb və istehsal gücü saatda 3 ton hazır məhsul təşkil edir. Çipsi istehsalı xətti Amerikanın Heat&Control və İSHİDA şirkətləri tərəfindən quraşdırılıb və istehsal gücü saatda 1 hazır məhsul istehsalı gücünə malikdir. Hər iki istehsal xətti tam avtomatlaşdırılmış sistem üzrə çalışır. Burada xammal ilkin soyuducu anbara yerləşdirilir. Yarımfabrikat kartof məhsulları üçün sahəsi 2000 m2 olan - 18 C temperatur rejimi ilə işləyən məhsul anbarı mövcuddur. Kartof məhsulları qablaşdırıldıqdan sonra xüsusi robot vasitəsilə paletlərə yığılır və avtomatik konveyer vasitəsilə hazır məhsul anbarına ötürülür. 7000 paletlik hazır məhsul anbarı avtomatik palet rəf sistemi ilə təchiz edilib. Müəssisədə 150 nəfər daimi işlə təmin olunub. “Chipsim” məhsulları müxtəlif ədviyyatlardan istifadə olunmaqla, yüksək keyfiyyətli və tam təbii kartofdan hazırlanır. Hər kəs ağız dadına uyğun olan çeşidlərdən istədiyini - paprika, şüyüdlü, klassik, pendirli, tomatlı, xama və soğanlı dadları seçə bilər. Fərqli qablaşdırmanın ölçüləri ilə istehlakçılara seçim azadlığı verən “Chipsim” 20 q, 75 q, 150 q həcmli bağlamalarda müştərilərə təqdim olunur. “Chipsim” məhsulları dünyanın inkişaf etmiş ölkələrinin – ABŞ və Yaponiyanın ən son texnologiyaları ilə təchiz edilmiş müəssisədə yerli, ekoloji təmiz xammaldan istifadə edilərək istehsal olunur.
Şirkətin uğurları…
2018-ci ilin əvvəlində “Gilan Holding”-in bir neçə müəssisəsində İSO 22000 beynəlxalq standartının tələblərinə uyğun Qida Təhlükəsizliyi Sisteminin tətbiqinə başlanılmışdır. Bununla bağlı müəssisədə Qida Təhlükəsizliyini təmin edən qruplar yaradılıb və onların nümayəndələri daxili və xarici təlimlərin fəal iştirakçıları olmuşdur. Rəhbərlik tərəfindən dəstəklənən bu prosesin nəticəsi olaraq iyul ayında 2 müəssisə, o cümlədən “Gilan Qəbələ Yeyinti Məhsulları” ASC (Fındıq emalı üzrə) və Ağdaş “GP Stock Feed” MMC (heyvandarlıq və quşçuluq yemləri üzrə) sertifikatlaşma prosesini uğurla tamamlayıb, İSO 22000:2005 sistemi üzrə sertifikatlar əldə edə bilib.
İdarəetmə üzrə təlimlərin Şirkətin strateji və əməliyyat aspektlərində bütün işçilər üçün mühüm rolu vardır. Onlar vəzifə tələbatlarına və gələcək karyera perspektivlərinə uyğun olaraq, həm şirkət daxilində, həm də tələbat olduğu halda xaricdə təlim və ixtisas artırma kursları keçməlidirlər. Ümumi təlim siyasətinin bir hissəsi kimi, müəssisə yüksək göstəriciləri olan işçiləri müəyyənləşdirərək, onlar üçün idarəetmə-rəhbərlik bacarığını inkişaf etdirmə proqramını həyata keçirə bilər.

 

Mətanət Hüseynova