Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: Bu 2 uğurlu tələbə **** Azərbaycanın “Milan Ekspo 2015” sərgisindəki milli pavilyonu Dənizkənarı Milli Parkda yenidən qurulub **** Azərbaycan-Rusiya münasibətləri keyfiyyətli və dinamik inkişaf mərhələaində **** "Azərbaycan Uşaq Qaynar Xətt Xidməti" bu ilin 9 ayı üçün hesabatını açıqlayıb. **** “Bakcell”in növbəti Satış və Xidmət Mərkəzi Qəbələdə! **** Şəhərsalmaya həsr olunan ömür **** «Şərq tərəfdaşlığı» çərçivəsində ölkəmizi daha yaxından tanıtdıraq ****
Qəzetin çap variantları
18-24 oktyabr 2018-ci il
42 (1037)
18-24 oktyabr 2018-ci il
42 (1037)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

100 illik yubiley tarixdə daim öz şərəfli yerini qoruyub, saxlayacaq

 

“Bir xalq, bir dövlət olaraq, son bir həftədə ikinci böyük tarixi-siyasi hadisəni yaşadıq. Ötən həftənin şənbə günü, 15 sentyabr 2018-ci il tarixində Bakımızın işğaldan azad edilməsinin 100 illiyi geniş və təntənəli şəkildə qeyd olundu, paytaxtımızda Azərbaycan və  Türkiyə prezidentlərinin iştirakı ilə möhtəşəm, dünyaya səs salan parad keçirildi, hər iki dövlətin başçısı - cənab İlham Əliyevlə cənab Rəcəb Tayyib Ərdoğan paradda çox parlaq, tarixə qızıl hərflərlə yazılacaq geniş nitq söylədilər, Azərbaycan-Türkiyə qardaşlığının, birliyinin yalnız sözdə deyil,  konkret əməldə ifadə olunduğunu bir daha dünyaya nümayiş etdirdilər. Bu gün isə cəmi bir neçə saat öncə Cümhuriyyət qurucularının, ilk müstəqil Azərbaycan dövlətinin - Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) tam demokratik əsaslarla formalaşdırdığı, Şərq-müsəlman aləmində ilk olan  Azərbaycan Parlamentinin yaranmasının 100 illiyi geniş və təntənəli şəkildə qeyd olundu. Milli Məclisin 21 sentyabr tarixli xüsusi iclası Azərbaycan Parlamentinin 100 illiyinə həsr edildi və deyərdim ki, Azərbaycan tarixinə düşəcək növbəti bir əzəmətli hadisə yaşandı”.
Bunu “İqtisadiyyat” qəzetinə açıqlamasında Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri akademik Ziyad Səmədzadə bildirib.
O, qeyd edib ki,  Azərbaycan Parlamentinin yaradılmasının 100 illiyinə həsr edilmiş təntənəli tədbirin keçirilməsi və burada çoxsaylı dost və qardaş ölkələrin, beynəlxalq təşkilatların nümayəndə heyətlərinin iştirakı özü artıq tarixi bir hadisə kimi qiymətləndirilməlidir.
Onun sözlərinə görə, bu tədbir bir daha Azərbaycanın şanlı və qürurlu dövlətçilik tarixinin, dünəninin və bu gününün dünya ictimaiyyətinə çatdırılması üçün bir vəsilə, bir imkan oldu.
Z.Səmədzadə bildirib ki, bütün dünya bir daha gördü ki, Azərbaycan xalqı yüksək dövlətçilik mədəniyyətinə, zəngin parlamentarizm tarixinə malikdir və hələ 100 il bundan əvvəl Şərqdə ilk demokratik respublika qurmaqla, insan hüquq və azadlıqlarına təminat verməklə, qadınlara səsvermə hüququ tanımaqla bunu sübut edib:
“Bu tarixi və  mötəbər yubiley tədbirində çıxış edən Prezident İlham Əliyev Şərqdə ilk demokratik Cümhuriyyətin qurulmasını mühüm tarixi hadisə kimi səciyyələndirdi. Cümhuriyyətin və onun qurucularının fəaliyyətini yüksək qiymətləndirdiyini vurğuladı, bu il “Cümhuriyyət ili” çərçivəsində dövlət səviyyəsində bir sıra tədbirlərin keçirildiyini diqqətə çatdırdı. Bununla yanaşı, Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan müasir Azərbaycan Respublikasının keçdiyi müstəqillik yoluna nəzər salaraq, olduqca əhəmiyyətli ümumiləşdirmələr apardı…”
ZİYAD SƏMƏDZADƏ: Dövlət başçısının da vurğuladığı kimi, son 15 il ərzində iqtisadi baxımdan Azərbaycan qədər sürətlə inkişaf edən ikinci ölkə olmayıb…
…Dövlət başçısı həmçinin, ölkəmizin 1993-cü ildən sonra istər siyasi-iqtisadi, istər humanitar, sosial sferada, istərsə də beynəlxalq münasibətlər sistemində necə böyük uğurlara imza atdığını diqqətə çatdırdı. Dağlıq Qarabağ probleminin həlli məsələsinin vacibliyinə toxunan Prezident İlham Əliyev vurğuladı ki, işğal olunmuş torpaqlarda bütün infrastruktur dağıdılıb, milli sərvətimiz talan olunub, xalqımıza qarşı hərbi cinayət - Xocalı soyqırımı törədilib. Ermənistan münaqişənin yeganə həll yolunun Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi ilə əlaqədar olmasına baxmayaraq, beynəlxalq təşkilatlar tərəfindən qəbul olunan qətnamələrə məhəl qoymur, işğalçılıq siyasətini davam etdirir.
“Bununla bağlı Ermənistanın yeni rəhbərliyi öz siyasətində ciddi dəyişikliklər etməlidir”, - deyən Prezident İlham Əliyev bir daha qeyd etdi ki, Azərbaycan öz prinsipial mövqeyindən geri dönməyəcək. Çünki Dağlıq Qarabağ əzəli və tarixi Azərbaycan torpağıdır və ölkəmizin suverenliyindən kənar heç bir status alınmayacaq. Bu fikirlər həm problemin həlli ilə bağlı Azərbaycanın qəti mövqeyinin bir daha bütün dünyaya bəyan edilməsi, həm də son zamanlar Ermənistan rəhbərliyinin təxribatçı çıxışlarına cavab kimi səsləndirildi. Azərbaycanın həyata keçirdiyi siyasət sayəsində regional və qlobal əhəmiyyətli layihələrin həyata vəsiqə qazandığı və bunun regiona sabitlik və rifah gətirdiyi, eyni zamanda, ölkəmizə strateji müttəfiqlər qazandırdığı, işğalçılıq siyasəti ucbatından Ermənistanın bu layihələrdən kənarda qaldığı regional gerçəklik kimi təsvir edildi. Bununla yanaşı, ölkəmizin demokratik dəyərlərə sadiq qalması, Azərbaycanda yüksək tolerantlıq mühitinin olması, multikulturalizm ənənələrinin yaşaması və inkişaf etdirilməsi, hüquqi dövlət quruculuğunda əldə edilən nailiyyətlər qonaqların diqqətinə çatdırıldı.
Komitə sədrinin qeyd etdiyinə görə, Azərbaycan prezidenti, həmçinin ölkə parlamentinin - Milli Məclisin (MM) ölkənin ictimai-siyasi həyatındakı, islahatlar prosesindəki, beynəlxalq münasibətlər sistemindəki, parlament diplomatiyasındakı roluna toxunaraq, öz müsbət mövqeyini izah etdi. O, bildirdi ki, bu gün Azərbaycan uğurla inkişaf edir və  bu inkişafda Azərbaycan parlamentinin rolunu xüsusilə qeyd etdi. Prezidentin sözlərinə görə,  Azərbaycan Parlamenti həm Heydər Əliyevin dövründə, həm də bu gün öz fəaliyyəti ilə ölkəmizin müstəqilliyini möhkəmləndirir, inkişafını təmin edir, bu inkişafa öz töhfəsini verir.  Yəni, bir çox qanunlar qəbul edilib ki, onlar həyatımızın bütün sahələrini əhatə edir, həmçinin qanunvericilik bazamız ən yüksək meyarlara cavab verir.  Dövlət başçısı sonra “Biz bir çox beynəlxalq konvensiyalara qoşulmuşuq və azadlıqların təmin edilməsində, demokratik inkişafla bağlı siyasətimizin aparılmasında Azərbaycan Parlamentinin çox böyük rolu var. Azərbaycan Parlamenti ölkəmizdə çoxpartiyalı sistemin təkmilləşdirilməsində önəmli rol oynayır. Parlamentdə bir çox partiyaların nümayəndələri fəaliyyət göstərir və əlbəttə ki, onların müxtəlif məsələlərə fərqli baxışları var. Ancaq mən çox şadam ki, milli maraqlarla bağlı məsələlərdə bizim deputatlar bir nöqtəyə vurur və vətənpərvərlik göstərərək, Azərbaycan dövlətinin maraqlarını beynəlxalq müstəvidə müdafiə edirlər. Parlament diplomatiyası Azərbaycanda diplomatik sahədə önəmli rol oynayır. Mən qeyd etməliyəm ki, Azərbaycan deputatları beynəlxalq təşkilatlar çərçivəsində çox fəal iş aparırlar”, - deyərək bəyan etdi ki, bu, Azərbaycan xalqı tərəfindən də qiymətləndirilir, onun özü tərəfindən  də  izlənilir, dəyərləndirilir.
“…Deməliyəm ki, doğrudan da, çox böyük iş aparılır. Azərbaycan deputatları bir çox parlamentlərarası assambleyalarda ölkəmizdə gedən proseslər, iqtisadi, siyasi islahatlarla bağlı Azərbaycan həqiqətlərini çatdırır, lazım olan vaxtda Azərbaycanı çox ciddi müdafiə edir, haqq-ədaləti bərpa edir, imkan vermirlər ki, Azərbaycana qarşı əsassız ittihamlar hansısa qərarlara gətirib çıxarsın”, - deyə cənab prezident fikirlərini tamamladı. Komitə sədri isə bu sözləri  Azərbaycan Parlamentinin 100 illik tarixi yubileyində  Azərbaycan parlamentarilərinə, qanunverici orqanın üzvlərinə verilmiş ən böyük dəyər, qiymət adlandırır.
Z.Səmədzadənin bildirdiyinə gö­rə, dövlət başçısının çıxışında ən mühüm məqamlardan biri hələ də dünyada ikili standartların mövcudluğu ilə bağlı olub.
Ölkə başçısı öz çıxışında bəzi bey­nəlxalq qurumların ölkəmizə qarşı işğalçı, dünyada sülhü, təhlükəsizliyi  təhdid edən Ermənistanla müqayisədə daha çox ikili standartlar nümayiş etdirdiyini və bunların qəbuledilməz olduğunu xüsusilə vurğulayıb. O, “…Beynəlxalq təşkilatlar da gərək ciddi təhlil aparsınlar və özlərinə sual versinlər ki, necə ola bilər, Ermənistanda son müddət ərzində keçirilmiş parlament və prezident seçkilərinə beynəlxalq müşahidəçilər müsbət reaksiya vermişlər. Məgər onlar bilmirdilər ki, Ermənistanda bütün seçkilər kobudcasına saxtalaşdırılır? Bilmirdilər ki, orada əvvəlki rejimin hörməti sıfıra bərabərdir? Bilirdilər, ancaq hansısa səbəblərə görə göz yumurdular”, -deyərək  indi də Ermənistanda yaranmaqda olan yeni diktatura rejiminin eyni siyasəti apardığını vurğuladı və bildirdi ki, siyasi rəqiblərə qarşı zorakılıq həyata keçirilir, siyasi rəqiblər həbsə alınır, mətbuat nümayəndələrinə qarşı repressiyalar aparılır, mətbu orqanlar bağlanır, dövlət orqanları siyasi rəqiblərinin həbsi ilə bağlı açıq-aşkar göstərişlər verir, bu göstərişləri bütün dünya eşidir. Ancaq prezidentin də haqlı olaraq qeyd etdiyi kimi, bir dənə də olsun beynəlxalq təşkilat, xüsusilə mətbuat, media azadlıqları, insan haqları ilə bağlı olan təşkilat səsini çıxarmır. Azərbaycan prezidenti fikirlərini davam etdirərək, “Sual olunur, nəyə görə Ermənistanda gedən bu təhlükəli proseslərə beynəlxalq təşkilatlar reaksiya vermir? Bunun arxasında hansı səbəblər var? Bu, çox ciddi araşdırılmalıdır. Biz onsuz da yaxşı bilirik ki, bəzi beynəlxalq təşkilatlar tərəfindən Azərbaycana qarşı ikili standartlar siyasəti aparılır. Biz buna öyrəşmişik və buna qarşı mübarizə aparırıq. Bizim mübarizəmiz çox tutarlı arqumentlərlə dəstəklənir. Bayaq qeyd etdiyim kimi, deputatlarımız bizə qarşı aparılan çirkin kampaniyalarla bağlı öz sözlərini tutarlı arqumentlərlə deyirlər”, - dedi və bəyan etdi ki, bizə qarşı irəli sürülən ittihamlar 100 faiz saxtadır, yalandır, ikili standartlar əsasındadır, siyasi məqsədlər güdür, ancaq bu hücumlar, bu ittihamlar bizim siyasi iradəmizə zərrə qədər təsir etmir və etməyəcək. Hesab edirəm ki, əlavə şərhə də yer qalmır. Hər şey burada sərrastlıqla, zərgər dəqiqliyi ilə ifadə olunub…”.
Z.Səmədzadə, eyni zamanda, deyib ki,  dövlət başçısının da vurğuladığı kimi, son 15 il ərzində iqtisadi baxımdan Azərbaycan qədər sürətlə inkişaf edən ikinci ölkə olmayıb:
“İqtisadiyyat 3,2 dəfə artıb və bu artım bu gün də davam edir.  Həmçinin,  ölkəmiz Davos Dünya İqtisadi Forumunun iqtisadiyyatların rəqabətqabiliyyətlilik hesabatına görə, dünya miqyasında 35-ci yerdədir”.  Dövlət başçısı çıxışında bu məqama da xüsusi toxunaraq, “Təsəvvür edin, dünyada 200-dən çox ölkə var. Azərbaycan 35-ci yerdədir. Rəqabətqabiliyyətliliyin hesablanması bütün sahələri əhatə edir, təkcə enerji resurslarını yox. Yenə də Davos Forumunun inkişaf edən ölkələr arasında inklüziv inkişaf indeksi üzrə hesablamalarına görə, Azərbaycan 3-cü yerdədir. Azərbaycan infrastrukturun səviyyəsinə görə  dünya miqyasında 26-cı yerdədir. Bütün bunları biz yaratmışıq, yorulmaz fəaliyyət nəticəsində xalq-iqtidar birliyi sayəsində. Ona görə bizim iqtisadi inkişafla bağlı fikirlərimiz çox ümidvericidir və çox müsbətdir…”, - deyə  vurğuladı.
Enerji siyasətinə gəlincə, ölkə başçısı bəyan etdi ki, bunun təsiri təkcə ölkəmizdə hiss olunmur, Azərbaycanın təşəbbüsü ilə bölgədə, Avrasiya məkanında həyata keçirilən layihələr böyük önəm daşıyır. Dövlət başçısı “Biz dənizləri birləşdiririk. Xəzər dənizini neft kəmərləri ilə Qara dənizlə, Aralıq dənizi ilə, Azərbaycanı isə qaz xətti ilə Avropa ilə birləşdiririk. Bu gün həyata keçirilən “Cənub Qaz Dəhlizi” bölgədə ən böyük infrastruktur layihələrindən biridir, ümumi dəyəri 40 milyard dollara bərabərdir. Demək olar ki, bu layihə enerji xəritəsini tamamilə yenidən yaradır”, - deyərək onu da nəzərdə çatdırdı ki, Azərbaycan öz coğrafi vəziyyətindən bundan sonra da uğurla istifadə edəcək.  Yəni, nəqliyyat mərkəzlərindən birinə çevrilməyimiz artıq reallıqdır və Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizləri Azərbaycan ərazisindən keçir. Dövlət başçısının qeyd etdiyi kimi, keçməyə də bilərdi, təbii ki, biz bu coğrafiyaya böyük sərmayə qoymasaydıq, əgər qonşu ölkələrlə çox yaxşı münasibətlərimiz olmasaydı.
“Əgər onun qonşularla münasibətləri yaxşı deyilsə, ölkə necə tranzit ölkəyə çevrilə bilər, bu, mümkün deyil. Ona görə də xarici siyasətimiz daxili vəziyyətimizin daha da yaxşı olmasına hesablanıb…”, - deyə cənab prezident nöqtəni qoymuş oldu. Akademik Z.Səmədzadə xüsusi olaraq vurğuladı ki, “Tam əminliklə qeyd etmək istərdim ki, ölkəmiz bu siyasəti bundan sonra da davam etdirəcək. Azərbaycanın qısa tarixi dövr ərzində əldə etdiyi nailiyyətlər, sözün əsl mənasında, müstəqil dövlət olması, daim öz milli maraqlarından çıxış edə bilmə cəsarəti nümayiş etdirməsi yüz il əvvəl qurulan Xalq Cümhuriyyəti ənənələrinə sadiq qalmasının bariz nümunəsidir…”.
Z.Səmədzadə 100 illik yubiley iclasında bir sıra ölkələrin parlament sədrlərinin, həmçinin nüfuzlu beynəlxalq təşkilatların rəsmi şəxslərinin çıxışlarına da toxunaraq, həmin çıxışları əhəmiyyətinə və önəminə  görə yüksək dəyərləndirdiyini bildirib:
“Heç bir çıxışı və çıxışçını kənarda qoymaq, birini digərindən ayırmaq  istəməzdim. Bütün çıxışlar bir-birindən maraqlı və regionumuz, bölgəmiz, bütövlükdə, dünyamız üçün əhəməyyətli idi.  Çünki bütün çıxışlarda sülhə, təhlükəsizliyə, dostluğa, əmkdaşlığa çağırışlar səsləndirildi, Azərbaycanın, Milli Məclisin bu istiqamətdəki önəmli addımlarına,  geniş fəaliyyətinə diqqət çəkildi, örnək, nümunə göstərildi. Bu baxımdan hesab edirəm ki, 100 illik yubiley tədbirində səsləndirilən fikirlər və təkliflər əməkdaşlıq əlaqələrinin gələcək inkişafında, qlobal və transmilli  layihələrin icrasında, həyata keçirilməsində, dünyamızda sülhün və təhlükəsizliyin təmin olunmasında mütləq öz müsbət  rolunu oynayacaq, müsbət töhfələrini verəcək.
Ancaq bu yerdə bir vacib məqama da diqqət çəkmək istərdim, o da ondan ibarətdir ki, bu gün dünyada qloballaşma yaşanır. Qloballaşma ilə də milli suverenliklər arasında ziddiyyətlər dərinləşir. Çünki milli suveren dövlətlər dünyada hamı üçün eyni olan “vahid oyun qaydaları”ndan istifadəni məqsədəuyğun saymırlar.
Məsələn, bəzi beynəlxalq təşkilatların, iqtisad elmindən xəbəri olmayan bəzi “beynəlxalq ekspertlər”in bir çox tövsiyələri var ki, onlar milli iqtisadiyyatların əleyhinə, ziyanına işləyir. Bu gün tam liberallaşmanın tərəfdarı olan ölkələr belə, Dünya Ticarət  Təşkilatının (DTT) prinsiplərinə əməl etmirlər, onları ciddi şəkildə pozurlar. Nəyə görə? Ona görə ki bu şəraitdə milli iqtisadiyyatların çətinliklərlə üzləşdiklərini görürlər. Bu gün ABŞ-la Avropa ölkələrinin daxili bazarın qorunması istiqamətində atdıqları addımlar DTT-nin digər üzv dövlətlərində ciddi etirazlarla qarşılanır.
Əgər inkişaf etmiş ölkələr DTT-nin prinsiplərini ciddi surətdə pozurlarsa, o zaman  hansı əsaslarla, hansı məntiqlə Azərbaycanın DTT-yə daxil olmasını sürətləndirməyə çağırırlar?! Hesab edirəm ki, biz bu çağırışlara çox həsasslıqla, çox diqqətlə yanaşmalıyıq. Ciddi elmi təhlillər, araşdırmalar aparmalıyıq və xüsusilə də, ölkə iqtisadiyyatının mühüm sahələrinin, daha çox qeyri-neft  sektorunun rəqabətliliyinin yüksəldilməsi ilə bağlı böyük işlərin görüldüyü bir şəraitdə çox ehtiyatla davranmalıyıq…”