Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: Vətənə və xalqa bağlanmış ömür **** ADRA “Bakutel-2018”də tətbiq etdiyi ən son innovativ yenilikləri nümayiş etdirir **** Bakcell eşitmə məhdudiyyətli insanlar arasında futzal turnirinə dəstək göstərib **** Bakcell əlilliyi olan şəxslərin iş tapmasına dəstək olur **** Minlərlə Bakcell abunəçisi “SMSRadar” xidmətindən faydalanır **** ® "Rabitəbank"dan Lombard krediti al – Gold Kart qazan! **** TƏMİZ MƏKTƏB ****
Qəzetin çap variantları
13-19 dekabr 2018-ci il
50 (1045)
6-12 dekabr 2018-ci il
49 (1044)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

«AtaSığorta»nın yeni məhsulu: «Petrollu Kasko»

“AtaSığorta” ASC İdarə Heyətinin sədr müavini Qoşqar Həsənovla müsahibə



 - Hörmətli Qoşqar müəllim, bildiyimiz kimi, “AtaSığorta”  Şirkəti olaraq 30 növ üzrə sığorta xidməti göstərirsiniz.  Müştərilərin daha çox üstünlük verdiyi sığorta növləri hansılardır?
- Bəli, hazırda 30 sığorta növü üzrə müştərilərə sığorta xidmətləri göstəririk. Qeyd edim ki, bütün sığorta məhsullarından istifadə edilməsi vacibdir.   Sığorta növləri  iki hissəyə bölünür. Könüllü növlər  və icbari növlər. Bu gün sığorta məhsulunu almaq istəyən müştərilər, ilk növbədə icbari növləri alırlar. Sonra isə digər könüllü sığorta növlərini almağa səy göstərirlər.  
- “AtaSığorta” könüllü sığorta növləri üzrə növbəti illərdə  bazar rəqabətinə necə davam gətirmək niyyətindədir?
- Biz sığorta yığımlarımızın genişlənməsini və xərclərin müəyyən formada optimallaşdırılmasını planlaşdırırıq.  2018-2020-ci  illər üzrə şirkətimizin nəzərdə tutulan strategiyasına uyğun olaraq, qarşımızda duran proqnozlar bunu deməyə imkan verir. Hesab edirik ki, bu il və növbəti illər üzrə könüllü satışlarımızı  artıracağıq.  Qeyd edə bilərəm ki, 2018-ci ilin 8 ayı ərzində könüllü satışlarımız ötən ilin eyni dövrü ilə müqayisədə 25% artıb. Şirkətimiz  könüllü növlər üzrə müştərilərin rahatlığı və istəklərinə uyğun olaraq, “Sərfəli Kasko”, “Qoşa Kasko”, “Arxayın mən” və “Sığortalıyam”  məhsullarını  bazara təqdim edib. Sentyabr ayından etibarən  daha bir yeni məhsul - “Petrollu Kasko”  məhsulu müştərilərə  təqdim olunub.  Sığorta risklərimizi səmərəli idarə etmək məqsədilə sığorta portfelimizi bir qədər diversifikasiya etmək istəyirik.  Həmçinin,  xidmətlərimizin keyfiyyətini artırmaqla sığorta bazarında ciddi rəqabət aparan şirkətlərdən biri kimi bütün imkanlarımızdan istifadə etməyə çalışırıq.  Şirkətimiz fəaliyyətinin əsas prinsipi kimi fiziki və hüquqi şəxslərə  yüksək səviyyədə sığorta xidmətləri göstərməklə, onların tələbatına uyğun yeni məhsulları təqdim etməyi davam etdirməkdədir.
- Qoşqar müəllim, könüllü növlər üzrə hansı yeniliklər olacaq? Satış üsulları dəyişəcəkmi?
- Təbii ki, hər zaman olduğu kimi, bu sahədə yeniliklər olacaq. Məsələn, 2018-ci il üçün əsas istiqamət həmişə olduğu kimi, sığortalıya və potensial sığortalıya maksimum yaxın olmaqdır. Satiş strategiyamızda daim bazarın tələbatını nəzərə almağa çalışırıq. Belə ki,  həm icbari, həm də könüllü sığortada müştərilərlə danışıqlar aparırıq ki, onların sığortadan gözləntilərini müəyyən edib, tələbə uyğun  məhsullar hazırlayaq. Məsələn, bu il üçün iki maraqlı layihəmiz var, onu artıq açıqlamaq olar. Biz, yeni sığorta məhsullarını - “Petrollu Kasko” və “Medikal Travel” Tibbi Sığorta paketini Azərbaycan Respublikası ərazisində bütün (xarici və yerli vətandaşlar) səyahət edən şəxslər üçün hazırlamışıq. Hazırda “Petrollu Kasko” üzrə  reklam məsələləri və digər məsələlər tam şəkildə tamamlanmış və müştərilərin ixtiyarına verilmişdir. Həmçinin, “Medikal Travel” Tibbi Sığorta paketini tamamlamaq üzrəyik və tezliklə bu layihəyə başlayacağıq.
- Qeyd etdiniz ki, sentyabr ayından “AtaSığorta”  ASC sığorta bazarına yeni “Petrollu Kasko”  məhsulunu təqdim edib.  Xahiş  edirik,  “Petrollu Kasko”   məhsulu haqqında ətraflı məlumat verərdiniz.   
- Bəli,  “AtaSığorta”  ASC sentyabr ayından etibarən sığorta bazarına yeni “Petrollu Kasko”  məhsulunu təqdim edir.  Daim müştərilərin məmnuniyyətini düşünən “AtaSığorta”  ASC bu dəfə  fərqli və səmərəli şərtlərlə  fiziki şəxslərə əlverişli avtomobil sığortası  təklif edir. “Petrollu Kasko”  məhsulunu əldə etdikdə müştəri  həm avtomobili sığortalayır, həm də hədiyyə qazanır. Belə ki, bu məhsulu əldə edən  müştəriyə sığorta olunan  avtomobilin bazar dəyərinin 1%-i həcmində yanacaq hədiyyə edilir. Hədiyyə olunan yanacaq müştəriyə 2 hissədə təqdim olunur. Yanacağın 50%-i müqavilə rəsmiləşdirilən zaman, 50% -i isə 3 aydan sonra müştəriyə  verilir.
“Petrollu Kasko” məhsulunu  bazar dəyəri 10 000 AZN-dən 80 000  AZN-dək və istehsal ili 2000-ci ildən yuxarı olan avtomobil sahibləri  əldə edə bilərlər.  Bu məhsulu aldıqda  avtomobil tam dəyərində birdəfəlik  sığortalanmalıdır və sığorta tarifi çox sərfəlidir.  Məsələn, dəyəri 30 000 AZN olan avtomobil üzrə  sığorta haqqı 960 manata qədər təşkil edir  və müştəriyə  300 AZN həcmində yanacaq hədiyyə olunur.
- “Petrollu Kasko” sığorta məhsulunu online almaq mümkündürmü?
- Bəli,  həm “Petrollu Kasko” məhsulunu,  həm də  “AtaSığorta” ASC-nin digər məhsullarını “AtaSığorta” ASC-nin  internet səhifəsindən (https://atasigorta.az/) online sifariş etmək mümkündür. Həmçinin, “AtaSığorta” ASC-nin  (012 936) telefon xətti daim müştərilərin xidmətindədir.
- “Petrollu Kasko”  məhsulunu  əldə etmək üçün hansı  sənədlər tələb olunur?
- Bunun üçün doldurulmuş ərizə  forması, sığortalı şəxsin şəxsiyyət vəsiqəsi və sürücülük vəsiqəsinin surəti və avtomobilin hazırkı vəziyyətini təsdiq edən fotoşəkilləri tələb olunur. 
-  Azərbaycanda sığorta bazarının inkişafı ilə bağlı nə deyə bilərsiniz?
-  Təbii ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının və sığorta şirkətlərinin həyata keçirdiyi maarifləndirici layihələr bazarın inkişafına öz müsbət təsirini göstərmişdir. Dövlət nəzarət orqanının açıqladığı rəqəmlər bu inkişafı bir daha sübut edir.  Deməli, bu il üzrə sığorta bazarı  40%-dən çox genişlənib, yığımlar artıb. Bunu qənaətbəxş  göstərici hesab etmək olar. 
- Sonda  əlavə etmək istədiyiniz bir şey varmı? 
- “AtaSığorta” şirkətinə ayırdığınız vaxta və diqqətinizə görə təşəkkürümüzü bildiririk. Biz müştərilərimiz üçün çalışırıq, onların layiqli dostu və təminatçısı olmaqdan qürur duyuruq. Ona görə də bizim şüarımız “Sizinlə dost sığorta”dır. Bütün müştərilərimizin bizə göstərdiyi etimadı doğrultmağa çalışmışıq, çalışırıq və çalışacağıq.
- Qoşqar müəllim,  maraqlı müsahibəyə görə  sizə dərin təşəkkürümüzü bildiririk. 
 
Müsahibəni aldı:
Dilara Zamanova,
“AtaHolding”in   Korporativ 
Kommunikasiyalar  şöbəsinin rəisi