Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: Vətənə və xalqa bağlanmış ömür **** ADRA “Bakutel-2018”də tətbiq etdiyi ən son innovativ yenilikləri nümayiş etdirir **** Bakcell eşitmə məhdudiyyətli insanlar arasında futzal turnirinə dəstək göstərib **** Bakcell əlilliyi olan şəxslərin iş tapmasına dəstək olur **** Minlərlə Bakcell abunəçisi “SMSRadar” xidmətindən faydalanır **** ® "Rabitəbank"dan Lombard krediti al – Gold Kart qazan! **** TƏMİZ MƏKTƏB ****
Qəzetin çap variantları
13-19 dekabr 2018-ci il
50 (1045)
6-12 dekabr 2018-ci il
49 (1044)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

Dünya bir daha Azərbaycan - Türkiyə qadaşlığının sarsılmazlığına şahidlik etdi

 

“15 sentyabr 2018-ci il tarixində bir xalq, bir dövlət olaraq çox tarixi və çox möhtəşəm anlar, hisslər, duyğular  yaşadıq. Bu anları, bu hiss və duyğuları ifadə etməkdə sözlər belə acizdir, onların xoş təsirləri altındayıq”.
Bunu Etikxeber.az-a açıqlamasında millət vəkili, akademik Ziyad Səmədzadə Bakının 1918-ci ilin 15 sentyabr tarixində  Qafqaz İslam Ordusu tərəfindən azad edilməsinin 100-cü ildönümünə həsr olunmuş parada və həmin paradda Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəd Tayyib Ərdoğanın iştirakına, onların çıxşına münasibətini bildirərkən deyib.
Z.Səmədzadənin sözlərinə görə, həmin gün iki Azərbaycan – babalarımızın düz 100 il öncə qurub-yaratdıqları Azərbaycan Xalq Cümhuriyyəti (AXC) ilə 1991-ci ilin avqustunda ikinci dəfə azadlığına qovuşan və qurucusu, memarı ulu öndər Heydər Əliyev olan müstəqil Azərbaycan bir daha bir-birinə qovuşdu, bir-biri ilə qucaqlaşdı:
“Dünən iki Bakı – 1918-ci ilin sentyabr ayının 15-də Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu tərəfindən işğaldan azad edilən Bakımızla ikinci müstəqilliyini yaşayan Azərbaycanımızın günü-gündən gözəlləşən, modernləşən paytaxtı Bakımız bir-biri ilə yenidən qovuşdu, doğmalaşdı…
Bu gün iki qardaş, iki dost dövlət – “iki dövlət, bir millət” deyən Heydər Əliyevin müstəqil Azərbaycanı  ilə “Azəbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” deyən Qazi Mustafa Kamal Atatürkün Türkiyəsi müdrik, uzaqgörən siyasət və dövlət adamları - Azərbaycan Prezidenti cənab İlham Əliyevlə Türkiyə Cümhuriyyətinin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın timsalında bir daha və yenidən bir-birinə qovuşdu, mərhəmləşdi…”
Hər iki dövlət başçısının iştirakı  ilə Bakıda paytaxtımızın işğaldan azad edilməsinin 100-cü ildönümü ilə bağlı son dərəcə möhtəşəm, dünyaya səs salacaq parad keçirildi. Hər iki dövlət başçısı paradda çıxış edərək, bir daha Azərbaycan-Türkiyə dostluğunun, qar­daşlığının sarsılmaz olduğunu bü­tün dünyaya - həm dostlarımza, həm də düşmənlərimizə nümayiş etdirmiş oldu…
Dünya bir daha görmüş və duymuş oldu ki, Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu daimidir, əbədidir, dönməzdir. Azərbaycan Prezidenti cənab İlham Əliyev özü də çıxışında bu məqama toxu­naraq, bəyan etdi ki, “bu gün Türkiyə-Azərbaycan əlaqələri ən yüksək zirvədədir və dünyada ikinci belə nümunə yoxdur ki, iki ölkə bir-birinə bu qədər yaxın olsun, bu qədər bir-birinə arxa-dayaq olsun”.
Dövlət başçımız sonra “Bu bayram günündə biz birlikdəyik. Yüz il bundan əvvəl biz bir yerdə idik, bu gün də biz bir yerdəyik. Yüz il bundan əvvəl Nuru paşanın komandanlığı altında yeni yaradılmış Azərbaycan Milli Ordusu könüllülərlə birlikdə Bakını işğalçılardan azad etdi. Bu tarixi hadisə münasibətilə bütün Azərbaycan və Türkiyə vətəndaşlarını ürəkdən təbrik etmək istəyirəm. Azərbaycanın rəmzlərindən biri olan Azadlıq meydanından bütün türk bacı-qardaşlarımıza səmimi salamlarımı, sevgimi, məhəbbətimi çatdırıram”, - deyərək sözlərinə əlavə etdi.
Eyni zamanda, qardaş dövlətin başçısı çıxışında bu fikirlərin davamı kimi bəyan etdi ki, Türkiyə bu günə qədər Azərbaycana əlindən gələn yardımı göstərib və bundan sonra da göstərəcək.
“Qardaşlarımızın torpaqlarının 20 faizini işğal altında saxlayanların, 1 milyondan artıq insanımızın öz yurduna qayıtmasına imkan verməyənlərin bizdən sərhədləri açacağımızı gözləmələri boş-boşunadır, əbəsdir”, - deyən Türkiyə lideri, həmçinin Qarabağ münaqişəsinin nizamlanmasının Ermənistanla münasibətlərin normallaşması üçün mütləq şərt olduğunu da vurğuladı…
“Bu, özü bir daha iki qardaş və dost arasında münasibətlərin hansı yüksək səviyyədə olduğuna aydınlıq gətirmiş, işıq salmış olur.
Ümumiyyətlə, hər iki dövlət başçısı son dərəcə səmimi, dərin məzmunlu, geniş əhatəli çıxış etdi və bu çıxışlar hələ uzun illər yaddaşlardan, hafizələrdən silinməyəcək.
Bütövlükdə, bunlar onu göstərir ki, hər iki dövlət həm sevinclərini, uğurlarını bərabər bölüşür, paylaşır, həm də dar gündə bir-birilərinə arxa-dayaq olur, kədərlərini, dərdlərini, problemlərini birlikdə yaşayır, bunlardan çıxmaq üçün həll yollarını da birlikdə axtarır və  birlikdə tapır, dünyanın qarşısına daha güclü, daha yenilməz şəkildə çıxırlar”, -  deyən Z.Səmədzadə bu baxımdan inanır və qəti əmindir ki, bu iki dövlətin birlik və bərabərliyi sayəsində 30 ildən bəri davam edən və dünyanın ədalətsizliyi üzündən hələ də həllini tapa bilməyən Qarabağ münaqişəsinin birdəfəlik  çözümünə, ədalətli, istədiyimiz, arzuladığımız sülhə nail olmaq mümkünləşəcək:
“Buna böyük ehtiyacımız var. Artıq Azərbaycan insanı 100 il öncə Bakımızın işğalda azad edildiyi kimi, Qarabağımızın da işğaldan qurtulmasını, bu bölgəyə əbədi sülh gəlməsini istəyir. İnanıram ki, gec-tez buna nail olunacaq, ədalət, zəfər, qələbə bizimlə olacaq və buna da qardaş Türkiyəylə birlikdə nail olacağıq.
Azərbaycan da, Türkiyə də həm regionda, həm də dünyada sülhün tərəfdarı, sülhün çarçısıdır. Hər iki dövlət hər bir məsələdə sülhə, qarşılıqlı etimad və etibara nail olunmasını istəyir və bunun üçün də bütün cəhdlərini ortaya qoyur. Odur ki, bu iki ölkənin birgə cəhdləri və səyləri sayəsində  Qarabağ probleminin də ədalətli həllinə nail ola biləcəyik. Bir sözlə, Azərbaycanla Türkiyə hər  zaman birdir, bir olub və bundan sonra da bir olacaq. Sözlərimi, fikirlərimi də böyük İstiqlal şairimiz, Türk dünyasının nəhəng söz ustadlarından olan Bəxtiyar Vahabzadənin bu misraları ilə yekunlaşdırmaq istərdim:

Birdir bizim hər halımız -
Sevincimiz-məlalımız.
Bayraqlarda hilalımız
Azərbaycan-Türkiyə”.
Kamil Həmzəoğlu