Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: “Bakcell”in dəstəyilə yaradılmış startap təlim və kurs axtarışını asanlaşdırır **** Mərkəzi Bank aparılan islahatların və iqtisadi sabitlik siyasətinin reallaşmasında fəal iştirak edəcək **** Azərbaycanda domen adları sisteminin təhlükəsizliyini qoruyan kriptoqrafiya açarları uğurla dəyişdirilib **** Bakcell UAFA ilə birlikdə “İncəsənət vasitəsilə ünsiyyət” layihəsini davam etdirir **** Biznes qurmaq istəyən gənclərə “Bakcell”dən növbəti dəstək **** Bu 2 uğurlu tələbə **** Azərbaycanın “Milan Ekspo 2015” sərgisindəki milli pavilyonu Dənizkənarı Milli Parkda yenidən qurulub ****
Qəzetin çap variantları
8-14 noyabr 2018-ci il
45 (1040)
8-14 noyabr 2018-ci il
45 (1040)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr
Halal zəhmət, alın təri və şükranlıq duyğuları ilə yaşayanlar
 
 
İmişli rayonuna yolunu salan hər kəs kənd və yaşayış məntəqələrində boş dayanan adam görə bilməz. Şəhərin gözü açılandan, toran qovuşana qədər yollar boyunca kənd təsərrüfatı texnikaları, tarlalarda, əkin sahələrində isə insan izdihamı görmək olar. Axı, bol məhsulun əsası indi qoyulur. Qış aylarında dincəlməyə, istirahət etməyə o qədər vaxt olacaq ki! Aran bölgəsinin artеriya damarı sayılan İmişlidə davamlı olaraq reallaşdırılan abadlıq-quruculuq tədbirləri iqtisadiyyatın, o cümlədən aqrar bölmənin inkişafına güclü təkan verib. Rayonun, demək olar ki, bütün yaşayış məntəqələrinin işıq, su, qaz, rabitə problemləri həll olunub, yollar, körpülər yenidən qurulub. Görülən tədbirlər özəl bölmənin canlanmasına, sahibkarlıq subyektlərinin sayının artmasına, yeni iş yerlərinin açılmasına yeni yollar və imkanlar açıb.
Qafqazın ən nəhəng sənaye obyekti sayılan İmişli şəkər zavodu işə düşdükdən sonra burada sənaye ilə kənd təsərrüfatı bir-biri ilə çulğalaşıb. Bu özünü statistik rəqəmlərdə də ifadə edir. 2018-ci ilin birinci yarısında rayonda, ümumilikdə, 172,7 milyon manatlıq məhsul istehsal edilib və xidmətlər göstərilib ki, bunun 35,5 faizi sənayenin, 34,6 faizi kənd təsərrüfatının payına düşür. Mövsümlə işləyən sənaye və emal müəssisələrində yüzlərlə rayon sakini işlə təmin olunub.
Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikada həyata keçirilən aqrar islahatlar İmişli rayonundan da yan keçməmiş, yerli sənaye müəssisələrinin xammal ehtiyaclarına uyğun şəkildə qurulması ixrac imkanlarının artmasına gətirib çıxarmışdır. İmişlidə cari ilin ötən ayları ərzində 10 min hektar torpaq sahəsinin təyinatı Nazirlər Kabinetinin qərarı ilə dəyişdirilərək əkin dövriyyəsinə cəlb edilmişdir.
Daha 5 min hektarla bağlı sənədləşmə işləri aparılır. Şoran düzlərdə, yabanı bitkilər bitən ərazilərdə geniş miqrasiya-irriqasiya tədbirləri aparılır.
Bu il rayon ərazisində 13.324 hektar buğda olmaqla, ümumilikdə, 19024 hektar sahədə taxıl əkilib, zəmilərdən 68.371 ton məhsul toplanılıb. Məhsuldarlıq buğda üzrə 37,3 sentner, arpa üzrə 32,3 sentner olub. Bundan başqa, 209 hektar sahədə kartof, 109 hektar sahədə şəkər çuğunduru, 322,4 hektar sahədə tərəvəz və 329,4 hektar sahədə bostan bitkiləri əkilib. Cari ildə rayonda 134 kümçüyə ipəkqurdu paylanmış, 10 tondan çox yaşıl barama tədarük edilmişdir ki, bu da ötən illə müqayisədə 25,6 faiz çoxdur.
Baramaçılarla söhbət zamanı dedilər ki, bu sahə həm gəlirli sahədir, həm də illərlə zəngin təcrübə qazanılıb. Rayonda yeni bağların salındığını, dövlət tərəfindən kömək və dəstəyin göstərildiyini dilə gətirən kümçülər bu işə marağın ildən-ilə artdığını vurğuladılar. İmişlidə kənd adamları fərdi təsərrüfatlarında meyvə, tərəvəz və bostan bitkiləri yetişdirirlər.
Rayonda elə bir ailə tapmaq çətindir ki, həyət-bacasında kənd təsərrüfatı məhsulları yetişdirməsin. İndi İmişlidə ilin bütün fəsillərində əhalini təzə tərəvəz məhsulları ilə təmin edən müasir istixanalar fəaliyyət göstərir. Yerli ehtiyacların ödənilməsi, məhsuldarlığın yüksəldilməsi və ixrac potensialı üçün toxumçuluq təsərrüfatlarının sayı artırılır.
Rayon Kənd Təsərrüfatı İdarəsindən aldığımız məlumata görə, arıçılığın inkişafının stimullaşdırılması barədə verilən sərəncamdan sonra bu sahəyə maraq artıb. Hazırda rayon üzrə arıçıların sayı 91 nəfərdir. Lakin dövlət dəstəyinə görə müraciət edənlərin sayı çoxdur. İmişlidə pambıqçılığın əvvəlki şöhrəti özünə qayıdır. Bununla əlaqədar son illər sistemli və ardıcıl tədbirlər görülür. Bu il İmişlidə 13,645 hektar sahədə pambıq əkini aparılıb. Becərmə işləri başa çatdırılıb, zərərvericilərə qarşı mübarizə tədbirləri həyata keçirilib.
İmişlidə pambıq yetişdirilməsi üçün həm əlverişli iqlim şəraiti, həm də çoxillik təcrübə var. Ötən əsrin 70-80-ci illərində  bu rayonda ildə 50 min tona yaxın məhsul tədarük edilib. İndi nə dəyişib ki? Torpaq həmin torpaqlardır, insanlar da həmin insanlar. Üstəlik iqtisadi cəhətdən güclü, qüdrətli dövlətimiz var. Məhz son illər bu dəstəyin göstərildiyinə, maliyyələşmə və texnika ilə təchizatın yaxşılaşdığına görə pambıq əkininin həcmi artırılır, yüksək nəticələr əldə edilir.
Pambıq əməktutumlu sahə olduğundan kənd yerlərində əhalinin məşğulluq problemlərinin həll olunmasında müstəsna rol oynayır. Rayonun hər bir fermer təsərrüfatında 30-40 nəfər işçi çalışır, orta aylıq əməkhaqqı 300 manat təşkil edir. Tədarük təşkilatları fermerləri əməkhaqqını ödəmək üçün avans şəklində vəsaitlə təmin edirlər. Bu pullar ona görə verilir ki, əməkçilər cari ehtiyaclarını ödəyə bilsinlər.
Mövsüm zamanı Aran bölgəsinin üzləşdiyi ən ciddi problem suvarma suyu ilə təminatdır. Keçən il su çatışmazlığına görə bəzi əkin sahələrinə ciddi ziyan dəydi.
Rayon ərazisindən keçən R-2, Gavur arxı, Arazyanı, MTS, Qızılarx kanallarında, Araz çayının ikinci qolunda əsaslı lildən təmizləmə işləri görülmüşdür.
İmişli şəhərinin bütün küçə və məhəllələri içməli su ilə təmin olunmuşdur. Bundan başqa, qaçqın və məcburi köçkünlər üçün salınmış Yeni Bəhramtəpə qəsəbəsində 561 mexaniki su sayğacı quraşdırılıb. Kür və Araz çayları çirklənməyə məruz qaldığından, kənd yerlərində yaşayan əhalini nekoloji cəhətdən təmiz içməli su ilə təmin edilməsi ön plana keçib. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına uyğun olaraq İmişli rayonunun 43 kəndində modul tipli sutəmizləyici qurğu quraşdırılıb.
Şahverdili, Göbəktala, Məmmədli və Rəsullu kəndlərinə yeni su xətləri çəkilib.
Rayonun iqtisadiyyatı güclənməklə yanaşı, sosial layihələrin icrası da uğurla davam etdirilir. İmişlidə “Asan həyat” kompleksi inşa edilir ki, hazırda burada tikinti işləri başa çatmaq üzrədir. Müasir üslubda  tikilən 4 mərtəbəli bina həm şəhərə xüsusi gözəllik bəxş edəcək, həm də əhaliyə xidmətin səviyyəsini yüksəldəcək. Əlillər və şəhid ailələri üçün tikilən 6 mərtəbəli 54 mənzilli yaşayış binasında son tamamlama işləri görülür. Son 10 il ərzində rayonun ümumi təhsil məktəblərinin 41-ə yaxın tədris binası yenidən inşa edilib və ya əsaslı təmir olunub. Rayonun 37 yaşayış məntəqəsi tam qazlaşdırılıb. Qızılkənd və Aranlı kəndlərinə təbii qaz xəttinin çəkilişinə başlanılıb. Əhaliyə göstərilən tibbi xidmətin səviyyəsinin yaxşılaşdırılması və səhiyyə ocaqlarının maddi-texniki bazasının gücləndirilməsi istiqamətində zəruri tədbirlər görülür.
Bütün bunlar sonucda əhalinin həyat səviyyəsinin və yaşam tərzinin yüksəlməsinə gətirib çıxarır. Təkcə cari ilin 6 ayı ərzində İmişlidə 1501 yeni iş yeri açılıb ki, bunun 159-u daimi iş yerləridir.
Rayon üzrə orta aylıq əməkhaqqı 325 manatdan yüksəkdir. Şəhərlərdən fərqli olaraq kənd yerlərində  yaşayanlar üçün bu həcmdə əməkhaqqı indiki dönəm üçün məqbul sayıla bilər. Belə ki, fərdi təsərrüfatlarda yetişdirilən məhsullar, həyət-bacalarda saxlanılan heyvan və quşlar, həmçinin digər mənbələr hesabına natural və pul şəklində əldə olunan gəlirlər də birbaşa kənd adamının güzarının yaxşılaşmasına təsir edir. Kəndin yazılmamış qanunu var; nə əkərsən, onu da biçərsən! Azərbaycan xalqında torpağa məhəbbət tanrıdan gəlir, genezisinə hopub. Üzü Dədə Qorquddan bu yana xalqımız əkib-becərib, ov ovlayıb mal-qara saxlayıb, qoyun-keçi bəsləyib, ilxı qovub. Əsrlərdən gələn bu yol heç vaxt tükənməyən, əbədiyyətə qədər uzanıb gedən bir yoldur. Çünki bu yol halal zəhmət, alın təri ilə yaşayıb şükranlıq duyğuları ilə ömür sürmək yoludur!
 
Zülfü İLYASOV,
bölgə müxbiri