Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: Vətənə və xalqa bağlanmış ömür **** ADRA “Bakutel-2018”də tətbiq etdiyi ən son innovativ yenilikləri nümayiş etdirir **** Bakcell eşitmə məhdudiyyətli insanlar arasında futzal turnirinə dəstək göstərib **** Bakcell əlilliyi olan şəxslərin iş tapmasına dəstək olur **** Minlərlə Bakcell abunəçisi “SMSRadar” xidmətindən faydalanır **** ® "Rabitəbank"dan Lombard krediti al – Gold Kart qazan! **** TƏMİZ MƏKTƏB ****
Qəzetin çap variantları
13-19 dekabr 2018-ci il
50 (1045)
6-12 dekabr 2018-ci il
49 (1044)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

Çay məhsullarına tələbat yerli istehsal hesabına təmin olunur

 

Ölkəmizdə çayçılığın inkişaf etdirilməsi, çay məhsullarına tələbatın yerli istehsal hesabına təmin olunması, çayçılığın ixrac potensialının artırılması, kənd əhalisinin məşğulluğunun və maddi rifahının yüksəldilməsi məqsədi ilə Prezident İlham Əliyev “Azərbaycan Respublikasında çayçılığın inkişafına dair 2018–2027-ci illər üçün Dövlət Proqramı”nı təsdiq etmişdir. Bu proqramın həyata keçirilməsi nəticəsində çayçılığın inkişaf etdirilməsi ilə bağlı görülən işlər sürətlənəcək, çay plantasiyalarının əkin sahəsi xeyli artacaq. Belə ki, bu sahədə çalışan sahibkarlara, ümumilikdə, 10,7 milyon manat güzəştli kredit verilib, bunun da nəticəsində 450 nəfər işlə təmin olunub.

 


 

Müsahibimiz “Made in Azerbaijan” brendi altında fəaliyyət göstərən, 100% təbii “Astaraçay” MMC-nin direktoru Tələt Məmmədovdur.
- Bütün dünyada üç əsas içki: çay, kofe və какао alkoqolsuz sayılır ki, onlardan ən zəngin və insan sağlamlığı üçün faydalısı çaydır. Tələt müəllim, Azərbaycanda çayçılığın istehsalı barədə nə deyə bilərsiniz?
- Bildiyiniz kimi, Azərbaycan çayçılığının bir əsrdən artıq tarixi vardır. İlk çay fabriki 1937-ci ildə Azərbaycanın cənub bölgəsində - Lənkəranda istifadəyə verilmişdir. Sürətlə inkişaf edən çayçılıq sovetlər dönəmində o həddə yüksəlmişdi ki, Azərbaycan çayı SSRİ-nin 200-ə yaxın şəhərinə və bir sıra xarici ölkələrə ixrac edilirdi. Çayçılıq üçün olduqca əlverişli olan Azərbaycanın cənub bölgəsinin bərəkətli torpaqlarında yetişən çay yarpaqları öz tərkibindəki göstəricilərə görə yalnız dünyanın ən keyfiyyətli çayları ilə müqayisə oluna biləcək səviyyədədir. Mütəxəssislərin fikrincə, Azərbaycan çayı öz tərkibinə, bəzi xüsusiyyətlərinə görə əvəzsiz hesab olunur. Belə ki, Azərbaycan çayının tərkibində 28-30% çayda əsas keyfiyyət göstəricisi olan tanin, 5-6% kofein, 46-50% ekstratlı maddələr var. Zərif ətri, dadı və gözəl rəngi ilə insanların sevgisini qazanan Azərbaycan çayı qısa müddət sonra hər bir azərbaycanlının əvəzolunmaz gündəlik içkisinə çevrildi. Hətta bir azərbaycanlı ailəsinin qurulmasının ilk razılıq əlaməti olaraq çaya şəkər qatmaqla elçilərə təqdim etmək milli adət halı alıb.
- Cənub bölgəsi çayçılığın inkişafında böyük rol oynamışdır və bu inkişaf hazırda Sizin müəssisəniz tərəfindən də davam etdirilir. Bir az bu barədə məlumat verərdiniz.
- Respublikamızda çayçılığın inkişafında daim mühüm rol oynamış Astara əməkçiləri bu gün də bu strateji sahənin zəngin ənənələrini davam etdirirlər. Qeyd edək ki, “Astaraçay” kənd təsərrüfatı müəssisəsi 2010-cu ildə yaradılıb. Fabrik Koreya Respublikası şirkətinin layihəsi əsasında tikilib. Kənd təsərrüfatının müxtəlif sahələri, ən əsası isə çayçılıqla məşğul olur. Hazırda təsərrüfatda 450 hektara yaxın çay plantasiyası mövcuddur. Sahələrdə müasir suvarma şəbəkəsi qurulub. Əkilən “Hind-Çin” və “Kolxida” çay toxumları Gürcüstanın Batumi şəhərinin Çayçılıq Elmi-tədqiqat İnstitutunun tədris-təcrübə sahəsindən toplanıb və yerli şəraitə uyğunlaşdırılıb. Bundan əlavə, yapon mütəxəssislər şirkətin əməkdaşlarına istehsal prosesi ilə bağlı təlimlər də keçiblər.
- Əksər insanlar təbii keyfiy­yətli, qatqısız çay məhsullarına üstünlük verirlər. Çaylarınızın keyfiyyəti barədə nə deyə bilərsiniz?
 - Son zamanlar əhali yerli çay məhsullarına üstünük verir. Çünki “Astaraçay” çayların becərilməsi və emalı zamanı heç bir kimyəvi qatqılardan istifadə etmir və çaylar ekoloji cəhətdən təmiz şəraitdə yetişdirilir. Çay sahələrimizdə Almaniyanın LACON şirkəti tərəfindən 4 dəfə ekoloji müşahidə aparılıb. Çay fabrikimiz 2016-cı ildə İSO 9001 və İSO 14001, 2017-ci ildə isə İSO 22000 sertikatları əldə etmişdir.
 “Astaraçay” MMC-nin çayçılıq təsərrüfatında hazırda Yaponiya mütəxəssislərinin iştirakı ilə yüksək məhsuldarlığa nail olmaqdan ötrü təcrübə aparılır. Belə ki, Yaponiyadan gətirilən 2000 ədəd çay tingi 0,15 ha torpaq sahəsində aqrotexniki normalara uyğun əkilmişdir. Yeni üsul ilə çay əkininin keçirilməsi gələcəkdə çayçılıqda məhsuldarlığı hər hektarda 18 tona qaldırmağa imkan verəcəkdir. Onu da qeyd edək ki, “Astaraçay” MMC-nin inşa edərək, istifadəyə verdiyi Çay emalı fabriki son illər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının rəhbərliyi altında ölkəmizdə həyata keçirilən davamlı sоsial-iqtisadi inkişafın daha bir bariz təzahürüdür. 2015-ci ildə Astara rayonuna səfəri çərçivəsində Çay fabrikinə gələn Prezident İlham Əliyev Azərbaycanda belə müəssisənin yaradılmasını yüksək qiymətləndirmişdir. Möhtərəm prezidentimiz qeyd etmişdir ki, indiyədək respublikamızda belə bir fabrik olmamışdır. Müasir avadanlıqlarla təchiz edilmiş müəssisə ən yeni texnologiyalar əsasında fəaliyyət göstərəcək. Ümumən, təsərrüfatda mindən artıq əməkçi çalışacaq ki, bu da bölgədə yeni iş yerlərinin yaradılmasında mühüm töhfədir. Cənab prezident demişdir: “Astarada çayçılığın çox qədim və gözəl ənənələri var. Sovet dövründə böyük çay plantasiyaları salınmışdır. Əfsuslar olsun ki, sonrakı dövrdə bu sahə bir qədər tənəzzülə uğramışdır. Biz məcbur olub çayı xaricdən idxal etməyə başlamışdıq. Amma indi belə gözəl müəssisələr yarandıqda, əminəm ki, Azərbaycan yaxın gələcəkdə özünü kefiyyətli yerli çayla təmin edəcək. Bütün avadanlıqlar çox müasirdir, xarici mütəxəssislər də bu işlərdə böyük fəallıq göstərmişlər... Əminəm ki, vaxt gələcək, Azərbaycan öz çayını daha da böyük həcmdə dünya bazarlarına çıxaracaq. Çünki buna nail olmaq üçün bütün imkanlar vardır”. 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev cənub bölgəsinə səfəri çərçivəsində Lənkəran rayonunda olarkən “Astaraçay” MMC-nin Lənkəran rayonundakı Girdəni kənd təsərrüfatı sahəsində çay və çəltik sahələrində görülən işlərlə, həyata keçirilən müasir aqrotexniki tədbirlərlə yaxından tanış olmuş, çaybecərən qızlarla görüşmüşdür.
- Şirkətinizin satış mərkəzləri varmı?
- Onu da qeyd etmək lazımdır ki, “Astaraçay” MMC-nin satış mərkəzlərində şirkətin istehsal etdiyi bütün növ çay və düyü məhsullarının satışı həyata keçirilir. Və ən əsası satış mərkəzlərində əməkdaşlar məhsullarla bağlı bütün suallara ətraflı cavab verməklə müştərilərə seçim etməkdə yardımçı olurlar. Bundan əlavə, müştərilər burada istədikləri çay çeşidini heç bir ödəniş etmədən dəmlədib dadına baxa və bundan sonra seçim edə bilərlər. Şirkətin məhsullarını Ailə, Araz, Araz Spar, Bizim Market, Bolmart, Bravo, Favorit, Fresco,  Bazarstore, Megastore, Neptun, Rahat, Sarı Market və Səbət şəbəkə marketlərlərlə yanaşı, ümumilikdə, Bakının 400-ə yaxın marketindən əldə etmək olar.
Bildiyimizə görə, müəssisəniz çəltikçiliklə də məşğul olur...
 Bəli, müəssisə əsasən çayçılıq üzrə ixtisaslaşsa da, Azərbaycan kənd təsərrüfatının qədim sahələrindən olan çəltikçiliklə də məşğul olur. Düyü istehsalı üçün xammal Azərbaycanın cənub bölgəsi olan Astara, Biləsuvar və Lənkəran rayonlarında yerləşən əkin sahələrindən təmin edilir. Əkin sahəsi 2050 hektar təşkil edir. Düyünün ən yeni avadanlıqlarla emal edilməsinə və qablaşdırılmasına 2014-cü ildən başlanılıb. Zavod gündə 7 ton düyü emal etmək imkanına malikdir.
Ən əsası qeyd edək ki, düyü məhsullarının becərilməsi və emalı zamanı heç bir kimyəvi qatqılardan istifadə edilmir və ekoloji cəhətdən təmiz şəraitdə yetişdirilir. Hər il çay plantasiyalarında Almaniyanın LACON şirkəti tərəfindən ekoloji müşahidələr aparılır və plantasiyalar müvafiq sertifikatlara layiq görülür.
Yaxın perspektivdə respublikamızın cənub bölgəsində çayçılıq daha da inkişaf etdiriləcək, yeni sahələr salınacaq və əvvəlki şöhrətini bərpa etmək imkanına nail olacaqdır.

 

Müsahibəni apardı:
Nailə Cabbarova